"FlightRadar" portalının naviqasiya məlumatlarına əsasən, İraqın hava məkanının yenidən açılması barədə qərardan bir neçə gün sonra "İraq Hava Yolları"na məxsus ilk təyyarə reysini həyata keçirib.
Yaxın Şərq
Qəzza zolağının Təhsil və Ali Təhsil Nazirliyinin verdiyi məlumata görə, cümə axşamı İsrail ordusu Beyt Lahiya şəhərində fələstinli azyaşlı qız Ritac Reyhanı qətlə yetirib. İnsident uşaqlar məktəb çadırında dərs masası arxasında əyləşdiyi zaman baş verib. Nazirliyin bəyanatında bildirilir ki, "Əbu Ubeydə bin əl-Cərrah" məktəbinin 3-cü sinif şagirdi olan Ritac İsrail hərbçilərinin açdığı atəş nəticəsində həyatını itirib. Hadisə onun sinif yoldaşları arasında ağır psixoloji travmaya və şoka səbəb olub.
İraq Parlamenti aprelin 11-də yeni prezidenti seçmək üçün iclas keçiriləcəyini bildirdi. Parlamentdən edilən yazılı açıqlamaya görə, prezident seçkisi üçün aprelin 11-də yenidən iclas təşkil olunacaq. İraqda 2003-cü ildən sonra qurulan siyasi tənliyə görə, prezident kürd partiyalarının namizədləri arasından seçilir.
Müctəba Xameneinin fevralın 28-də Amerika-İsrail zərbəsi nəticəsində öldürülən atasının xələfi kimi "Ali Rəhbər" təyin edilməsindən bəri o, hələ də ictimaiyyət qarşısına çıxmayıb. Lakin buna baxmayaraq müharibə zamanı qərarın kimin əlində olduğu haqda sualları fonunda İran rejimi hələ də ayaqdadır. Sistemin sağ qalması indi əsas şəxslərdən asılıdır; bunlar "İnqlab Keşikçiləri"nin rəhbəri ilə yanaşı, hər ikisi "Keşikçilər" korpusundan gələn Ali Milli Təhlükəsizlik Şurasının sədri və parlament sədridir.
Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Livan Prezidenti Cozef Aun ilə telefon danışığı apararaq, İsrailin Livana endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib. Əmir Qətərin Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə qarşı hər hansı müdaxiləni qətiyyətlə rədd etdiyini bildirib. Qətər Rəsmi Xəbər Agentliyinin (QNA) məlumatına görə, tərəflər Livandakı son hərbi gərginliyin ölkə və regionun sabitliyinə təsirlərini müzakirə ediblər.
Livan Silahlı Qüvvələrinin rəhbəri Rudolf Heykel ölkənin cənubunda yerləşən hərbi birliklərə baş çəkərək, İsrailin artan hərbi təzyiqləri və regional sabitlik barədə mühüm bəyanatlar verib. Komandir və əsgərlərlə görüşən Heykel, Livan ordusunun bütün çətinliklərə baxmayaraq, ölkənin suverenliyini qorumaq üçün böyük fədakarlıq göstərdiyini vurğulayıb.
Küveyt Müdafiə Nazirliyinin sözçüsü Saud əl-Atvan ölkənin hava məkanı və təhlükəsizlik vəziyyəti ilə bağlı rəsmi açıqlama yayıb. Məlumata görə, İran tərəfindən ölkəyə yönəlmiş hər hansı hava hücumu və ya yeni bir operativ hadisə son 24 saat ərzində qeydə alınmayıb. Sözçü Atvan sosial media platforması vasitəsilə paylaşdığı bəyanatda bildirib ki, hər hansı yeni insidentin baş verməməsinə baxmayaraq, Küveyt Silahlı Qüvvələri öz vəzifə və məsuliyyətlərini ən yüksək səviyyədə yerinə yetirməyə davam edir. Ordu bölmələri tam döyüş hazırlığı və daimi ehtiyatlılıq rejimində fəaliyyət göstərir.
Suriyanın Maliyyə naziri Məhəmməd Yusr Berniyyə ölkə iqtisadiyyatının uzunmüddətli böhrandan sonra rəsmən bərpa və yenidənqurma mərhələsinə qədəm qoyduğunu elan edib. Nazirliyin binasında təşkil edilən mətbuat konfransında çıxış edən Berniyyə, 2026-cı ildə iqtisadi artımın 10 faizdən çox olacağını gözlədiklərini bildirib.
İranın adı açıqlanmayan yüksək rütbəli təhlükəsizlik rəsmisi, İsrailin Livana qarşı hərbi əməliyyatlarını dayandırmayacağı təqdirdə, cümə günü Pakistanın paytaxtı İslamabadda ABŞ ilə planlaşdırılan birbaşa danışıqların baş tutmayacağını iddia edib. İran tərəfi İsrailin hərəkətlərini əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının birbaşa pozulması kimi qiymətləndirir.
İran İslam Şurası Məclisinin (Parlament) sədri Məhəmməd Baqir Qalibaf regiondakı atəşkəs prosesi ilə bağlı mühüm bəyanat verərək, Livanın və müqavimət qüvvələrinin bu prosesdəki yerini vurğulayıb.
İran Prezidenti Məsud Pezeşkian İsrailin Livan ərazisinə hücumlarının atəşkəs razılaşmasını pozduğunu bəyan edib. Qeyd olunub ki, İran rəhbərliyi İsrailin son hərbi əməliyyatlarını tənqid edərək bunun əldə olunmuş müvəqqəti atəşkəsə zidd olduğunu vurğulayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu İran ilə ABŞ arasında əldə olunan müvəqqəti atəşkəsə baxmayaraq, Livan ərazisinə hücumların davam etdiriləcəyini bildirib. O vurğulayıb ki, İsrail Hizbullah hədəflərinə qarşı əməliyyatları davam etdirəcək və “zəruri olan hər yerdə zərbələr endiriləcək”.