Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Hizbullahın Livan ordusuna inteqrasiyası nə qədər realdır?

    22 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hizbullahın Livan ordusuna inteqrasiyası nə qədər realdır?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
    Livan Silahlı Qüvvələrinin baş komandanı, prezident Cözef Aun tərəfindən irəli sürülən Hizbullah döyüşçülərinin Livan ordusuna inteqrasiya olunması ideyası, 1990-cı ildəki vətəndaş müharibəsindən sonra digər partiya döyüşçüləri ilə aparılan təcrübəyə bənzədilərək gündəmə gətirildi və siyasi dairələrdə, ekspertlər arasında ciddi müzakirəyə səbəb oldu.

    Bu təklif hələlik geniş dəstək qazanmamışdır. Ekspertlərə görə, Livan ordusunun Hizbullah üzvlərini müxtəlif səbəblərdən qəbul etməsi mümkün deyil. Onlar bu təklifin Hizbullaha silahlarını dövlətə təhvil vermək qarşılığında təqdim olunan bir “təskinlik hədiyyəsi” olduğunu deyirlər. Həmçinin vurğulanır ki, "ideoloji inanca və dini vəzifə təyinatına bağlı olan" bir qurumun üzvləri rəsmi orduya inteqrasiya oluna bilməz.

    Prezident Aun verdiyi bir açıqlamada bildirmişdi: “Hizbullah döyüşçüləri üçün orduda müstəqil bir birlik yaradılması mümkün deyil, lakin onlar fərdi şəkildə orduya qəbul oluna bilər və 1990-cı illərdə olduğu kimi təlim kurslarından keçərək orduya uyğunlaşdırıla bilərlər.”

    Bu təklifə münasibət bildirən " Livan Qüvvələri " (al-Quvvət əl-Lübnaniyyə) fraksiyasının üzvü, deputat Qiyass Yəzbək qeyd edib ki, “Hizbullah özünün 100 min döyüşçüsünün olduğunu iddia edir, halbuki Livan ordusunun bu qədər şəxsi qəbul etmək imkanları yoxdur.Tutaq ki, bu rəqəm 25 min nəfərdir, bu sayda döyüşçünün belə qəbul olunması mümkün deyil, çünki ordunun öz heyətinə belə xarici yardım olmadan maaş ödəməsi çətindir.”

    O bildirib ki, Livanın milli təhlükəsizlik strategiyası – prezident və hökumətlə birgə ordunun müəyyən etdiyi sənəd – hələlik ölkənin ordu və təhlükəsizlik qüvvələrinə nə qədər ehtiyac duyduğunu müəyyən etməyib.

    “Hizbullah” döyüşçülərinin mövqeyi

    Təqaüddə olan briqada generalı, təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Xalid Həmadə bildirib ki, Hizbullah döyüşçülərinin orduya inteqrasiyası təklifi silahların dövlətə təhvil verilməsi üçün bir cəhdin bir hissəsidir və bu, parlament sədri Nəbih Bərrinin vasitəçiliyi ilə əldə olunan və partiyanın dəstəyi ilə razılaşdırılmış atəşkəs razılaşmasının icrası çərçivəsində gündəmə gətirilmişdir.

    Həmadənin fikrincə, bu inteqrasiya prosesi bir çox çətinliklərlə üzləşəcək. Çünki vətəndaş müharibəsindən sonra keçmiş milislərin silahsızlaşdırılaraq dövlət strukturlarına inteqrasiya olunması prosesi ilə indiki vəziyyət arasında mühüm fərqlər var. O qeyd edib: “O zaman milis liderləri ‘Taif Sazişi’ni qəbul etdilər, silahlarını könüllü şəkildə təhvil verdilər və siyasi prosesin bir parçası oldular. Ancaq bu gün Hizbullah atəşkəs razılaşmasını tanımır, silahlarını təhvil vermək istəmir və hərbi qanadının ləğvini qəbul etmir. Belə olduğu halda, bu cür inteqrasiya təklifi heç bir nəticə verməyəcək.”

    Hizbullahın ideoloji doktrinası

    Siyasi və təhlükəsizlik ekspertləri qeyd edirlər ki, "Hizbullahın ideoloji kimliyi və onun inanc əsaslı strukturu Livan ordusunun milli və sekulyar doktrinası ilə uyğun gəlmir. Deputat Yəzbək deyir ki, “Partiya hələ də Livanı İranın bağçası, bağı kimi görür. Bunu partiyanın baş katibinin müavini Naim Qasimin ‘biz silahı təhvil verməyəcəyik’ bəyanatı da sübut edir.”

    Keçmişdəki milis liderləri livanlı idilər və onların qərarları ölkədaxili idi. Ancaq Hizbullah İranla üzvi əlaqəyə malikdir. Digər bir tərəfdən maraqlıdır ki, “Ali rəhbərin” (vali-yi fəqih) dini təyinatı ilə hərəkət edən hərbi qrupla, dövlətin hüquqi və demokratik mexanizmləri çərçivəsində hərəkət edən milli ordu bir arada necə fəaliyyət göstərə bilər?”

    Hizbullah döyüşçülərinin dövlət strukturuna inteqrasiyası məsələsində ilkin və ən əsas addım onların silahı dövlətə təhvil verməsidir. Ondan sonra digər Livan vətəndaşları kimi dövlətə qəbul imtahanlarına girə bilərlər. Çünki Hizbullah üzvləri cəmiyyətin bir hissəsidir və istisna təşkil etməməlidirlər. Ancaq bu məsələnin ‘Hizbullaha xoş gəlmək’ üçün ortaya atılması nəticə verməyəcək. Hizbullah əvvəlcə dövləti tanımalı, silahların yalnız dövlətin əlində olması prinsipini qəbul etməli və beynəlxalq qərarların icrasına razı olmalıdır. Yalnız bundan sonra inteqrasiya ilə bağlı real addımlar atıla bilər

    #Livan #Livan ordusu #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullah Livan ordusu #Hizbullah döyüşçülərinin inteqrasiyası #Livan silahlı qüvvələri və Hizbullah #Hizbullah silahları təhvil verir #Cözef Aun və Hizbullah #Livan daxili təhlükəsizlik siyasəti #Hizbullah ideologiyası və Livan dövləti #Hizbullah və İran əlaqəsi #Livan ordusu və siyasi balans #Hizbullahın tərksilahı #Hizbullahın Livan ordusuna inteqrasiyası mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edəcəkmi? #Hizbullahın silah təhvili Livanda sabitlik yaradarmı? #Hizbullahın ideoloji inancı Livan ordusu ilə uzlaşırmı? #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Livanda silahlı qrupların dövlətə inteqrasiyası təcrübəsi #Hizbullah niyə Livan ordusuna qatılmaq istəyir? #Hizbullahın Livan dövlətinə təslim olması mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edə bilərmi? #Hizbullah silahlarını nə vaxt təhvil verəcək? #Hizbullahın İranla əlaqəsi Livan üçün təhlükəlidirmi?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    İsrail ordusunun Livanın cənubuna hava zərbələri endirdiyi bildirilir

    16 İyul 2026 18:19

    Livanın cənubunda yaşayış məntəqələrinin dağıdıldığı bildirilir

    16 İyul 2026 17:15

    Dövlətdən kənar silahlı qüvvələrə yer yoxdur - Yusif Rəcci

    16 İyul 2026 17:07

    Suriya ilə razılaşma mümkündür, lakin Livanda vəziyyət tamamilə fərqlidir - Rufiz Hafizoğlu

    16 İyul 2026 14:46

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    14 İyul 2026 22:40

    İsrail-Livan danışıqlarının Romadakı ilk günü başa çatıb

    14 İyul 2026 21:18

    İsrail Livanda “pilot zonaların” yaradılmasını həyata keçirməyə hazır olduğunu bildirib

    14 İyul 2026 20:04

    İsrail və Livan arasında növbəti birbaşa danışıqlar Romada başlayıb

    14 İyul 2026 19:28

    Livanda İsrail hücumları nəticəsində ölənlərin sayı 4 324 nəfərə çatıb

    13 İyul 2026 21:42

    İsrail qüvvələri Livanın cənubunda bir neçə evi partladıb

    13 İyul 2026 20:54

    İsrailin artilleriya zərbəsi Livanın cənubundakı kəndi hədəfə alıb

    13 İyul 2026 20:19
    XƏBƏR LENTİ

    İran ABŞ ilə danışıqları davam etdirir və razılaşma əldə etmək istəyir - Ağ Ev

    Qətər İranla müharibədə iştirak etdiyi barədə iddiaları rədd edib

    Vens İsrail hökumətini nədə ittiham edib?

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    Bəhreyn ərazi sularında gəmi hərəkətinə məhdudiyyət tətbiq edib

    Odessa yaxınlığında həlak olan azərbaycanlı gəmi kapitanının nəşi tapılıb - XİN

    ABŞ hər fürsətdə İrana zərbə vurmağa çalışır - Qalibaf

    İsrail tərəfi son hadisələrlə bağlı nə açıqlayacaq?

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    Şimali İraqın əsas qaz yatağında hasilat dayandırılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.