#Həsəkədə kamikadze dron hücumu: ölənlər və yaralananlar

Həsəkə vilayətində Suriya ordusuna məxsus obyektə pilotsuz uçuş aparatı ilə endirilən zərbə nəticəsində yeddi hərbçi ölüb, daha 20 nəfər yaralanıb. Hadisə ilə bağlı məlumatı Suriya Müdafiə Nazirliyi yayıb. Nazirliyin açıqlamasına görə, ordu bölmələri Əl-Yarubiyyə sərhəd keçidi ərazisində partlayıcı qurğuların və pilotsuz aparat sursatlarının hazırlandığı emalatxananı aşkar edib. Ərazidə təhlükəsizlik tədbirləri görülən zaman YPG qruplaşması kamikadze pilotsuz aparatı ilə hücum həyata keçirib.