Bu gün baş vermiş əsas hadisələrin xronoloji xülasəsini təqdim edirik
#Cənubi Afrika Respublikası
Sahibə Qafarova Milli və Regional Parlament Sədrlərinin Konfransında çıxış edib
Avropanın bir sıra ölkə rəhbərləri şənbə günü Cənubi Afrikada keçirilən G20 sammiti çərçivəsində bir araya gələrək ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün hazırladığı 28 maddəlik sülh planına alternativ təşəbbüsləri müzakirə ediblər.
İsrailin 153 nəfərdən ibarət fələstinli qrupu Qəzzadan Cənubi Afrikaya göndərməsi ilə bağlı açıqlaması regionda “sürgün” iddialarını və etnik təmizləmə tənqidlərini yenidən gündəmə gətirib.
Əlcəzair hökuməti 2026-cı il üçün ölkə tarixində ən böyük dövlət büdcəsini təsdiqləyib. Ümumi xərclərin həcmi 131 milyard dollar təşkil edir ki, bu da 2025-ci illə müqayisədə 5 milyard dollar çoxdur. Artım əsasən müdafiə və sosial təminat sahələrinə yönəlib.
Cənubi Afrikanın ən böyük şəhərlərindən biri olan Keyptaunda güclü yağışların yaratdığı daşqın nəticəsində təxminən 4 min nəfər evsiz qalıb.