Bakı. AzerVoice:
ABŞ İsraildən “Amerika silahlarından beynəlxalq hüquqa uyğun istifadə etmək” üçün yazılı zəmanət gözləyir.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller açıqlayıb.
"ABŞ-dan silah alan İsrail də daxil olmaqla bütün ölkələr silahlardan müharibə qanunlarına uyğun istifadə edəcəkləri və humanitar yardımın qarşısını bilərəkdən almayacaqları barədə bizə yazılı təminat verəcəklər. Bu ölkələr memorandumdan sonra 45 gün ərzində bu yazılı təminatları təqdim edəcəklər. Biz hazırda müvafiq ölkələrlə bu prosesi həyata keçiririk", - deyə o bildirib.
Xatırladaq ki, Fevralın 8-də dərc edilən memorandumda ABŞ prezidenti Co Bayden Xarici İşlər Nazirliyinin ABŞ-dan silah yardımı alan ölkələrdən 45 gün ərzində yazılı təminat alacağına və bu təminatların hər il Konqresə təqdim edilməsinə qərar verib. Memorandumda yazılı təminat verməyən ölkələrə hərbi yardımın müvəqqəti olaraq dayandırıla biləcəyi qeyd edilib.