Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub

    16 İyul 2025 12:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    İyulun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

    AzerVoice xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

    Dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.

    Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

    - Hörmətli Qurbanqulu Məlikquliyeviç.

    Azərbaycana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz Türkmənistan-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Xalqlarımızı dərin qardaşlıq ənənələri birləşdirir və müstəqillik dövründə bu əlaqələr daha da gücləndi. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik və iki ölkə müstəqil siyasət apararaq gələcəyə inamla baxır. Bizim aramızdakı tarixi əlaqələr bugünkü əlaqələr üçün əsas zəmindir və əminəm ki, Sizin səfəriniz bizim münasibətlərimizə yeni təkan verəcək. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə, o cümlədən nəqliyyat, energetika sahələrində bir çox nailiyyətlərimiz var və əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bu gün fikir mübadiləsi aparacağıq.

    Əziz qardaşım, bir daha xoş gəlmisiniz Azərbaycana.

    X X X

    Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov çıxış edərək dedi:

    - Hörmətli İlham Heydər oğlu.

    Hörmətli nümayəndə heyətlərinin üzvləri.

    Əvvəlcə icazə verin, Azərbaycana səfərə dəvət etdiyinizə, göstərilən qonaqpərvərliyə və səmimi münasibətə görə Sizə ürəkdən təşəkkür edim.

    Mən, həmçinin Türkmənistan Prezidenti Zati-aliləri Sərdar Berdiməhəmmədovun səmimi salamlarını və xoş arzularını Sizə çatdırmaqdan şərəf duyuram.

    Azərbaycan Respublikasına bu səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir.

    Ümumilikdə Türkmənistan-Azərbaycan dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsini xarakterizə edərkən onları üç sözlə ifadə edərdim: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq.

    Biz möhkəm tarixi bünövrəyə, iki xalqın ortaqlığına və qohumluğuna, bir-birinə qarşılıqlı ehtiyacının olması anlayışına, xalqlarımızın və dövlətlərimizin rifahı, onların əmin-almanlığı və tərəqqisi naminə məcmu siyasi, iqtisadi, resurs potensialından istifadə etməyə hazır olmağa əsaslanırıq.

    Qanunauyğun haldır ki, Türkmənistan və Azərbaycan bu gün xarici siyasətdə, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə sanballı və geniş əməkdaşlıq gündəliyinə malikdir. Hər iki tərəfin səyləri sayəsində əməkdaşlığımız məqsədyönlülüyü və konkretliyi ilə seçilir, sabit və davamlı xarakter daşıyır, yaxşı dinamika nümayiş etdirir. Bunun əsas, həlledici amili ölkələrimizin liderləri arasında əldə edilmiş ən yüksək səviyyədə qarşılıqlı anlaşma və etimaddır. Bu, bizə ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə düzgün və vaxtında qərarlar verməyə, əldə olunmuş razılaşmaların həyata keçirilməsini təmin etməyə imkan yaradır.

    Türkmənistanla Azərbaycan xarici siyasət sahəsində BMT Nizamnaməsinə və tanınmış beynəlxalq hüquq normalarına riayət etməklə prinsipial və qəti mövqedən çıxış edir. Ölkələrimiz dünyada və qitədə, regional məsələlərdə, Xəzər dənizi zonasında sabitliyin və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verir.

    Ən böyük beynəlxalq təşkilatlarda, ilk növbədə, BMT-də, bir sıra regional strukturlarda uğurla və səmərəli əməkdaşlıq edirik. Bu baxımdan, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin 17-ci Zirvə görüşünün bu yaxınlarda Xankəndi şəhərində uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik etmək istərdim.

    İqtisadi-ticari tərəfdaşlıq uğurla inkişaf edir, onun keyfiyyət və kəmiyyət göstəriciləri artır.

    Mədəniyyət, elm, təhsil, şəxsi və insani səviyyələrdə ənənəvi əlaqələr genişlənir.

    Dövlətlərarası münasibətlərin çox mühüm elementləri olan parlamentlərarası əlaqələrin, xalq diplomatiyasının əhəmiyyəti və rolu artır.

    Əminəm ki, bu səfər Türkmənistan ilə Azərbaycanın bundan sonra da yaxınlaşması, əməkdaşlığın uzunmüddətli strategiyasının reallaşdırılması kontekstində razılaşdırılmış yanaşmaların işlənib hazırlanmasında mühüm amilə çevriləcək.

    Hörmətli İlham Heydər oğlu, qardaş Azərbaycan torpağında hər zaman səmimi qarşılandığımıza görə Sizə bir daha təşəkkür edirəm.

    Çox sağ olun.

    X X X

    Prezident İlham Əliyev: Təşəkkür edirəm. Xahiş edirəm, mənim də salamlarımı hörmətli Prezident Sərdar Berdiməhəmmədova çatdırasınız.

    Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
    Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
    Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
    Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Prezidenti ilə görüşündən görüntülər paylaşılıb

    23 İyun 2026 22:05

    Prezident İlham Əliyev Dövlət qulluqçularını təltif edib

    23 İyun 2026 18:06

    Prezident İlham Əliyev və Prezident Serdar Berdiməhəmmədov Qarabağda uşaqlarla görüşüblər

    23 İyun 2026 17:59

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada birgə nahar ediblər

    23 İyun 2026 15:33

    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri başa çatıb

    23 İyun 2026 15:33

    Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Qarabağ atı hədiyyə edib

    23 İyun 2026 15:28

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar

    23 İyun 2026 15:24

    Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin işğal dövründə güllələnmiş büstlərinə baxıblar

    23 İyun 2026 14:08

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar

    23 İyun 2026 14:00

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar

    23 İyun 2026 13:38

    Prezident İlham Əliyev və Prezident Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar

    23 İyun 2026 13:05

    Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Şuşa gəzintisindən görüntülər

    23 İyun 2026 12:42
    XƏBƏR LENTİ

    Şimali Kipr Türk Cümhuriyyəti parlamentinin sədri ölkəmizə səfərə gəlib

    İran İslam Şurası Məclisinin sədri Azərbaycana səfərə gəlib

    Süni intelekt müharibələrdə hərbi hədəfə çevrilə bilərmi?

    Fəhlə oğlu Lionel Messinin uşaqlığı, ailəsi və sülalə mənşəyi

    Smartfon bazarında yeni flaqman: 144 Hz ekranlı Motorola Edge 70 Max nələr təklif edir?

    Ford Raptor-un qənimi - RAM TRX-i təqdim etdi

    Pakistan ABŞ-İran arasında vasitəçilikdən iqtisadi gəlir əldə edə biləcəkmi?

    Bu gün Londonda ilk mason lojası yaradıldı

    Tarixdə bu gün - 24 İyun

    BMT Livanda nəyi araşdıracaq?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.