Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Sentyabrda Türkiyənin Gemlik limanı 3 minə yaxın gəmi qəbul edib

    16 Oktyabr 2024 13:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sentyabrda Türkiyənin Gemlik limanı 3 minə yaxın gəmi qəbul edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Gemlik limanı 2 min 745 gəmi qəbul edib.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 1 min 54, digər ölkələrin bayraqları altında üzən 1 min 691 gəmi qəbul edib.

    Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 293 min 766 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbul edib.

    “Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min 850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yük daşınıb.

    Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.

    2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 183, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 131 olub”, – deyə nazirlikdən bildirilib.

    #Gemlik limanı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Gemlik limanının yük qəbulu 4 milyon tonu keçib (ÖZƏL)

    16 Aprel 2026 11:20

    Keçən il Türkiyənin Gemlik limanı 13 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    6 Fevral 2026 15:56

    Türkiyənin Gemlik limanı 3 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    24 Dekabr 2025 16:37

    Türkiyənin Gemlik limanı 12 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    22 Dekabr 2025 16:30

    Türkiyənin Gemlik limanı 11 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    19 Noyabr 2025 13:20

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    16 Noyabr 2025 10:00

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    22 Oktyabr 2025 13:50

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    21 Sentyabr 2025 16:00

    Türkiyənin Gemlik limanı 9 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    17 Sentyabr 2025 13:09

    Türkiyənin Gemlik limanı 7 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

    16 Avqust 2025 13:00

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    12 Avqust 2025 11:47
    XƏBƏR LENTİ

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    Hücumların ABŞ-ın zərbələrinə cavab olduğu iddiası nə qədər doğrudur?

    ABŞ: 125 gəmi dəniz blokadası səbəbindən istiqamətini dəyişib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.