Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev: İtaliya-Azərbaycan universitetin məzunları Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər

    1 Oktyabr 2025 16:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev: İtaliya-Azərbaycan universitetin məzunları Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İtaliya-Azərbaycan universitetinin məzunları Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər.

    AzerVoice xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında deyib.

    Prezident İlham Əliyevin çıxışı

    -Hörmətli cənab Prezident.

    Hörmətli qonaqlar, tələbələr, müəllimlər.

    Xanımlar və cənablar.

    Bu gün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür, biz İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat vermişdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Şadam ki, cənab Prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib. Biz səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Əminəm ki, burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik.

    Mən Prezident vəzifəsinə seçiləndən sonra demək olar ki, dərhal göstəriş vermişdim ki, Azərbaycan vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə Azərbaycan gəncləri ezam edilsin, onların bütün xərcləri dövlət tərəfindən ödənilsin və onlar yaxşı oxuyub Vətənə yaxşı mütəxəssislər kimi qayıtsınlar. Bu günə qədər dövlət xətti ilə dünyanın aparıcı ali məktəblərində təhsil alan tələbələrin sayı minlərlə ölçülür. Ondan sonrakı mərhələdə qərara gəldik ki, eyni zamanda, Azərbaycanın daxilində təhsil sisteminin inkişafı ilə bağlı beynəlxalq əməkdaşlıq məsələlərinə də diqqətlə yanaşaq. Artıq Azərbaycanda bir neçə xarici tərəfdaşlarla birgə universitet fəaliyyət göstərir və növbəti universitet İtaliya-Azərbaycan Universitetidir. Bu universitetin özəlliyi bundan ibarətdir ki, – burada rektor Hafiz Paşayev bunu qeyd etdi, - bu universitet İtaliyanın beş aparıcı universiteti və ADA Universiteti ilə birlikdə qurulmuşdur. Əlbəttə, İtaliya-Azərbaycan strateji tərəfdaşlıq əlaqələrini nəzərə alaraq, biz əminik və ümid edirik ki, bu, Azərbaycanın aparıcı təhsil ocaqlarından birinə çevriləcəkdir.

    İtaliya Azərbaycanla artıq uzun illər strateji tərəfdaşlıq əsasında münasibətlər qurmuşdur. Biz, sözün əsl mənasında, strateji tərəfdaşıq. Çünki bizim əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, bizim əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır.

    Dünən Prezident Mattarellanın rəsmi səfəri zamanı həm rəsmi açıqlamalarda, həm apardığımız danışıqlarda biz bunu qeyd edirdik ki, İtaliya-Azərbaycan əməkdaşlığı, məsələn, energetika sahəsində böyük bir inkişafa yol açmışdır. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik. Biz də ondan əziyyət çəkərdik, Avropa məkanı da. Bu gün Azərbaycan qazı Avropa İttifaqına səkkiz üzv ölkənin enerji təhlükəsizliyini dəstəkləyir və bu coğrafiya genişlənir və burada İtaliya-Azərbaycan əməkdaşlığı həlledici rol oynamışdır.

    Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci yerdədir, neft təchizatına görə birinci yerdədir. Əminəm ki, təhsil sahəsində də İtaliya bizim üçün bir nömrəli tərəfdaş olacaq. Hər halda burada gördüklərimiz və artıq fəaliyyətə başlamış universitetin uğurları bunu deməyə əsas verir. Artıq yüzlərlə tələbə oxuyur. Biz bu gün burada rəhbər heyətlə də tanış olduq. Burada beynəlmiləl müəllim heyəti çalışır, həm İtaliyadan, həm Azərbaycandan. Xarici tələbələr də var və bu, çox gözəl bir ovqat yaradır. Əminəm ki, burada oxuyan və məzun olacaq tələbələr gələcəkdə İtaliya-Azərbaycan dostluğunun elçiləri olacaqlar. Hər halda burada oxuyan Azərbaycan tələbələrinin gələcəyi İtaliya ilə bağlı olacaq. Onlar İtaliyanı, onun mədəniyyətini, onun inkişafını, onun uğurlarını daha yaxından tanıyacaqlar. Burada bir çox məqsədlər təmin ediləcək. İlk növbədə, Azərbaycan iqtisadiyyatı üçün gələcəkdə güclü kadr potensialı yaradılacaq. Bizim təhsil sahəsinin təkmilləşməsi məsələləri öz həllini tapacaq. Biz ən müasir və mütərəqqi təhsil sisteminə qoşulacağıq və eyni zamanda, Avropa İttifaqının aparıcı ölkələrindən biri olan İtaliya ilə dostluq əlaqələrimiz daha da güclənəcək. Bütün bu amilləri nəzərə alaraq bir daha görürük ki, vaxtında atılmış və düşünülmüş addımlar gözəl nəticələrə gətirib çıxarır.

    Burada qeyd olundu, bu universitetin yaradılması təşəbbüsü cəmi beş il bundan əvvəl irəli sürülmüşdür. Romada, Azərbaycan səfirliyində, səfirliyin binasında yerləşən Mədəniyyət Mərkəzində sənədlər mübadiləsi olmuşdur. Ondan sonra mənim tərəfimdən Sərəncam imzalanmışdır. Daha sonra Azərbaycanın dövlət büdcəsindən bu binaların, bütün infrastrukturun yaradılmasına vəsait ayrılmışdır və bu gün 2025-ci ildə biz bu gözəl binaların açılışını qeyd edirik.

    Bu, doğrudan da gözəl hadisədir. Bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. Hər birinizi bu münasibətlə təbrik edirəm. Prezidentə bu tədbirdə bizimlə bərabər olduğu üçün bir daha təşəkkürümü bildirirəm. Sağ olun.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb

    13 İyul 2026 14:26

    Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir

    13 İyul 2026 13:39

    Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

    13 İyul 2026 13:38

    Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər

    13 İyul 2026 13:21

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir

    13 İyul 2026 12:34

    Prezident İlham Əliyev Azərbaycan–Yaponiya əlaqələrinin inkişaf potensialından danışıb

    13 İyul 2026 12:33

    Prezident İlham Əliyev: Bu gün daha çox sayda Çin şirkəti Azərbaycanda fəaliyyət göstərir

    13 İyul 2026 12:32

    Prezident İlham Əliyev: Cənubi Qafqaz geosiyasi qarşıdurma arenası kimi qəbul edilməməlidir

    13 İyul 2026 12:32

    Prezident İlham Əliyev Rusiya-Ukrayna müharibəsi barədə: Müharibə dayandırılmalıdır və bu, dərhal baş verməlidir

    13 İyul 2026 12:03

    Prezident İlham Əliyev: Qarabağın bərpasında bizə birinci yardım edən məhz Özbəkistan Prezidenti olmuşdur

    13 İyul 2026 12:02

    Prezident İlham Əliyev: Bu gün bizim əsas gündəliyimiz Qarabağın bərpasıdır

    13 İyul 2026 12:01

    Prezident İlham Əliyev: Bayden senator olanda Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuşdu

    13 İyul 2026 12:00
    XƏBƏR LENTİ

    Səudiyyə Ərəbistanı Yəmənin beynəlxalq hava limanını vurdu

    Türk Dövlətləri Təşkilatında Beynəlxalq Kommersiya Arbitrajının perspektivləri

    FETÖ və bənzəri qruplaşmalara qarşı ayıq-sayıq olmalıyıq - Cevdet Yılmaz

    Türkiyədə 50 min litr dizel alınacaq

    İrana qarşı heç bir təcavüz cavabsız qalmayacaq - İran XİN

    Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda iştirakını əks etdirən kadrlar dövlət başçısının sosial şəbəkə hesablarında yayımlanıb

    Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir

    Prezident İlham Əliyev Şuşa Forumunda BMT-də islahatlar məsələsinə toxunub

    Prezident İlham Əliyev: Azərbaycan və Qazaxıstan Xəzərin hər iki sahilində yerləşən ölkələr olaraq çox fəal əməkdaşlıq edirlər

    Prezident İlham Əliyev: Mərkəzi Asiya və Azərbaycan vahid bir iqtisadi və siyasi məkanda birləşir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.