BAKI,AzerVoice
Fransa Prezidenti Emmanuel Makron, ABŞ-ın keçmiş prezidenti Donald Trampı Ukraynada dərhal atəşkəs elan etmək ideyasından çəkindirməyə çalışdığını bildirib.
AzerVoice xəbər verir Kİ. Makron qeyd edib ki, Vaşinqtona səfəri zamanı Trampı atəşkəs əvəzinə hava və dəniz əməliyyatları üçün müəyyən bir barışıq rejiminə üstünlük verməyə çağırıb.
Onun fikrincə, belə bir rejimi idarə etmək tam atəşkəsdən daha asandır.
“Yəni dərhal atəşkəsə nail olmağa yox, əksinə, hava, dəniz və enerji infrastrukturu səviyyəsində atəşkəsə çalışmalıyıq”, – deyə Makron vurğulayıb.
Bundan əvvəl Fransa Prezidenti, Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə birlikdə hazırladığı Ukrayna planının detallarını açıqlamışdı. Bu plan hava, dəniz və enerji infrastrukturu sahələrində bir aylıq atəşkəsi nəzərdə tutur.