Bakı, AzerVoice
İordan çayının qərb sahilinin Cenin bölgəsində yaşayan fələstinli ailələr, İsrail ordusunun hücumlarının 4 gündür davam etdiyi bir vaxtda əsgərlərin gücü ilə köç etməyə məcbur edilib.
AzerVoice ArabAz-a istinadən xəbər verir ki, bu barədə köç edilməyə məcbur edilən fələstinlilər açıqlama verib.
"İsrail ordusu evimizə basqın edərək bizi bir otaqda saxladı. Sonra şəxsiyyət vəsiqələrimizi və mobil telefonlarımızı yoxladılar” – deyə şahidlər bildirib.
İsrail əsgərlərinin onları evlərini tərk etməyə məcbur etdiyini bildirən fələstinlilər, evlərini tərk etmələri üçün onlara "dəqiqələr" verildiyini vurğulayıblar.
Hafiz Rufizoğlu