Bakı, AzerVoice
Müharibənin davam etdiyi Sudanda milyonlarla insan kolera kimi ölümcül xəstəliklərlə mübarizə aparır. Xəstəliklər pis sanitariya şəraiti, güclü yağışlar və infrastruktur problemləri ilə daha da artır.
Son hesabatlara görə, kolera hallarının sayı son iki həftədə 55% artaraq 24116-ya çatıb, kolera səbəbli ölümlər isə 34% artaraq 681-ə yüksəlib.
Ölkədaxilində gedən müharibə sosial xidmətlərin fəaliyyətində çətinlik törədir. Səhiyyə sistemindəki problemlər, əhalinin kütləvi köçünə səbəb olur.