Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb

    2 Fevral 2026 22:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriya Neft Şirkəti Həsəkədə qaz yatağının yenidən işə salındığını açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Suriya hökumət qüvvələri ölkənin şimal-şərqində yerləşən Həsəkə şəhərində nəzarəti mərhələli şəkildə bərpa etməyə başlayıb.

    AzerVoice xəbər verir ki, Suriya təhlükəsizlik qüvvələri bazar ertəsi Həsəkə şəhərinə daxil olub. Bu addım SDQ-yə məxsus mülki və hərbi strukturların dövlət çərçivəsində birləşdirilməsini nəzərdə tutan razılaşmanın icrası kimi qiymətləndirilir. Şahidlərin bildirdiyinə görə, zirehli texnika və hərbi avtomobillərdən ibarət kolon şəhərə SDQ-yə məxsus təhlükəsizlik postundan keçərək daxil olub, yol kənarında toplaşan sakinlər isə Suriya bayraqları qaldırıb.

    Həsəkə vilayətinin daxili təhlükəsizlik rəisi, briqada generalı Mərvan əl-Əli qüvvələrə tapşırıqlar verərək əməliyyatların mövcud planlara uyğun, qanun və qaydalara tam riayət olunmaqla aparılmasını, ictimai asayişin və vətəndaşların əmlakının qorunmasını tələb edib.

    Qeyd olunur ki, ötən cümə günü Dəməşq hakimiyyəti ilə SDQ arasında “ümumi razılaşma” əldə olunub. Sənədə əsasən, SDQ strukturlarının mülki və hərbi institutları tədricən Suriya dövlətinə inteqrasiya ediləcək. Razılaşma son həftələrdə tərəflər arasında baş verən toqquşmalardan sonra Dəməşqin ölkənin şimal və şərqində geniş ərazilərə nəzarəti bərpa etməsi fonunda imzalanıb.

    Bununla paralel olaraq Suriya Neft Şirkəti Həsəkənin cənubunda yerləşən Cəbsa qaz yatağında qaz turbinlərinin yenidən işə salındığını açıqlayıb. Bildirilib ki, aparılan təmir-bərpa işlərindən sonra istehsal prosesi dəstəklənir və yatağın əməliyyat hazırlığı artırılır. Yanvar ayının sonunda hökumət qüvvələrinin SDQ-dən azad etdiyi neft yataqlarında hasilatın bərpasına başlanıldığı da xatırladılıb.

    Təhlükəsizlik tədbirləri çərçivəsində SDQ-yə bağlı bəzi qüvvələr Həsəkədə komendant saatı tətbiq edib, rabitənin müəyyən müddətə kəsildiyi, şəhərdə silahlı patrulların və pilotsuz uçuş aparatlarının müşahidə edildiyi bildirilib.

    SDQ rəhbəri Məzlum Abdi razılaşmanın bu gündən etibarən praktik mərhələdə icrasına başlanacağını, tərəflərin təmas xətlərindən geri çəkiləcəyini və Həsəkə ilə Qamışlıya məhdud sayda hökumət təhlükəsizlik qüvvəsinin daxil olacağını açıqlayıb. Razılaşma həmçinin Həsəkə və Qamışlıda daxili işlər nazirliyinə tabe qüvvələrin yerləşdirilməsini, SDQ-nin bir hissəsinin isə Suriya ordusunun tərkibində briqadalar şəklində inteqrasiyasını nəzərdə tutur.

    #Suriya təhlükəsizlik qüvvələri Həsəkəyə daxil olub #Dəməşq–SDQ razılaşması: Həsəkədə yeni mərhələ #Suriya hökuməti şimal-şərqdə nəzarəti gücləndirir #Həsəkədə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi başladı #SDQ ilə razılaşmadan sonra Həsəkədə vəziyyət dəyişir #Suriya ordusu Həsəkə şəhərinə daxil oldu #Suriye güvenlik güçleri Haseke’ye girdi #Şam ve SDG anlaşması sahada uygulanıyor #Haseke’de yeni güvenlik düzeni #Suriye hükümeti kuzeydoğuda kontrolü artırıyor #SDG ile anlaşma sonrası Haseke’de gelişmeler #Suriye güçleri Haseke’de konuşlandı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ Livan rəsmilərinə və “Hizbullah şəbəkəsi”nə sanksiyalar tətbiq edib

    18 İyun 2026 22:35

    İsrail ordusu: Hizbullah Livanın cənubunda qoşunlara raket atıb

    18 İyun 2026 21:37

    Böyük Britaniya, Qətər və Fransa nümayəndə heyəti Livanı ziyarət edib

    18 İyun 2026 21:27

    Küveyt müharibə dövründə elan edilən “fors-major” rejimini ləğv edib

    18 İyun 2026 20:56

    Hizbullah İsrailin Livanın cənubundakı irəliləyişini dayandırdığını açıqlayıb

    18 İyun 2026 20:44

    İsraildə Livandan çıxış planı siyasi böhran yaradır

    18 İyun 2026 20:36

    İsrail Livandan çıxmaya bilər: “ABŞ ciddi təzyiq göstərməsə”

    18 İyun 2026 19:58

    Livanda ölüm sayı 3,900-ü keçdi

    18 İyun 2026 19:47

    Bu insidentlər təsadüfidir, yoxsa planlı?

    18 İyun 2026 19:40

    Böyük Britaniyanın İsraildən silah idxalı 10 min faiz artıb

    18 İyun 2026 19:30

    İsrailin Livanın cənubuna hücumlarında azı 3 nəfər həlak olub

    18 İyun 2026 18:52

    Livan Prezidenti: Ölkəyə yardım yox, investisiya lazımdır

    18 İyun 2026 18:39
    XƏBƏR LENTİ

    Qlobal Toxum Anbarı bəşəriyyəti qoruya bilərmi?

    Tarixdə bu gün - 19 İyun

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimində iştirakı ilə bağlı görüntülər paylaşılıb

    Tramp: ABŞ bütün cəbhələrdə tam atəşkəs gözləyir

    ABŞ Livan rəsmilərinə və “Hizbullah şəbəkəsi”nə sanksiyalar tətbiq edib

    AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

    Regionda vəziyyət yumşalır: Britaniya xəbərdarlığı dəyişdi

    Xamenei: ABŞ ilə birbaşa danışıqlar “düşmənin mövqeyini qəbul etmək” demək deyil

    Müctəba Xamenei ABŞ–İran razılaşması ilə bağlı “fərqli mövqeyim vardı” deyib

    Böyük Britaniya naziri İsraili Livanın cənubundan çıxmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.