Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Türkiyə Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağa hazırdır - Hakan Fidan

    12 Dekabr 2025 04:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə Qəzzada Beynəlxalq Sabitlik Qüvvəsinə qoşulmağa hazırdır - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Qəzzada sabitliyin təmin olunması məqsədilə yaradılan Beynəlxalq Sabitlik Qüvvəsinə (BSQ) qoşulmağa və zəruri olarsa bölgəyə hərbi qüvvə göndərməyə hazırdır.

    AzerVoice xəbər verir ki, Fidan bu barədə “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

    Nazir qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə Türkiyə Fələstin məsələsinin həlli və bölgədə dayanıqlı sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazırdır. Onun sözlərinə görə, BSQ-nin bölgəyə yerləşdirilməsi barış prosesinin tərkib hissəsi kimi qiymətləndirilməlidir və Ankara regional tərəfdaşlarla koordinasiyaya tam açıqdır.

    Fidan müsahibəsində İsrailin Suriyadakı fəaliyyəti ilə SDQ/YPG-nin davranışı arasında bir əlaqə olduğunu bildirib. O, bölgədəki dinamikanın dəyişməsi ilə YPG-nin qərar verməkdə tərəddüd etdiyini və bunun təkbaşına verilmiş qərar olmadığını vurğulayıb.

    Türkiyənin Suriya məsələsində İsraillə “eyni səviyyədə və eyni məqsəddə olmadığına” diqqət çəkən Fidan, Ankara üçün əsas məqsədin Suriya əhalisinin təhlükəsizliyi və ölkənin ərazi bütövlüyünün qorunması olduğunu deyib.

    Nazir Avropanın Ukraynaya dəstək fonunda qarşıya çıxan ağır qərarların verilməsində Kiyevin yanında durmalı olduğunu qeyd edib. O, Qaradənizin müharibənin yeni fəaliyyət sahəsinə çevrildiyini və münaqişənin Avropanın digər bölgələrinə yayılma riskinin artdığını bildirib.

    Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə danışıqlarda vasitəçi rolunu davam etdirdiyini xatırladan Fidan, İstanbulun yeni raund görüşlərə ev sahibliyi etməyə hazır olduğunu deyib.

    Sudandakı qarşıdurma ilə bağlı sualı cavablandıran nazir, ölkənin bölünməsi ehtimalından ciddi narahat olduqlarını bildirib. O qeyd edib ki, Türkiyə insani yardım fəaliyyətlərini genişləndirməklə yanaşı, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Qətər və ABŞ tərəfindən aparılan diplomatik səyləri dəstəkləyir.

    Fidan İsrailin Qəzzadakı hərbi əməliyyatlarının hədəfinin bölgəni “Fələstinsizləşdirmək” olduğunu deyib və bunu qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Sülh Planında nəzərdə tutulan maddələrin əksəriyyəti yerinə yetirilmir, İsrail isə hər gün mülki şəxsləri öldürməyə davam edir.

    Nazir bildirib ki, planın ikinci mərhələsi üçün BMT Təhlükəsizlik Şurasının qərarı artıq qəbul edilib və sənəddə qeyd olunan öhdəliklər icra olunmalıdır.

    Fidan BSQ-yə qoşulmağa İsrailin etiraz etməsinin prosesə mane olmadığını vurğulayıb.

    “İsrail bu planın tək qərarvericisi deyil. ABŞ, region dövlətləri və beynəlxalq mexanizm burada əsas rol oynayır. Əgər sülh üçün hərbi qüvvə göndərmək lazımdırsa, Türkiyə buna hazırdır.”- nazir deyib.

    O əlavə edib ki, Sülh Şurasının yaradılması, idarəetmənin fələstinlilərə təhvil verilməsi və təhlükəsizlik strukturunun qurulması növbəti kritik mərhələlərdir.

    #Fidan: Türkiyə Qəzza üçün Beynəlxalq Sabitlik Qüvvəsində iştirak etməyə hazırdır #Ankara Qəzzada sülh üçün hərbi kontingent göndərməyə açıqdır #Hakan Fidan: Barış prosesi üçün bütün məsuliyyəti üzərimizə götürməyə hazırıq #Турция готова участвовать в Международных силах стабильности в Газе — Фидан #Анкара допускает отправку военного контингента в Газу в рамках сил стабильности #Фидан: Турция возьмёт на себя любую ответственность ради мира в Газе #Turkey ready to join Gaza Stability Force and send troops if required — Fidan #Ankara signals willingness to deploy forces in Gaza for peace efforts #Fidan: Turkey prepared to assume full responsibility for Gaza peace process #Qəzza barış planı #Sabitlik Qüvvəsi #BSQ #Hakan Fidan açıqlaması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

    7 İyun 2026 09:50

    Livan ordusunun baş komandanı Pakistana yola düşüb

    6 İyun 2026 21:21

    İsrailin hərbi addımlarına qarşı beynəlxalq məhdudiyyət varmı?

    6 İyun 2026 21:16

    Videoda hansı hadisələr əks olunub?

    6 İyun 2026 20:38

    Həmas Qəzza şəhərində İsrailin “dəhşətli qırğınını” pisləyib

    6 İyun 2026 20:16

    Livan Səhiyyə Nazirliyindən son statistik açıqlama

    6 İyun 2026 20:11

    Qəzzada toy çadırına hücum nəticəsində ölənlərin sayının artacağı gözlənilir

    6 İyun 2026 19:41

    Livanın Baş nazirindən son hadisə ilə bağlı sərt açıqlama

    6 İyun 2026 19:37

    İsrailin Livanın cənubuna hücumları nəticəsində azı 10 nəfər həlak olub

    6 İyun 2026 19:15

    Türkiyə ABŞ-İran atəşkəsinin qorunmasını əsas prioritet sayır

    12 May 2026 22:00

    Hakan Fidan: ABŞ Və İran razılaşmaya nail ola bilər

    12 May 2026 21:55

    Türkiyə və İordaniya Fələstin məsələsini müzakirə edib

    13 Fevral 2026 14:56
    XƏBƏR LENTİ

    Freyd fenomeni: psixoanaliz elm, fəlsəfə, yoxsa müasir dövrün ən mübahisəli nəzəriyyələrindən biri?

    Mustafa Kamal Atatürkün İslam və din üzərindəki fikirləri nədir?

    Azov dənizində yük gəmilərinə dron hücumu nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb

    Bizansın qapılarını açan sərkərdə: Hz. Əbu Bəkrin gizli dövlət strategiyası

    Urmiyadan Dəməşqə uzanan elm yolu: Şeyx Zəkiyəddin Əbdülqadir

    Z nəsli üçün sosial-realizm: Siçanlar və adamlar kitabının dərin təhlili

    Dağıstan necə MMA fenomeninə çevrildi?

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.