Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir

    24 Yanvar 2026 21:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin müşaviri Cared Kuşner Qəzza zolağının gələcəyi və regional prosesləri müzakirə etmək məqsədilə İsraildə səfərdədir.

    AzerVoice xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Stiv Uitkoff və Cared Kuşner İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşmək üçün bu gün ölkəyə gəliblər. Görüşün əsas gündəmini Qəzza zolağında mövcud vəziyyət, müharibədən sonrakı mərhələ və ABŞ tərəfindən irəli sürülən yeni təşəbbüslər təşkil edir. Netanyahu ofisinin sözçüsü görüşün keçiriləcəyini təsdiqləsə də, danışıqların detalları açıqlanmayıb.

    Qeyd olunur ki, ABŞ administrasiyası ötən gün Qəzza zolağında “sıfırdan qurulacaq yeni Qəzza” planını elan edib. Sözügedən plan yaşayış evlərinin tikintisini, məlumat mərkəzlərinin yaradılmasını və sahilyanı istirahət zonalarının salınmasını nəzərdə tutur. Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın İsrail ilə HƏMAS arasında əldə olunmuş, lakin tez-tez pozulan atəşkəsin davamlı hala gətirilməsi istiqamətində səylərinin tərkib hissəsi kimi qiymətləndirilir.

    Bu arada Qəzza zolağında zorakılıq halları davam edir. Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, bu gün baş verən iki ayrı hadisə zamanı, İsrail atəşi nəticəsində ikisi uşaq olmaqla üç nəfər həyatını itirib. Nazirliyin məlumatına əsasən, müharibə başlayandan bəri Qəzzada ölənlərin sayı 71 min 654 nəfərə çatıb.

    İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza zolağının böyük hissəsi dağıdılıb. ABŞ-nin dəstəklədiyi Qəzza İdarəetmə Komitəsinin rəhbəri Əli Şaas Rəfah sərhəd-keçid məntəqəsinin bu həftə açılacağını bildirib. Bu keçid iki milyondan çox əhalisi olan Qəzza üçün faktiki olaraq yeganə giriş-çıxış nöqtəsi hesab olunur.

    Mənbələr İsrailin Misir üzərindən Rəfah keçid məntəqəsi ilə Qəzzaya qayıdan fələstinlilərin sayını məhdudlaşdırmaq niyyətində olduğunu, bölgədən çıxanların sayının daxil olanlardan çox olmasının planlaşdırıldığını qeyd edir. Rəfah keçidinin açılması ABŞ-nin müharibənin dayandırılmasına dair planının ilkin mərhələlərindən biri kimi nəzərdə tutulurdu. ABŞ bu ay planın ikinci mərhələsinə keçildiyini elan edib. Həmin mərhələdə İsrail qoşunlarının Qəzzadan çıxarılması və HƏMAS-ın bölgənin idarəçiliyindən geri çəkilməsi gözlənilir

    #ABŞ nümayəndələri Qəzzanın gələcəyini müzakirə etmək üçün İsraildədir #Uitkoff və Kuşner Qəzza planını Netanyahu ilə müzakirə edir #ABŞ-dən Qəzza ilə bağlı yeni diplomatik addım #Qəzzanın gələcəyi İsraildə gündəmdədir #ABŞ Qəzza üçün yeni mərhələyə hazırlaşır #Qəzza planı üzrə ABŞ-İsrail təmasları #ABD temsilcileri Gazze’nin geleceği için İsrail’de #Witkoff ve Kushner Netanyahu ile Gazze’yi görüşüyor #ABD’den Gazze için yeni plan #Gazze’nin geleceği İsrail gündeminde #ABD Gazze konusunda yeni adım attı #Gazze planı için ABD-İsrail temasları
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    9 Avqust 2026 13:56

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    9 Avqust 2026 09:00

    Suriya-Livan sərhədində xüsusi əməliyyat keçirilib

    9 Avqust 2026 08:33

    Yəmən Silahlı Qüvvələri husilərə qarşı bir neçə istiqamətdə hücuma keçib

    8 Avqust 2026 20:11

    İsrail qüvvələri Livanın cənubunda irəliləyib

    8 Avqust 2026 18:05

    Qəzzada atəşkəsin ikinci mərhələsi üçün ABŞ İsrailə təzyiqi artırır

    8 Avqust 2026 17:51

    Dünya Bankası Suriyaya 100 milyon dollar qrant ayıracaq

    8 Avqust 2026 14:44

    İsrail siyasi partiyaları yəhudi yaşayış məntəqələrinə necə yanaşır?

    8 Avqust 2026 09:00

    Husilər Məribdə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələri vurduqlarını iddia ediblər

    7 Avqust 2026 21:49

    Yəmən hərbi dəniz qüvvələri Qırmızı dənizdə neft tankerinə hücumun qarşısının alındığını bildirib

    7 Avqust 2026 21:02

    Husilər Yəməndə paralel iqtisadiyyatı necə qurdular?

    7 Avqust 2026 19:22

    Livanın cənubunda məscid yaxınlığında partlayış baş verib

    7 Avqust 2026 19:21
    XƏBƏR LENTİ

    Türkiyədə çimərliklərlə bağlı yeni qaydalar: Nazirlik vətəndaşların ehtiyacları üçün hərəkətə keçdi

    Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

    Üç prezidentin mirası - Trampın siyasi “genləri” haradan gəlir?

    Pezeşkianın etirafı Tehranın manevr imkanlarının daraldığını göstərir

    Prezident İlham Əliyev Sinqapur Prezidentini təbrik edib

    Avropa mərkəzli tarixə etiraz - Dekolonizasiya necə öyrənilməlidir?

    Türkiyədə insan alveri qurbanlarının sayı açıqlanıb (ÖZƏL)

    İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

    Suriya parlamentində 22 qadın deputat: Siyasi müxtəlifliyin yeni tərkibi

    Trampın namizədinə rəqib olan "Əsl miçiqanlı" Əbdürrəhman əs-Seyid kimdir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.