Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında silahlı insident baş verib

    23 Dekabr 2025 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında silahlı insident baş verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Suriyanın Hələb şəhərində Suriya hökumət qüvvələri ilə YPG/PKK silahlı dəstələri arasında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

    AzerVoice-un məlumatına görə, YPG/PKK qruplaşması Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində, eləcə də şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində artilleriya və minaatan atəşləri həyata keçirib. Hücumlar zamanı iki mülki şəxsin həlak olduğu, 13 mülki vətəndaşın yaralandığı açıqlanıb.

    Yerli mənbələrin bildirdiyinə görə, silahlı qruplaşma Cəmiliyyə, Suryan, Cisr ər-Razi məhəllələrini, eləcə də Hələb ətrafındakı Səbğa qəsəbəsini hədəfə alıb. Atışmalar nəticəsində bəzi yaşayış evlərində yanğın baş verib.

    Hələb Valiliyinin yaydığı məlumata əsasən, hücumlardan sonra bölgə sakinləri daha təhlükəsiz ərazilərə köçməyə başlayıb. Gərginliyin artması fonunda Suriya ordusunun Hələb şəhərində YPG/PKK ilə təmas xətlərinə əlavə hərbi texnika, o cümlədən tanklar göndərdiyi bildirilir.

    Məlumata görə, YPG/PKK silahlı dəstələri axşam saatlarında Hələbin Şeyhan və Leramon bölgələri yaxınlığında Suriya ordusunun mövqelərinə də hücum edib. Bu insident zamanı bir hərbçi və iki mülki müdafiə əməkdaşı yaralanıb.

    Daxili İşlər Nazirliyinin açıqlaması

    Suriyanın Daxili İşlər Nazirliyi bildirib ki, Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində yerləşən YPG/PKK silahlı qrupları mövcud razılaşmalara baxmayaraq hökumət qüvvələrinin nəzarət-buraxılış məntəqələrinə atəş açıb. Açıqlamada daxili təhlükəsizlik qüvvələrindən və ordudan yaralananların olduğu, həmçinin mülki şəxslər və mülki müdafiə əməkdaşları arasında da xəsarət alanların qeydə alındığı vurğulanıb.

    İnsidentdən sonra Hələb şəhər mərkəzində bir qrup sakin YPG/PKK silahlı dəstələrinin şəhərdən çıxarılması tələbi ilə etiraz aksiyası keçirib.

    #Silahlı qruplaşmalar #Hələbdə Suriya ordusu ilə YPG/PKK arasında nə baş verib #YPG/PKK-nın Hələbdə mülki ərazilərə hücumu #Suriya ordusu Hələbdə niyə hərbi texnika yerləşdirib #Hələb şəhərində təhlükəsizlik vəziyyəti #Suriyada silahlı qruplaşmalarla bağlı son hadisələr #Suriya daxili təhlükəsizliyi #Hələbdə atışmalar #Hələbdə silahlı insident: ölən və yaralananlar var #YPG/PKK-nın Hələbdə hücumları nəticəsində mülki itkilər qeydə alınıb #Suriya ordusu Hələbdə təhlükəsizlik tədbirlərini gücləndirib #Hələb ətrafında gərginlik: hökumət qüvvələri və silahlı qruplaşma üz-üzə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    1 Sentyabr 2026 21:24

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    1 Sentyabr 2026 20:46

    HƏMAS Qəzzaya hücumları fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davamı adlandırıb

    1 Sentyabr 2026 20:44

    İsrailin hücumlarına baxmayaraq, Suriya diplomatik həll yolunda israrlıdır

    1 Sentyabr 2026 19:48

    Fələstin Əl-Əqsa məscidi ətrafında gərginlik barədə xəbərdarlıq edib

    1 Sentyabr 2026 19:20

    İordaniyanın Əqəbə limanında Hörmüz boğazındakı böhran fonunda yük daşımaları artıb

    1 Sentyabr 2026 18:27

    Yaxın Şərqdə qeyri-müəyyənlik və neft bahalaşması inflyasiya narahatlığını artırır

    1 Sentyabr 2026 18:24

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    Hizbullah İsrail Ordusuna hücum etdiyini iddia edib

    18 May 2026 22:31

    Pakistanda silahlı hücumda 15 təhlükəsizlik əməkdaşı həlak olub

    10 May 2026 21:26

    Suriya ordusu və YPG arasındakı inteqrasiya sazişindən sonra başlayan hərbi gərginlik səngidi

    20 Yanvar 2026 13:52

    Türkiyə ordusu hərəkətə keçir: Suriyada hərbi əməliyyat başlayır

    29 Avqust 2025 17:27
    XƏBƏR LENTİ

    Qüdsün xilası, Qətərin müstəqilliyi və Livan savaşı: 2 sentyabrda nə baş verdi?

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.