#Hələbdə silahlı insident: ölən və yaralananlar var

Suriyanın Hələb şəhərində Suriya hökumət qüvvələri ilə YPG/PKK silahlı dəstələri arasında silahlı insident qeydə alınıb. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. YPG/PKK qruplaşması Hələb şəhərinin Şeyx Məqsud və Əşrəfiyyə məhəllələrində, eləcə də şəhər mərkəzi və ətraf yaşayış məntəqələrində artilleriya və minaatan atəşləri həyata keçirib. Hücumlar zamanı iki mülki şəxsin həlak olduğu, 13 mülki vətəndaşın yaralandığı açıqlanıb.