Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib

    28 Yanvar 2026 18:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    HƏMAS Qəzza idarəçiliyini fələstinli texnokratlar komitəsinə təhvil verməyə hazır olduğunu bildirib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI,AzerVoice, Orxan Qədirzadə

    HƏMAS hərəkəti Rəfah keçidinin tam açılmasını da əsas şərt kimi irəli sürür.

    AzerVoice xəbər verir ki, HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni fələstinli texnokratlardan ibarət milli komitəyə tam şəkildə təhvil verməyə hazır olduğunu bəyan edib. Hərəkatın sözçüsü Hazim Qasim bu barədə Fransız Mətbuat Agentliyinə açıqlamasında bildirib.

    Hazim Qasim qeyd edib ki, idarəetmənin ötürülməsi üçün bütün texniki və inzibati prosedurlar əvvəlcədən hazırlanıb, müvafiq sənədlər tamamlanıb və təhvil prosesinə nəzarət edən komitələr formalaşdırılıb. Onun sözlərinə görə, məqsəd Qəzza zolağında hakimiyyətin qeyd olunan milli texnokrat komitəsinə tam ötürülməsini təmin etməkdir.

    HƏMAS rəsmisi eyni zamanda Rəfah sərhəd-keçid məntəqəsinin hər iki istiqamətdə tam açılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Qəzzaya giriş və çıxış azad şəkildə təmin edilmədiği və İsrail tərəfindən heç bir maneə yaradılmadığı təqdirdə humanitar və inzibati proseslərin normal icrası mümkün ola bilər.

    Açıqlamada Rəfah keçidinin fasiləsiz fəaliyyəti Qəzza zolağında humanitar vəziyyətin yüngülləşdirilməsi baxımından əsas amil kimi qiymətləndirilib.

    #HƏMAS Qəzza idarəçiliyini texnokratlar komitəsinə verməyə hazırdır #HƏMAS: Rəfah keçidi hər iki istiqamətdə tam açılmalıdır #Qəzza üçün yeni idarəetmə modeli gündəmdədir #HƏMAS Qəzzada hakimiyyətin təhvilinə dair açıqlama verib #Qəzza idarəçiliyində texnokratlar mərhələsi başlaya bilər #HƏMAS İsrail maneələri olmadan Rəfahın açılmasını tələb edir #Hamas Gazze yönetimini teknokrat komitesine devretmeye hazır #Hamas’tan Refah Kapısı çağrısı #Gazze için yeni yönetim modeli gündemde #Hamas Gazze’de yönetimi bırakmaya hazır olduğunu açıkladı #Refah Kapısı iki yönlü açılmalı #Hamas’tan İsrail engellerine karşı açıklama
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ “Fələstin Fəaliyyəti” qərarı ilə tənqidçiləri susdurmağa çalışır - BMT

    26 Avqust 2026 21:03

    ABŞ “Fələstin Fəaliyyəti” hərəkatına sanksiya tətbiq edib

    26 Avqust 2026 20:24

    İsrail qüvvələri Livanın cənubuna yeni hücumlar həyata keçirib

    26 Avqust 2026 18:26

    İraqın hava qalxanının qurulmasına start verildi - ölkə səmasını kim qoruyacaq?

    26 Avqust 2026 17:03

    Livan prezidenti müharibədən qaçmaq üçün danışıqları yeganə yol sayır

    26 Avqust 2026 17:00

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Qəzzada kağız çərpələnglər gərginlik mövzusuna çevrildi

    26 Avqust 2026 11:02

    İsrail Livanda dörd bölgəyə hücum etdi

    26 Avqust 2026 09:56

    ABŞ SDQ-nin buraxılmasını tarixi hadisə adlandırdı

    26 Avqust 2026 09:42

    Suriya İsrail qüvvələrinin ölkə ərazisindən tam çıxmasını tələb edib

    25 Avqust 2026 22:31

    Səudiyyə Yəməndə mina təmizləmə əməliyyatları aparır - 1 836 partlayıcı zərərsizləşdirildi

    25 Avqust 2026 22:22

    İsrailli deputatın Fələstin memorialını dağıtması İsraildə qalmaqala səbəb oldu

    25 Avqust 2026 21:03
    XƏBƏR LENTİ

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 27 Avqust

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    HƏMAS sözlə deyil, əməllə özünü göstərməlidir - ABŞ

    İrana qarşı hərbi əməliyyat ehtimalı hələ də qüvvədədir - Pit Heqset

    Şarja və Cənubi Koreya işgüzar qadınları Seulda əməkdaşlıq sazişi imzalayıb

    Qətərin sabiq səhiyyə naziri Hənan əl-Küvari ÜST-nin Baş direktoru vəzifəsinə namizəd göstərilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.