Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Bəhreyn İrandan atılan 16 pilotsuz uçuş aparatını zərərsizləşdirib

    3 Aprel 2026 14:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bəhreyn İrandan atılan 16 pilotsuz uçuş aparatını zərərsizləşdirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    Bəhreyn Silahlı Qüvvələri son 24 saat ərzində ölkə səmasına daxil olan və İrandan buraxılan 16 pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

    VOA xəbər verir ki, ordunun rəsmi sosial media hesabında paylaşılan bəyanatda bildirilir ki, İranın "hücum dalğalarına" qarşı bütün müdafiə bölmələri ən yüksək hazırlıq vəziyyətindədir. Bu son əməliyyat fevralın 28-dən bəri davam edən regional gərginliyin tərkib hissəsi kimi qiymətləndirilir.

    Rəsmi məlumatlara görə, müharibənin başladığı ilk gündən indiyədək Bəhreynin hava hücumundan müdafiə qüvvələri İrandan atəşlənən cəmi 188 raket və 445 PUA-nı zərərsizləşdirib. Bəhreyn ordusu strateji obyektlərin və mülki məntəqələrin təhlükəsizliyini təmin etmək üçün təyakkuzda (yüksək hazırlıq) olduğunu vurğulayır. Qeyd olunub ki, ölkənin hava məkanını hədəf alan hər bir təhdid dərhal müəyyən edilərək effektiv şəkildə sıradan çıxarılır.

    Xatırladaq ki, İran tərəfi ABŞ və İsrailin fevralın 28-də başlatdığı hücumlara cavab olaraq, aralarında Bəhreynin də olduğu 7 ərəb ölkəsindəki ABŞ bazalarını və kritik infrastrukturlarını hədəf alır. "Epic Fury" əməliyyatı nəticəsində yaranan bu qarşıdurma fonunda Bəhreyn həm daxili sabitliyi qorumaq, həm də beynəlxalq koalisiya tərəfdaşları ilə koordinasiyalı hərəkət etmək üçün müdafiə sistemlərini gücləndirib. Hazırda regionda hava hücumlarının intensivliyi hər iki tərəfdən davam etməkdədir.

    #Bəhreyn #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması #İsrail və İran
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Bəhreynin qeyri-neft iqtisadiyyatı regional çətinliklərə baxmayaraq 1-ci rübdə 2.2% artıb

    27 Avqust 2026 22:07

    “Abraham Linkoln” 54-cü dəniz təchizatı əməliyyatını tamamlayıb

    18 Avqust 2026 22:15

    Oman və Bəhreyn liderləri regional təhlükəsizlik məsələlərini müzakirə edib

    11 Avqust 2026 19:29

    Hörmüz böhranı Körfəz ölkələrinin iqtisadiyyatına təzyiq yaradır

    10 Avqust 2026 19:38

    İtaliyanın müdafiə naziri Körfəz regionuna qoşun göndərilməsi qərarını müdafiə edib

    31 İyul 2026 18:42

    İran Bəhreyndəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb

    30 İyul 2026 21:45

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    24 İyul 2026 17:34

    İran Bəhreyndə "Amazon" şirkətinə məxsus məlumat mərkəzini hədəfə aldığını iddia edib

    24 İyul 2026 17:14

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya yeni hücumlarını pisləyib

    23 İyul 2026 18:31

    Bəhreyn İranın hava hücumlarının qarşısının alındığını açıqlayıb

    22 İyul 2026 18:47

    Livan baş naziri İranın Bəhreynə hücumlarını pisləyib

    21 İyul 2026 19:54
    XƏBƏR LENTİ

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.