Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb

    9 Mart 2026 21:19
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Küveyt İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Küveyt Xarici İşlər Nazirliyi İran səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığını və ona rəsmi etiraz notasının təqdim edildiyini açıqlayıb.

    VOA xəbər verir ki, nazirliyin bəyanatında bildirilib ki, İran səfiri martın 9-da artıq ikinci dəfə nazirliyə çağırılıb və bu addım İran tərəfindən Küveytə qarşı davam edən hücumlar fonunda atılıb.

    Küveyt tərəfi qeyd edib ki, İranın son hərbi fəaliyyətləri ölkənin təhlükəsizliyinə ciddi təhdid yaradır və bu addımlar rəsmi etirazla qarşılanıb.

    Məlumata görə, martın doqquzuna keçən gecə Küveyt ərazisində elektrik stansiyası və su təmizləmə qurğusunda yanğın baş verib. Bundan əlavə, ölkədə yerləşən hava limanlarından birində yanacaq anbarına pilotsuz uçuş aparatının düşdüyü bildirilib.

    Eyni zamanda İran tərəfi Küveytdə yerləşən ABŞ-a məxsus Udairi helikopter bazasının pilotsuz uçuş aparatları və qanadlı raketlərlə vurulduğunu açıqlayıb.

    Açıqlamada qeyd olunub ki, hücum zamanı helikopter meydançaları, yanacaq anbarları və komanda məntəqəsi daxil olmaqla 11 mühüm obyekt hədəfə alınıb.

    #Yaxın Şərq münaqişəsi #Küveyt Xarici İşlər Nazirliyi #İran İnqilab Keşikçiləri #İran səfiri #diplomatik etiraz notası #İran Küveyt gərginliyi #pilotsuz uçuş aparatı hücumu #Udairi hərbi bazası #regional təhlükəsizlik böhranı #Küveyt İran səfirinə etiraz notası təqdim etdi #İranın hücumlarından sonra Küveyt diplomatik addım atdı #Küveyt Xarici İşlər Nazirliyi İran səfirini çağırdı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    Cakarta və Küveyt arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

    28 Avqust 2026 10:58

    İsrail Livanda dörd bölgəyə hücum etdi

    26 Avqust 2026 09:56

    ABŞ İranlı hakerlərin tapılmasına görə 10 milyon dollar mükafat elan etdi

    19 Avqust 2026 10:22

    Küveyt Hörmüz boğazında Əbu-Dabinin neft şirkətinə məxsus gəmilərə hücumu pisləyib

    14 Avqust 2026 18:36

    Küveyt Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın müdafiə sazişini alqışlayıb

    10 Avqust 2026 14:04

    Hakan Fidan Küveytin xarici işlər naziri ilə regional vəziyyəti müzakirə edib

    3 Avqust 2026 16:49

    Qəzzada ölənlərin sayı 73 min 231 nəfərə çatıb

    13 İyul 2026 17:44

    “Save the Children” Livandakı durumla bağlı xəbərdarlıq etdi

    12 May 2026 21:17

    Küveyt İran Səfirinə etiraz notası təqdim etdi

    12 May 2026 21:04

    İran Hörmüz Boğazında yeni qaydaların formalaşdığını bildirdi

    12 May 2026 20:02

    İran Çinin Yaxın Şərqlə bağlı sülh təşəbbüsünə dəstək verdi

    11 May 2026 19:18
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.