Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Səudiyyə Ərəbistanı İsrailin Somalilandı tanımasını rədd edib

    27 Dekabr 2025 19:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Səudiyyə Ərəbistanı İsrailin Somalilandı tanımasını rədd edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Səudiyyə Ərəbistanı İsrailin Somaliland regionunu müstəqil dövlət kimi tanımasına münasibət bildirərək, Somali Federativ Respublikasının suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini ifadə edib.

    AzerVoice xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi mövqeyi Krallığın dövlət xəbər agentliyi vasitəsilə açıqlanıb. Bildirilib ki, Riyad İsrail ilə Somaliland arasında qarşılıqlı tanınma ilə bağlı elan edilmiş qərarı qəbul etmir və bu addımı Somali dövlətinin birliyinə zidd hesab edir.

    Açıqlamada vurğulanıb ki, Səudiyyə Ərəbistanı Somalinin vahidliyinə zidd olan və paralel siyasi qurumların yaradılmasına yönəlmiş istənilən cəhdləri rədd edir. Krallıq Somali dövlətinin legitim institutlarını dəstəklədiyini və Somali xalqının təhlükəsizliyi və sabitliyinin qorunmasına xüsusi önəm verdiyini bildirib.

    Eyni zamanda qeyd olunub ki, Səudiyyə Ərəbistanı Somali xalqının milli maraqlarının müdafiəsi və ölkədə sabitliyin təmin edilməsi istiqamətində səylərin davam etdirilməsinin tərəfdarıdır.

    Xatırladaq ki, İsrail bu gün Somaliland regionunu “müstəqil və suveren dövlət” kimi tanıdığını açıqlayıb və tərəflər arasında diplomatik münasibətlərin qurulmasına dair razılaşma imzalanıb. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk dövlət olub.

    Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Regionun hazırkı rəhbəri Əbdürrəhman Məhəmməd Abdullahi vəzifəyə gəldikdən sonra beynəlxalq tanınma məsələsini əsas prioritet kimi irəli sürüb.

    #Somaliland statusu #Somali ərazi bütövlüyü #Səudiyyə Ərəbistanı İsrailin Somalilandı tanımasını rədd etdi #Riyad Somali ərazi bütövlüyünə tam dəstəyini açıqladı #İsrailin Somaliland qərarına Səudiyyə Ərəbistanından reaksiya #Saudi Arabia Opposes Israel–Somaliland Recognition Move #Riyadh Affirms Support for Somalia’s Sovereignty and Unity #Saudi Arabia Rejects Israel’s Recognition of Somaliland #Səudiyyə Ərəbistanı Somali münasibətləri #Səudiyyə Ərəbistanı Somaliland mövqeyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

    7 İyun 2026 09:50

    Livan ordusunun baş komandanı Pakistana yola düşüb

    6 İyun 2026 21:21

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    6 İyun 2026 21:16

    Videoda hansı hadisələr əks olunub?

    6 İyun 2026 20:38

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    Livan Səhiyyə Nazirliyindən son statistik açıqlama

    6 İyun 2026 20:11

    İsrailin Somalilanda dəstəyi silahlı qrupları aktivləşdirə bilər - Somali

    18 Aprel 2026 22:30

    Həsən Şeyx Mahmud Somalilendin iddia etdiyi bölgəyə səfər edən ilk prezident oldu

    17 Yanvar 2026 15:10

    İsraildən beynəlxalq hüquqa zidd daha bir addım

    6 Yanvar 2026 16:59

    İsrailin Somaliland qərarından sonra Trampdan açıqlama - Eyni addımı atmayacağıq

    27 Dekabr 2025 15:12

    İsrailin Somalilandı tanımasından sonra Türkiyə regional diplomatik təmaslara başlayıb

    27 Dekabr 2025 04:00

    İsrail Somalilandı müstəqil dövlət kimi tanıdığını elan edib

    27 Dekabr 2025 02:00
    XƏBƏR LENTİ

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

    Türkiyənin nəqliyyat texnologiyası uğuru - Martı necə regional nəhəngə çevrildi?

    Bir vaxtların rep ulduzu - Qaraqan, BlackBlood, Qarğa

    ABŞ və İran sülhə niyə yaxınlaşa bilmədi? 100 gündə nəticəsiz qalan danışıqların detalları

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    Şumer və Babil memarlığının zirvə nöqtəsi Zikkurat nədir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.