Hizbullahın baş katibi Naim Qasım bəyan edib ki, Livan hökuməti ölkənin suverenliyini bərpa etmək üçün plan hazırlamağa məsuldur. Ohökuməti ictimai etimadın bərpası məqsədilə intensiv müzakirələr aparmağa çağırıb, siyasi partiyaları isə bu planların reallaşdırılmasına dəstək verməyə dəvət edib. Qasım vurğulayıb ki, hökumət suverenliyin bərpası, ordunun silahlandırılması və milli müdafiə strategiyasının formalaşdırılması istiqamətində addımlar atmalıdır. Onun sözlərinə görə, Livanın əsas problemləri İsrail və ABŞ-ın dəstəyi ilə bağlıdır.
#Livan ordusu Hizbullah döyüşçülərini qəbul edə bilərmi?
Hizbullahın sabah Beyrutun mərkəzində aksiya keçirmək barədə əvvəlki çağırışından geri çəkildiyi bir vaxtda, Livanın daxili işlər naziri Əhməd Həccar bütün tərəflərin maraqlarına uyğun olan yolun silahların dövlətə təhvil verilməsi olduğunu vurğulayıb. Həccar bu gün “Əl-Ərəbiyyə” telekanalına açıqlamasında bildirib ki, Livanda heç kim vətəndaş müharibəsi istəmir. O, hökumətin son qərarlarına qarşı keçirilə biləcək etiraz aksiyalarına da toxunaraq qeyd edib ki, təhlükəsizlik qüvvələri hər hansı zorakılığın qarşısını alacaq.
Digər bir tərəfdən maraqlıdır ki, “Ali rəhbərin” (vali-yi fəqih) dini təyinatı ilə hərəkət edən hərbi qrupla, dövlətin hüquqi və demokratik mexanizmləri çərçivəsində hərəkət edən milli ordu bir arada necə fəaliyyət göstərə bilər?”