Bakı,AzerVoice
Bayden administrasiyasının Ukraynadakı müharibənin uzadılmasında çox işi olduğuna dair fikirlərini təkrarlayan Tramp, Ukraynaya bu qədər silah verməsəydilər, bu müharibəni daha tez bitirə biləcəyini vurğulayıb.
AzerVoice xəbər verir ki, Tramp Rusiya prezidenti Vladimir Putini Ukraynaya hücumda ittiham edib.
"Putin bunu heç vaxt etməməli idi. Bu müharibə indi bitməlidir. Ruslar 850 min, ukraynalılar 700 min əsgər itirdi",- deyə o bildirib.
Tramp həmçinin, Rusiyanın danışıqlar masasına oturmadığı halda, bu ölkəyə ciddi sanksiyalar və gömrük rüsumları tətbiq edəcəyi ilə bağlı xəbərdarlığını təkrarlayıb.