#Mossad və Epşteyn iddiaları fonunda İsrail liderindən bəyanat

İsrail Prezidenti İshaq Hersoq amerikalı maliyyəçi Ceffri Epşteynlə hər hansı formada əlaqəsinin olması barədə yayılan iddiaları rəsmi şəkildə rədd edib. Bu barədə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi "X" sosial şəbəkəsində məlumat paylaşıb. Səfir jurnalist Taker Karlsonun xahişi ilə bu mövzunu İsrail Prezidentinin Ofisi qarşısında qaldırdığını və oradan qəti təkzib cavabı aldığını bildirib.