Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Dünya azərbaycanlılarından Prezident İlham Əliyevə möhtəşəm dəstək – “55 milyonluq azərbaycanlılar üçün işıqlı yol...”

    29 Yanvar 2024 19:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünya azərbaycanlılarından Prezident İlham Əliyevə möhtəşəm dəstək – “55 milyonluq azərbaycanlılar üçün işıqlı yol...”
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan tanınmış soydaşlarımız seçkilərlə bağlı mövqelərini açıqlayırlar.

    AzerVoice xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook” sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə Azərbaycanın xoşbəxt gələcəyinin memarı Prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirir, dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər. Onların arasında Türkiyənin Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah Məmmədov, Kanadanın Vaterloo Universitetinin professoru, Azərbaycanın “Tərəqqi” medalı laureatı İlham Axundov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı Məmmədəli Ağayev, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni laureatı Eldar Əliyev də var.

    Azərbaycanın mməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Əsmər Nərimanbəyova da Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyini bildirib: “Valideynlərimin – Azərbaycanın xalq rəssamı Toğrul Nərimanbəyov və Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın hər zaman Sizi – görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini qürur hissi ilə xatırlayıram. Bu gün bu ənənəni oğlum Tofiq Ağayevlə birgə davam etdirdiyim üçün xoşbəxtəm. Əminik ki, xalqımızın seçimi dövrümüzün görkəmli siyasətçisi və dövlət xadimi İlham Heydər oğlu Əliyev olacaq”.

    Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli Əkbərov Prezident İlham Əliyevə müraciətində ona dəstəyini bildirib: “Pənahəli xanın nəslindən bir nümayəndə olaraq suveren Azərbaycan torpaqlarının azad olunması məni qürurlandırır”.

    Azərbaycan Yaponiya Dostluq Mərkəzi də 7 fevral seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə mərkəzin sədri, dünya şöhrətli azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil telefonların əsas hissələrindən birinin - maye kristal displeyin arxa fon işıqlarının yaradıcısı Xəlil Kələntərin bəyanatında bildirilib: “Hesab edirik ki, növbədənkənar Prezident seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı yol və böyük millətimizin taleyində çox vacib məqam olacaq. Azərbaycan-Yaponiya Dostluq Mərkəzi olaraq inanırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir Liderdir və biz Sizin namizədliyinizi dəstəkləyirik”.

    ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova Amerikada yaşayan azərbaycanlıların seçiminin İlham Əliyev olduğunu vurğulayıb: “Cənab Prezident, Amerika azərbaycanlıları olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam etdirməyinizi diləyirik”.

    Soydaşlarımızın BİZ platformasındakı videomüraciətlərini aşağıdakı link vasitəsilə izləmək olar:

    https://www.facebook.com/groups/761174492541764/media/videos

    #Azərbaycanda Prezident seçkiləri 2024
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sabah növbədənkənar Prezident seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirləcək

    12 Fevral 2024 11:17

    Rumen Radev Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 13:18

    ATƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:37

    İƏT-in Baş katibi Prezident İlham Əliyevi təbrik edib

    9 Fevral 2024 12:34

    Oleq Storçevoy Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

    9 Fevral 2024 12:31

    Türkmənistandakı səfirliyimizdə qeydiyyatda olan seçicilərin 90,53 faizi Prezident seçkilərində iştirak edib

    8 Fevral 2024 20:55

    Prezident seçkiləri qanunauyğun keçirilib - İordaniyadan olan müşahidəçi

    8 Fevral 2024 17:42

    İlham Əliyev yüksək seçici fəallığı ilə keçən seçkinin qalibi oldu - “Rossiyskaya Qazeta”

    8 Fevral 2024 17:29

    Seçki günü Ombudsmanın ünvanına şikayət və müraciət daxil olmayıb

    8 Fevral 2024 17:26

    Azərbaycan Prezident seçkilərinə çox məsuliyyətli hazırlaşmışdı - Tacikistandan olan müşahidəçi

    8 Fevral 2024 17:17

    BAMF-dan növbədənkənar Prezident seçkiləri ilə bağlı açıqlama

    8 Fevral 2024 16:59

    Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib

    8 Fevral 2024 16:26
    XƏBƏR LENTİ

    ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    ABŞ və Səudiyyə nüvə sazişi imzaladı

    Husilər Səudiyyəyə məxsus iki neft tankerini vurub

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.