Tunisdə qeyri-qanuni miqrasiyaya yardım göstərməkdə ittiham olunan qeyri-hökumət təşkilatı əməkdaşlarının məhkəmə prosesi bazar ertəsi başlayıb. Amnesty International məhkəmə işini ölkədə vətəndaş cəmiyyətinə qarşı “davamlı kriminalizasiya” nümunəsi kimi qiymətləndirib.
Şimali Afrika
Liviya Ali Milli Seçki Komissiyası (HNEC) bazar ertəsi günü açıqlayıb ki, 2026-cı ilin ortasında prezident və parlament seçkilərinin keçirilməsi üçün hazırlıqlara başlayıb. Komissiyanın rəsmi Facebook səhifəsində yaydığı bəyanatda qeyd olunub ki, dövlət başçısı və parlament seçkilərinin tənzimləyici çərçivələrinin hazırlanması və yayımlanmasına start verilib.
Misirin xarici işlər naziri Bədr Əbdülattı və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilən telefon danışığında Sudan, Suriya, Livan və Qəzzadakı proseslər, eləcə də ikitərəfli əlaqələr ətraflı şəkildə müzakirə olunub.
Birləşmiş Millətlər Təşkilatı (BMT), Sudanın Kurdofan bölgəsində zorakılığın və mülki əhaliyə yönəlik təhlükənin artdığını bildirərək, Cənubi Kurdofan əyalətinin Kadugli şəhərində aclıq şəraitinin qeydə alındığını və bunun digər bölgələrə yayılma riski olduğunu xəbərdar edib. Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında çıxış edərkən bildirib.
Liviya paytaxtı Tripolidə yerləşən məşhur Mitiga həbsxanasında qətl, təcavüz və işgəncələrə rəhbərlik etməkdə ittiham olunan həbsxana rəisi Xalid Məhəmməd Əli əl-Hişri Beynəlxalq Cinayət Məhkəməsində (ICC) hakim qarşısına çıxıb.
Misir yüzlərlə fələstinli polis əməkdaşını müharibədən sonrakı mərhələdə Qəzzada təhlükəsizlik qüvvələrinə inteqrasiya etmək məqsədilə hazırlayır.Misirin xarici işlər naziri Bədr Əbdülatti avqust ayında Fələstin Muxtariyyətinin baş naziri Məhəmməd Mustafa ilə danışıqları zamanı Qəzza üçün 5 min polis əməkdaşının hazırlanması planını elan etmişdi.
ABŞ-ın Misirə AH-64E Apache Guardian hücum helikopterləri transfer etməsi ilə bağlı məlumatlar İsrail mediasında Qahirənin genişlənən hərbi imkanları barədə suallar doğurub. Hərbi ekspertlər bildirirlər ki, Misir tərəfi hələ bu barədə rəsmi açıqlama verməsə də, sözügedən müqavilə Qahirə–Vaşinqton müdafiə əməkdaşlığını möhkəmləndirəcək və regionda güc balansının qorunmasına xidmət edəcək.
Tunisdə polis tanınmış müxalifət nümayəndəsi Şayma İssanı paytaxtın mərkəzində keçirilən etiraz aksiyası zamanı həbs edib. Bu barədə onun vəkilləri məlumat verib. Məlumata görə, saxlanılma səbəbi 20 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan yekun məhkəmə hökmünün icrasıdır.
Sudanın Əl-Faşir şəhərində baş verən zorakılıqlar nəticəsində minlərlə insan evlərini tərk edərkən, yüzlərlə uşaq ailəsiz şəkildə qaçqın düşərgələrinə çatıb. Rəsmi məlumatlara görə, hər gün daha çox uşaq valideynlərindən ayrı düşərək düşərgələrə gəlir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, oktyabrın sonlarından etibarən Sürətli Dəstək Qüvvələri (RSF) qüvvələrinin Əl-Faşirdə Sudanın ordusundan geri alması nəticəsində Qərbi Darfurda 100 mindən çox insan evlərini tərk edib.
Misirdə parlament seçkilərinin ikinci mərhələsi çərçivəsində bazar ertəsi günü səsvermə keçirilib. Bu mərhələ, ilk turda qeydə alınan çoxsaylı pozuntulara görə nəticələrin ləğv edildiyi dairələrdə təkrar səsvermə qərarı fonunda keçirilir.
Səudiyyə Ərəbistanı və Misir Sudanda dərhal atəşkəsə nail olunmasının və ölkənin birliyini, suverenliyini qoruyacaq hərtərəfli siyasi prosesin başlamasının vacibliyini bir daha vurğulayıb
Noyabrın 4-də Misirdə dünyanın ən böyük arxeoloji muzeyi - Böyük Misir Muzeyi (GEM) - öz qapılarını ziyarətçilərin üzünə açdı. Açılışın ilk günündə muzeyi təxminən 18 min nəfər ziyarət edib. Bu, ölkənin yeni mədəniyyət mərkəzinə göstərilən misilsiz marağın göstəricisi sayılır. Tarixi simvolizm də diqqət çəkir: 1922-ci ilin 4 noyabrında britaniyalı arxeoloq Hovard Karter və komandası XX əsrin ən böyük kəşflərindən birini - firon Tutanhamonun məzarını tapmışdı. Bu, qədim Misir tarixində demək olar ki, zədələnməmiş yeganə kral dəfn yeridir.