Baş xəbər

Dünya Daun Sindromu Günü ərəfəsində Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Alena Əliyeva, Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocavənd rayonunun Xanoba kəndinə səfərindən görüntülər paylaşılıb. Paylaşımda qeyd olunub: "Mən altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm. Birinci dəfə 2021-ci ildə, ondan sonra da bütün illər boyu Novruz ərəfəsində Qarabağdayam və Novruz tonqalını da Qarabağda birlikdə qalayırıq. Bu, böyük xoşbəxtlikdir".

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Daha sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər.

Martın 18-də Alena Əliyeva və Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Dənizkənarı Milli Park ərazisində təşkil olunmuş Novruz yarmarkasını ziyarət ediblər. Qonaqlar yarmarkada təşkil olunmuş köşklərə baş çəkib, təamların dadına baxıblar. Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata"nın köşkünün fəaliyyəti də diqqətdə saxlanılıb, kafenin əməkdaşlarına təbriklər ünvanlanıb, fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Serbiya arasında dostluğun inkişafı üçün çox iş görüb. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan şirkəti “Azvirt” ilə Baçki-Breq – Sombor – Kula – Vrbas – Srbobran sərhəd-keçid məntəqəsi hissəsində sürətli avtomagistralın layihələndirilməsi və tikintisinə dair kommersiya müqaviləsinin imzalanmasından sonra sosial şəbəkədə paylaşım edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.Sonra dövlətimizin başçısı və birinci xanım kəndə köçmüş Bəybala Qasımovun evində olublar. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xanobaya qayıdan kənd sakinləri ilə görüşüblər. Dövlətimizin başçısı Xanoba kəndində sakinlərlə birlikdə Novruz tonqalını alovlandırıb.

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində olub. Görüş Səudiyyə Ərəbistanı tərəfindən Ramazan Bayramı münasibətilə ölkəmizə göndərilən, həssas əhali qruplarına aid şəxslərə bayram sovqatı kimi nəzərdə tutulan 20 tonluq xurma payının təhvil verilməsi məqsədi daşıyıb.

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.

Hörmətli cənab Baş nazir. Bütün Gürcüstanın Katalikos-Patriarxı, zəmanəmizin görkəmli din xadimi II İlya həzrətlərinin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. II İlya həzrətləri bütün həyat və fəaliyyətini xalqına və bəşəriyyət naminə nəcib amallara həsr etmişdir. Qafqazda sülhün, əmin-amanlığın, insanlar arasında həmrəyliyin, dinlərarası anlaşma və dialoqun bərqərar olması yolunda fəaliyyəti ilə II İlya həzrətləri milli və dini mənsubiyyətindən asılı olmayaraq milyonlarla insanın qəlbində yer tapmış, dərin ehtiram və rəğbət qazanmışdır. Azərbaycan ilə Gürcüstan arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində II İlya həzrətlərinin böyük xidmətləri olmuşdur. Bu ağır itkinin kədərini bölüşür, Sizə, bütün Gürcüstan xalqına, Gürcüstan Pravoslav Kilsəsinə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm

Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Almaniya Federativ Respublikasının Kansleri Fridrix Merts arasında telefon danışığı olub.Telefon söhbəti zamanı Yaxın Şərqdə davam edən gərginlikdən narahatlıq ifadə olunub, onun Cənubi Qafqaz regionuna mümkün təsirləri barədə fikir mübadiləsi aparılıb. Fridrix Merts Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesini alqışlayıb, bunun regional sabitlik üçün əhəmiyyətini qeyd edib. Azərbaycan Prezidenti və Almaniya Kansleri ikitərəfli münasibətlərin perspektivlərini, həmçinin ölkəmizlə Avropa İttifaqı arasında əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

2026-cı ilin yanvar – fevral aylarında Türkiyədən Misirə hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 45,3faiz artaraq, 22 milyon 149 min 21 dollara bərabər olub. Türkiyə 2026-cı ilin fevral ayında Misirə hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 62,3 faiz artaraq, 11 milyon 902 min 30 dollara çatdırıb. Qeyd edək ki, 2026-cı ilin fevral ayında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz azalaraq, 1 milyard 328 milyon 486 min dollara bərabər olub.