Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Rəsmi Xronika
Azərbaycanda Enerji Effektivliyi İnformasiya Sistemi yaradılıb. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna edilən dəyişiklikdə öz əksini tapıb.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
İnşaat, təsərrüfat və digər işlər görülərkən aşkar edilən abidələrin qorunması qaydalarında dəyişiklik edilib. Bu, Prezident İlham Əliyevin imzaladığı “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
"Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında" yeni qanun qəbul edilib. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında Qanunda öz əksini tapıb. Bu qanun Azərbaycan ərazisində nəqliyyat-ekspedisiya fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, bu sahədə dövlət orqanlarının (qurumlarının), habelə hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fərdi sahibkarların fəaliyyətini, həmçinin onlar arasında yaranan münasibətləri tənzimləyəcək.
Müəyyən edilib ki, Qərb Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir
“Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənəd milli-mənəvi dəyərlərin qorunmasını təmin edən müasir mədəniyyət modelinin yaradılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin olunması məqsədilə imzalanıb.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdərə rayon sakinləri ilə keçirilən görüşdən görüntülər paylaşılıb. Paylaşımda dövlət başçısının sakinlərlə birbaşa ünsiyyəti, onların müraciətlərini dinləməsi və bölgədə aparılan bərpa-quruculuq işlərinə dair fikirləri əks olunub. Prezident azad edilmiş ərazilərdə həyatın bərpasının prioritet olduğunu vurğulayıb.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub. Daha sonra dövlət başçısı kəndə yenicə köçən Kəmalə Dadaşovanın evində olub. Prezident İlham Əliyev: Xoş gəlmişsiniz! Neçə gündür gəlmisiniz? Qadın sakin: Sizin səbəbinizə xoş gəlmişik. Qarabağa addımınız uğurlu olsun.
Dövlətimizin başçısına məlumat verildi ki, bu mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Mərkəzin geniş ərazisində çoxsaylı şəxsi heyətin iştirakı ilə təlim və məşqlərin keçirilməsi mümkün olacaq. Burada təlim sahələrinin, o cümlədən atıcı və iriçaplı silahların atış, pilotsuz uçuş aparatlarının, o cümlədən zərbə dronlarının, müxtəlif simulyasiya, xüsusi əməliyyatların, sürücülük, üzgüçülük hazırlıqlarının məşq sahələri yaradılacaq.
Ağdərə şəhərini də biz yenidən quracağıq, necə ki, artıq doqquz kəndi abadlaşdırmışıq. Şəhəri də quracağıq. Buranın çox gözəl sənaye və turizm mərkəzi olacağını vurğulayan Prezident qeyd edib: “Bu səfalı yerlər göz oxşayır. Hər tərəf dağ, meşə, gözəl hava, bulaqlar, çaylar. Ona görə Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”.
Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb. Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşdə bildirib. Dövlətimizin başçısı qeyd edib: “Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində”.