Bakı. AzerPress:
Qəzza Fələstin rəhbərliyi altında olmalıdır.
AzerPress-in məlumatına görə, bu sözləri Qətərin Xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani deyib.
"Qəzza Fələstin ərazisinin bir hissəsidir və fələstinlilər tərəfindən idarə edilməlidir. Çətinliklərə baxmayaraq, tərəflərlə danışıqları davam etdiririk və Qəzzada atəşkəsin əldə ediləcəyi, yardım axınının artırılacağı, məhbusların azad ediləcəyi ilə bağlı ən qısa zamanda razılığa gəlməyə çalışırıq",- deyə nazir bildirib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib. İsrailin hücumları nəticəsində Qəzza zolağında ölənlərin sayı 22 min 835 nəfərə çatıb.
Aytac Süleymanova
Twitter: a_alieva_