Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Türkiyə Ukrayna üçün vacib təhlükəsizlik təminatçısıdır - Zelenski

    24 Fevral 2025 16:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Ukrayna üçün vacib təhlükəsizlik təminatçısıdır - Zelenski
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    Ukrayna prezidenti Vladimir Zelenski keçirdiyi mətbuat konfransında Türkiyənin Ukrayna üçün önəmli təhlükəsizlik təminatçısı olduğunu vurğulayıb.

    AzerVoice xəbər verir ki , o , sülh üçün lazım gələrsə, prezident vəzifəsindən istefa verməyə hazır olduğunu və NATO-ya üzvlük müqabilində bu addımı ata biləcəyini bildirib.

    O, ABŞ, Rusiya və Avropa ölkələrinin Ukrayna ilə birlikdə Rusiya-Ukrayna müharibəsinə dair sülh danışıqlarında iştirak etməli olduğunu vurğulayıb.

    Zelenski sabah Kiyevdə sammit keçiriləcəyini, 13 tərəfdaşın şəhərə gələcəyini və 24-nün onlayn formada iştirak edəcəyini bildirib.

    Zelenski ABŞ, Ukrayna və Ukrayna xalqı üçün sərfəli müqavilənin imzalanmasının vacibliyini qeyd edərək, təhlükəsizlik zəmanətlərinin yalnız ABŞ-ın vədləri ilə deyil, açıq şəkildə müqavilədə təsbit edilməli olduğunu vurğulayıb.

    "Tramp əbədi qalmayacaq və bizə uzun illər sülh lazımdır", – deyə o bildirib.

    Mümkün Aİ üzvlüyünün Ukrayna üçün "təhlükəsizlik zəmanəti" olacağını söyləyən Zelenski, Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfəri zamanı təhlükəsizlik zəmanətləri məsələsinin də müzakirə olunacağını qeyd edib.

    O, ABŞ-ın yalnız maliyyə baxımından deyil, siyasət və sanksiyalar sahəsində də Ukraynaya dəstək verməsinin vacibliyini vurğulayıb: “Düşünürəm ki, ABŞ bu il müharibənin qaynar fazasını bitirmək üçün əlindən gələni edəcək. Onların məqsədi budur.” - deyə bildirib.

    Bazar ertəsi Ukraynada keçiriləcək Aİ liderlərinin görüşü ilə bağlı Zelenski, təhlükəsizlik zəmanətlərinin müzakirə olunacağı bu toplantının “dönüş nöqtəsi” olacağına ümid etdiyini bildirib.

    O, Türkiyəni Ukrayna üçün vacib təhlükəsizlik təminatçısı kimi gördüyünü bir daha vurğulayıb.

    #Türkiyə #Avropa İttifaqı (Aİ) #Ukrayna #Zelenski #NATO #Rusiya-Ukrayna münaqişəsi #Türkiyə-Ukrayna münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rusiya NATO ərazisinə hücum etməyəcək - Tramp

    29 Avqust 2026 16:34

    ABŞ Moskva görüşləri barədə Ukraynaya məlumat verib - Zelenski

    29 Avqust 2026 16:16
    XƏBƏR LENTİ

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.