#Suriya Livan münasibətləri

Suriya Prezidenti Əhməd əş - Şəraanın “Əl-Cəzirə” telekanalına müsahibəsində verdiyi açıqlamalar ölkəsinin regional siyasətinin əsas istiqamətləri ilə bağlı mühüm mesajlar kimi qiymətləndirilir. Müsahibə zamanı əsas diqqət Suriyanın İsraillə münasibətlərinin gələcəyi, Livandakı proseslər və İraqla inkişaf edən əlaqələrə yönəlib. Tədqiqatçılar hesab edirlər ki, Şəranın açıqlamaları Dəməşqin regionda daha balanslı və diplomatik xətt yürütmək niyyətini göstərir.

Suriya-Livan sərhədinin kələ-kötür relyefində sarı buldozerlər zirehli texnikalar üçün torpaq bəndlər ucaldır, əsgərlər isə "Hizbullah" tərəfindən istifadə edildiyi bildirilən tunellərdə axtarış aparır. Suriya Müdafiə Nazirliyinin xüsusi icazəsi ilə bölgəyə daxil olan AFP müxbiri bir aydır davam edən hərbi möhkəmlənməni ilk dəfə lentə alıb. Suriya sərhəd keçid məntəqələrinin rəsmisi Məhəmməd Hammud bildirib ki, aparılan təmizləmə əməliyyatları nəticəsində iki ölkəni birləşdirən, silah və narkotik qaçaqmalçılığı üçün istifadə olunan geniş tunel şəbəkəsi aşkar edilib.

Suriya prezidenti Əhməd əş-Şəraa Livan prezidenti Cozef Aunun Hizbullahın silahsızlaşdırılması istiqamətində apardığı siyasəti dəstəklədiyini açıqlayıb. Bu barədə Suriya dövlət mediası məlumat yayıb. Bildirilir ki, Əhməd əş-Şəraa Avropa rəsmiləri ilə keçirilən videokonfrans zamanı Suriyanın Livan rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiyini bildirib.