Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Siqh fəallarına qarşı xaricdə hücum və təhdidlər – yeni faktlar açıqlanıb

    19 Mart 2026 16:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Siqh fəallarına qarşı xaricdə hücum və təhdidlər – yeni faktlar açıqlanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası "Sərhədlərdən kənarda: Hindistan tərəfindən Siqh diasporasına qarşı transmilli repressiyalar" adlı hesabat hazırlayıb.

    VOA Bakı Təşəbbüs Qrupuna istinadən xəbər verir ki, təşkil edilmiş hücumların yaratdığı ciddi risklər, transmilli təzyiqlər və təhdidlər sənəddə qeyd olunur.

    Hesabatda Hindistan hökumətinin Siqhlərə qarşı həyata keçirdiyi repressiv siyasət nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan, hazırda xarici ölkələrdə yaşayan Siqh fəallarının, diaspor təşkilatlarının rəhbərlərinin, eləcə də onların ailə üzvlərinin Hindistan hakimiyyət orqanları tərəfindən hücumlara və terror təhdidlərinə məruz qalması faktları qeyd edilir.Hesabat eyni zamanda bu cür təzyiq və təhdidlərin diaspora icmalarının təhlükəsizliyinə və onların ictimai-siyasi fəaliyyətinə göstərə biləcəyi təsirləri də təhlil edir.

    Sənəddə qeyd olunur ki, bu kimi halların baş verməsi xaricdə yaşayan Siqh fəallarının öz siyasi mövqelərini sərbəst şəkildə ifadə etməsi və beynəlxalq platformalarda fəaliyyət göstərməsi imkanlarını məhdudlaşdırır. Bildirilir ki, bu cür hadisələr diaspora üzvlərində qorxu və qeyri-müəyyənlik mühitinin yaranmasına gətirib çıxaran amillərdən biridir. Bu isə öz növbəsində ictimai təşkilatlanma və siyasi fəallığın zəifləməsinə səbəb olur.

    Hindistan hökumətinin Siqhlərə qarşı səsləndirdiyi ittihamlar, əsassız və qanunsuz qəbul edilmiş məhkəmə qərarları, eləcə də parlament dinləmələri, jurnalist araşdırmaları və müxtəlif hüquqi proseslər öz əksini tapmışdır.

    Hesabatda Hindistan hökuməti ilə əlaqəli olduğu bildirilən aktorların bu ölkədən kənarda fəaliyyət göstərərək müstəqil Xalistan dövləti ideyasını müdafiə edən bütün Siqh fəallarını və siyasi qaçqınları hədəfə almağa yönəlmiş fəaliyyətləri təhlil edilir.Hesabatın mühüm hissəsi Hindistan hökumətinin mütəşəkkil cinayət qruplardan istifadə etməklə törədilən qətllər və bu kimi əməliyyatların konkret nümunələrinə həsr olunub. Kanada bu sözügedən insan hüquqları pozuntularının ən geniş şəkildə qeydə aldığı ölkələrdən biri kimi təqdim olunur. Kanada təhlükəsizlik orqanları Hindistan hökuməti tərəfindən bir sıra Siqh fəallarına qarşı real təhlükə olduğu barədə rəsmi şəkildə xəbərdarlıq etdiklərini açıqlamışdır. Bu kontekstdə ən diqqət çəkən hadisə 2023-cü ildə Siqh fəalı Hardeep Singh Nijjarın qətlə yetirilməsi olmuşdur. Kanada hökuməti və təhlükəsizlik qurumları bu qətlin arxasında Hindistan dövlət strukturları ilə əlaqəli şəxslərin dayanması ehtimalı ilə bağlı ciddi narahatlıq ifadə etmişdir. Kanada hüquq-mühafizə orqanlarına istinadən qeyd olunur ki, Hindistan diplomatları və onlarla əlaqəli şəxslər Siqh fəallar haqqında məlumat toplayaraq kriminal qruplara ötürür.

    Sənəddə eyni zamanda qeyd olunur ki, ABŞ-da da oxşar hadisələr qeydə alınıb. Fiqh hüquq müdafiəçisi Gurpatwant Singh Pannuna qarşı planlaşdırılmış sui-qəsd cəhdindən bəhs edilir. ABŞ Ədliyyə Nazirliyinin təqdim etdiyi ittiham sənədlərinə görə, bu plan Hindistan kəşfiyyat strukturları ilə əlaqəli şəxslər tərəfindən koordinasiya edilib. İstintaq materiallarında qeyd olunur ki, bu plan çərçivəsində vasitəçilərdən istifadə edilərək qətl sifarişi verilməsi və bu əməliyyatın xaricdə həyata keçirilməsi nəzərdə tutulub. Bu faktlar transmilli repressiyanın yalnız təhdid və siyasi təzyiq səviyyəsində qalmadığını, eyni zamanda real fiziki zorakılıq planları ilə müşayiət olunduğunu göstərir.

    Böyük Britaniyada isə Siqh fəallarına qarşı müxtəlif təzyiq üsullarının tətbiq edildiyi qeyd olunur. Hesabatda xaricdə yaşayan Siqh fəallarının Hindistandakı ailə üzvlərinə qarşı müxtəlif təzyiqlərin göstərilməsi, hüquqi mexanizmlərin siyasi məqsədlərlə istifadə olunması və diaspora üzvlərinin izlənməsi kimi hallara diqqət çəkilir. Bununla yanaşı, Siqh fəalı Avtar Singh Khandanın şübhəli ölümünün tam araşdırılması tələb olunur.

    Avropa ölkələrində də Hindistan kəşfiyyat strukturlarının fəaliyyətləri ilə bağlı faktlar ortaya çıxıb. Almaniyada aparılan məhkəmə araşdırmaları nəticəsində Hindistan kəşfiyyat xidmətləri üçün məlumat toplayan bir neçə şəxsin ifşa edilməsi transmilli repressiya şəbəkəsinin Avropaya qədər uzandığını göstərir. Almaniya məhkəmələri Siqh və digər siyasi fəallar haqqında məlumat toplayaraq Hindistan kəşfiyyatına ötürən şəxsləri məhkum etmişdir. Bu hadisələr Hindistanın müxtəlif ölkələrdə casus şəbəkələri qurmaq və diaspora fəaliyyətlərini nəzarətdə saxlamaq üçün sistemli fəaliyyət göstərdiyini sübut edir.Hesabat həmçinin Hindistanın transmilli repressiya siyasətinin beynəlxalq hüquqa təsirlərini geniş şəkildə təhlil edir. Bu fəaliyyətlər bir sıra fundamental hüquqların pozulmasına səbəb olur. Bu hüquqlar arasında yaşamaq hüququ, şəxsi təhlükəsizlik hüququ, ifadə azadlığı, sərbəst toplaşma hüququ, ədalətli məhkəmə hüququ və s göstərmək olar. Hesabatda vurğulanır ki, bu hüquqlar BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı da daxil olmaqla bir sıra beynəlxalq hüquqi sənədlərlə qorunur və dövlətlərin bu hüquqları təmin etmək öhdəliyi var. Hindistanın fəaliyyətləri isə bu öhdəliklərlə ziddiyyət təşkil edir və beynəlxalq hüquqi məsuliyyət məsələsini gündəmə gətirir.

    Hesabatı Hindistan hökuməti öz sərhədlərindən kənarda şiddətli və təzyiq xarakterli gizli əməliyyatlar həyata keçirən açıq icraçılarından biri kimi çıxış edir və hökuməti tənqid edən, müstəqil Xalistan ideyasını müdafiə edən Siqh fəallarını hədəfə alır. Son illərdə xarici ölkələrdə yerli siyasətə və ictimai müzakirələrə təsir göstərmək məqsədilə həyata keçirilən gizli siyasi müdaxilələrlə yanaşı, mühacirlərin siyasi fəaliyyətinin qarşısını almaq üçün Siqh xalqına qarşı geniş spektrli transmilli repressiyalar həyata keçirilib.

    Hindistanın artan geosiyasi gücü və siyasi dissidentlərə qarşı davam edən hücumları etnik azlıqlar və beynəlxalq nizam üçün ciddi təhlükə yaratdığını göstərir. Beynəlxalq ictimaiyyət Hindistan hökumətinin beynəlxalq insan hüquqları üzrə öhdəliklərini pozmasını qəti şəkildə pisləməli və cavabdehlərin məsuliyyətə cəlb edilməsini tələb etməlidir. Əks halda etnik icmalara qarşı zorakı hücumların artması riski böyükdür.

    Hesabatda qeyd olunur ki, Hindistan hökumətinin dünya üzrə Siqh icmasına qarşı sərt hədəfə almasını dünya ictimaiyyətinə göstərməkdir. Hesabat xüsusilə Kanada, ABŞ, Böyük Britaniya və Almaniya kimi ölkələrdə həyata keçirilmiş şiddətli və ya təzyiq xarakterli gizli əməliyyatlara diqqət yetirir. Baxmayaraq ki, oxşar hallar Avstraliya, Belçika, İtaliya, Pakistan, Portuqaliya və digər ölkələrdə də sənədlərlə sübut olunub.Hindistan hökumətinin müxtəlif ölkələrdə həyata keçirdiyi düşmən xarakterli fəaliyyətlər onun qlobal güc olmaq iddiası fonunda artan aqressivliyini göstərməklə kifayətlənmir, hətta beynəlxalq hüququ açıq şəkildə pozmaq və bununla da hüququn aliliyini və beynəlxalq nizamı zəiflətmək istəyini nümayiş etdirir. Hindistan hökumətinin siyasi dissidentlərə qarşı həyata keçirdiyi transmilli kampaniya mütəşəkkil cinayətkar qruplardan istifadə etməklə törədilən qətlləri də əhatə edir.

    Bununla yanaşı, viza və konsulluq xidmətlərindən sui-istifadə, Hindistan hökumətini tənqid edənlərin izlənilməsi və qorxudulması, eləcə də Siqh dissidentlərini "ekstremist" kimi təqdim edilərək cinayətkar kimi qələmə verilməsi. Bununla onların cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə beynəlxalq hüquqi əməkdaşlıq mexanizmlərindən sui-istifadə edilməsinə cəhd göstərilir. Yekun qiymətləndirməyə görə, Hindistanın transmilli repressiya siyasəti yalnız Siqh icması üçün deyil, həm də beynəlxalq hüquq sistemi və dövlətlərarası münasibətlər üçün ciddi risklər yaradır.

    Bir dövlətin başqa ölkələrin ərazisində yaşayan siyasi fəallara qarşı zorakılıq və təqib əməliyyatları həyata keçirməsi beynəlxalq hüququn əsas prinsiplərini, xüsusilə dövlətlərin suverenliyi və insan hüquqlarının qorunması prinsiplərini sarsıdır. Bu səbəbdən hesabat beynəlxalq ictimaiyyəti, xüsusilə BMT-nin müvafiq mexanizmlərini və dövlətləri transmilli repressiya halları ilə bağlı daha ciddi və koordinasiyalı tədbirlər görməyə çağırır.

    Hesabatın sonunda beynəlxalq səviyyədə müstəqil araşdırmaların aparılması, günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi və insan hüquqlarının qorunmasına yönəlmiş siyasi iradənin gücləndirilməsi kimi tövsiyələr təqdim olunur.

    Siqh fəallarına qarşı xaricdə hücum və təhdidlər – yeni faktlar açıqlanıb
    Siqh fəallarına qarşı xaricdə hücum və təhdidlər – yeni faktlar açıqlanıb
    Siqh fəallarına qarşı xaricdə hücum və təhdidlər – yeni faktlar açıqlanıb
    Siqh fəallarına qarşı xaricdə hücum və təhdidlər – yeni faktlar açıqlanıb
    #Bakı Təşəbbüs Qrupu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Media dekolonizasiya prosesinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır - Abbas Abbasov

    11 İyul 2026 09:53

    Vaşinqtonda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilir

    24 İyun 2026 20:37

    Vaşinqtonda azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına dair beynəlxalq konfrans keçiriləcək

    23 İyun 2026 13:09

    BTQ Fransadan BMT Komitəsinin Yeni Kaledoniyaya dair çağırışlarına dərhal əməl etməyi tələb edir

    9 May 2026 16:41

    Bakıda beynəlxalq Gənclər Forumu keçiriləcək

    29 Aprel 2026 11:08

    Bakı Təşəbbüs Qrupu BMT-nin transatlantik qul ticarətinə dair qətnaməsini dəstəkləyib

    30 Mart 2026 16:13

    Cenevrədə Hindistanın transmilli repressiyalarına dair şok hesabat: Bakı Təşəbbüs Qrupu ifşa edir

    14 Mart 2026 10:12

    BTQ son iki ildə qlobal dekolonizasiya prosesinin təşviqində nümunəvi fəaliyyət göstərib - Abbas Abbasov

    19 Fevral 2026 14:32

    Bakıda neokolonializm və qlobal bərabərsizlik müzakirə olunacaq

    18 Fevral 2026 11:08

    “Kimdir günahkarlar?”: Hindistanda dövlət zorakılığı və cəzasızlıq problemi

    2 Fevral 2026 15:43

    Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

    16 Yanvar 2026 12:57

    Dünyanın müxtəlif şəhərlərində Hindistan hökumətinə qarşı kütləvi etirazlar keçirilib

    5 Yanvar 2026 16:07
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 17 İyul

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.