Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

    12 Avqust 2025 11:47
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    2025-ci ilin yanvar-iyul ayında Türkiyənin Gemlik limanı 2 min 27 gəmi qəbul edib.

    Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

    Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 574, digər ölkələrin bayraqları altında üzən min 453 gəmi qəbul edib.

    Qeyd edək ki, 2025-ci ilin iyul ayında Türkiyə limanları 33 milyon 591 min 626 ton yük qəbul edib.

    Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 287 min 126 ton təşkil edib.

    “Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 304 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin iyul ayında Türkiyə limanlarından 5 milyon 529 min 163 ton transit yük daşınıb.

    Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanları 243 milyon 740 min 27 ton yük qəbul edib.

    "Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 16 milyon 980 min 866 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 226 milyon 759 min 161 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

    Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- iyul aylarında Türkiyə limanlarından 40 milyon 136 min 247 ton transit yük daşınıb.

    Qeyd edək ki, Bu ilin iyul ayında Türkiyə limanları 6 min 357 gəmi qəbul edib.

    Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 450 Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 907 olub.

    2025-ci ilin yanvar - iyul ayında Türkiyə limanları 35 min 802 gəmi qəbul edib.

    “Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 329, Türkiyə bayrağı altında olan gəmilər isə 23 min 473 olub”, - deyə nazirlikdən bildirilib.

    #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Gemlik limanı #yük daşıma #Türkiyə yük daşımaları #Türkiyə gəmiləri #Beynəlxalq yük daşımaları #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #Türkiyə limanlarının yük qəbulu 2025 #Türkiyə limanları yükdaşımalar #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Çukurova Hava Limanından istifadə edən müştərilərin sayı 1 milyonu keçib (ÖZƏL)

    22 May 2026 13:38

    4 milyondan çox müştəri Antalya Hava Limanından istifadə edib (ÖZƏL)

    19 May 2026 10:15

    Adnan Menderes Hava Limanından istifadə 9 faiz artıb (ÖZƏL)

    19 May 2026 09:15

    Esenboğa Hava Limanından istifadə edən müştərilərin sayı artır - 4 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 11:00

    Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada yerini möhkəmləndirir - 15 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 10:00

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 25 milyondan çox xarici sərnişin (ÖZƏL)

    18 May 2026 09:15

    Tekirdağ limanında "yük" partlayışı - 653 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 17:15

    Mersin limanında "yük" partlayışı - 667 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:50

    Kocaeli limanında "yük" partlayışı - 825 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:25

    İskenderun limanında "yük" partlayışı - 297 min tonu kim daşıdı? (ÖZƏL)

    17 May 2026 16:00

    Türkiyənin Gemlik limanının yük qəbulu 5 milyon tonu keçib (ÖZƏL)

    15 May 2026 14:40

    Türkiyənin Ceyhan limanının yük qəbulu 18 milyon tonu keçib (ÖZƏL)

    13 May 2026 09:42
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Fransa niyə Livanın gələcəyinə bu qədər önəm verir?

    2026 Dünya Kuboku öncəsi İran milli futbol komandası üçün vizalar verilib

    İranın Xarici İşlər naziri Küveyt və Bəhreynə hücumları “özünü müdafiə” adlandırıb

    Qərb sahilində İsrail qüvvələrin hücumları davam edir

    Hücumların ABŞ-ın zərbələrinə cavab olduğu iddiası nə qədər doğrudur?

    ABŞ: 125 gəmi dəniz blokadası səbəbindən istiqamətini dəyişib

    İraq baş naziri kürd bölgəsində neft şirkətlərinin fəaliyyətinin bərpasını əmr edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.