Bakı,AzerVoice
İraqın qərbindəki Ənbar valiliyində 80 kiloqram Captagon həbi aşkar edib və dörd şübhəlini saxlayıb,AzerVoice xəbər verir ki, bu haqda İraqın Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Məlumata əsasən,İraq hökumətinin narkotik ticarətinin qarşısını almaq üçün həyata keçirdiyi səylərə baxmayaraq, son illərdə ölkədə narkotik aludəçilərinin və tacirlərinin sayı həyəcan verici dərəcədə artmaqdadır.
İraq təhlükəsizlik qüvvələri ötən ilin iyulunda ölkədə ilk dəfə İraqın cənubundakı Muthanna əyalətində Captagon istehsalat fabrikini aşkar ediblər.
Narkotik ticarəti İraqda gəlirli biznesə çevrilib və ekspertlər onun ümumi dəyərini 10 milyard dollardan çox qiymətləndirirlər.
Captagon 1986-cı ilə qədər demək olar ki, hər bir ölkədə qadağan edilmişdi, lakin narkotikin qeyri-qanuni istehsalı davam edirdi.