Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanının tələbi ilə Ərəb Dövlətləri Liqası fövqəladə iclas keçirəcək

    6 Mart 2026 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanının tələbi ilə Ərəb Dövlətləri Liqası fövqəladə iclas keçirəcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Ərəb Dövlətləri Liqası (ƏDL) İranın ərəb ölkələrinə qarşı həyata keçirdiyi "açıq hücumları" müzakirə etmək məqsədilə bazar günü nazirlər səviyyəsində fövqəladə iclas keçirəcək.

    VOA xəbər verir ki, Səudiyyə Ərəbistanı Xəbər Agentliyinin (SPA) yaydığı məlumata görə, iclas videokonfrans formatında baş tutacaq.

    Rəsmi Ər-Riyad və digər üzv dövlətlər bəyan ediblər ki, İranın son raket və PUA zərbələri beynəlxalq hüququn, mövcud nizamnamələrin və mehriban qonşuluq prinsiplərinin kobud şəkildə pozulmasıdır. İclasda bu hücumların qarşısının alınması və regional təhlükəsizliyin qorunması üçün kollektiv addımların atılması planlaşdırılır.

    Fövqəladə iclasın keçirilməsi üçün yeddi dövlət birgə müraciət edib. Bu ölkələr sırasına Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, Oman, Qətər, Küveyt və Misir daxildir.

    Xatırladaq ki, fevralın 28-dən bəri davam edən İran–İsrail–ABŞ münaqişəsi çərçivəsində bir çox Körfəz ölkələri və İordaniya İran tərəfindən hədəf alınıb. İclasda həmçinin dəniz və hava yollarının təhlükəsizliyi, eləcə də qlobal enerji bazarlarına təhdidlər əsas müzakirə mövzusu olacaq.

    #Səudiyyə Ərəbistanı #PUA
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05

    Livan Prezidenti Səudiyyə Ərəbistanın vəzir-əmirinə dəstəyi üçün təşəkkür edib

    5 İyun 2026 21:42

    Səudiyyə Ərəbistanın Atletika komandasının üzvləri ilə görüş keçirilib

    5 İyun 2026 20:52

    Lavrov: Hər hansı razılaşma Tehranın maraqlarını nəzərə almalıdır

    5 İyun 2026 18:32

    Qlobal İslam İqtisadiyyatı İndeksində lider ölkələr hansılardır?

    5 İyun 2026 06:00

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    3 İyun 2026 19:51

    İranın Küveytdə ABŞ qüvvələrinə hücumu uğursuz olub - CENTCOM

    3 İyun 2026 10:23

    8 ölkə İsrailə qarşı birgə bəyanat yayıb

    2 İyun 2026 22:48

    Səudiyyə İranın Küveyt hücumunu pisləyib

    1 İyun 2026 16:30

    Hakan Fidanın təklif etdiyi platformada hansı ölkələr yer alacaq?

    30 May 2026 19:17

    Səudiyyə Ərəbistanı builki Həcc mövsümünü “müstəsna uğur” adlandırdı

    30 May 2026 17:30

    Rusiya Türkiyəyə gedən yük gəmisini PUA ilə vurdu - Ukrayna

    29 May 2026 11:12
    XƏBƏR LENTİ

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.