Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova

    24 İyun 2024 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,VOA

    Dünyada qida istehlakı hər keçən gün artmaqdadır. Əhalinin sayının artması, urbanizasiya prosesinin sürətlənməsi, xidmət sektorunun genişlənməsi özü ilə bir çox problemləri də bərabər gətirib.Bu problemlərin əsasında dünyadakı mövcud resursların artma tempi ilə  tələbatın artma səviyyəsi arasındakı fərqin kəskinləşməsi dayanır.
    Belə ki, sürətlə artan tələbatın normal şərtlərlə təmin edilməsi qeyri-mümkündür. Bu problemli aradan qaldırmaq üçün isə qeyri-təbii vasitələrdən istifadə edilir. Ona görə də qida sənayesi üzrə istehsalın həcmini artırmaq, qidaların uzunömürlülüyünü təmin etmək üçün müxtəlif təbii olmayan üsullardan istifadə edilir.
    Günümüzdə dünya üzrə qida mövzusunda ciddi müzakirələr aparılır. Bunların ən önəmlisi isə təbii qida anlayışıdır. Dünya üzrə qeyri-sağlam qidaların yayılması və bunun nəticəsində insanların səhhətində ciddi xəstəliklərin ortaya çıxması fonunda sağlam qida arayışları da artmağa başlayıb.
    Mövzunun aktuallığını və həmçinin təbii qida adı altında fəaliyyət göstərən şirkətlərin heç də hamısının iddia etdikləri kimi olmadığı faktını nəzərə alıb bu sahədə cəmiyyəti ən çox maraqlandıran suallara cavab tapmağa çalışdıq.
    VOA olaraq, oxucularımıza ölkəmizdə təbii və sağlam qida məhsulların istehsalı və satışı sahəsində yetərincə ixtisaslaşmış NEROLİ şirkətinin rəhbəri  Nuridə Abdurrahmanova xanıma müsahibəni təqdim edirik.

    Məhsullarımıza tam təminat veririk

    Əvvəla onu qeyd edim ki, mənə hər zaman bu prosesin özü maraqlı gəlib. Hələ gənc yaşlarımdan yağların çəkilməsi, meyvələrin qurudulması, əzmələrin, müxtəlif dadlı çayların hazırlanması ilə maraqlanırdım. Burada çox vacib bir məqam ondan ibarətdir ki, tək hazırlanma deyil, həm də bu məhsullardan ailəlikcə istifadə etmişik və bu gün də edirik. Yəni belə demək mümkündürsə, bu məhsulları ilk dadan və sınaqdan keçirən ailəmiz olur. Elə faydasını, xeyrini, dadını da ilk olaraq özümüz görürük.

    Daha sonra biz də bu işin ticarəti ilə məşğul olmaq qərarına gəldik. Bu ticarət olması ilə yanaşı, həm də insanlarımızı sağlam məhsullardan istifadəyə təşviq etməkdir. Əgər xeyirlidirsə niyə bütün xalqınız bu məhsullardan yararlanmasın?
    Məsələn biz ailədə qlutenli məhsullardan imtina etmişik. Düzdür, bunu uşaqlarla etmək bir qədər çətindir. İndi müasir dövrdə məlum səbəblərdən uşaqları “fast-food”dan, marketlərdə satılan müxtəlif məhsullardan çəkindirmək olduqca çətindir. Ancaq maksimum şəkildə sağlam tərkibli qidaya üz tutmaq lazımdır. Biz də buna çalışır və hər kəsə tövsiyə edirik. Bəli bu müəyyən mənada fərqli, spesifik, kütləvi olmayan sektordur. Lüks deyə bilmərəm, amma reallıq odur ki, qiymət baxımından bu məhsullar ənənəvi məhsullardan fərqlənir. Çünki onların hazırlanmasında müasir dövrümüzün əsas trendlərindən biri olan kimyəvi qatqılardan istifadə edilmir. Bu proses az xərclə və səylə çox məhsul əldə etmək prinsipdən uzaqdır. Bu amillər məhsullarımızı alıcılıq kontekstində fərqli edir, bu isə öz növbəsində bir ekskluzivlik təəssuratı yaradır.
    Burada bir maraqlı məqama da diqqətinizi yönəldim. Məsələn, insanlar pəhriz saxlamağa, dadlı, ancaq təəssüf ki, həm də ziyanlı təamlardan imtina etməyə nə qədər hazırdırlar? Təbii ki, bunu hər kəs bacarmır və nəticə etibarı ilə qidamız bizim sağlamlığımızı müəyyən edir,bir çox xəstəliklərimizin mənbəyi rolunda çıxış edir. Bu biz insanların təbiətindən irəli gələn bir məqamdır. Eləcə də bizim sektorda. Heç də hamı dükanda satılan çeşidli konfet ve şirniyyatlardan imtina edib çayı meyvə quruları ilə içməyə hazır və meyilli deyil.


    Əlbətdə, illər öncəki və hazırki dövrü müqayisə etsək, sağlam qida ilə qidalanmaq istəyən insanlarımızın statistikasında ciddi artım var. Ancaq aydındır ki, bu arzu olunan səviyyədə deyil. Könül istərdi ki, sağlam qidaya müraciət edən soydaşlarımız çox olsun. Çünki bu tək bir vətəndaşın sağlamlığı demək deyil, həm də sağlam ailə, cəmiyyət və xalq deməkdir.
    Mən uzun müddətdir ki, bu sektorda çalışıram. Deyə bilərəm ki, əvvəllər insanların bu sahəyə dair bilikləri, məlumatları çox az idi və bu da məntiqi olaraq maraq faktoruna öz təsirini göstərirdi. Bu illər ərzində təbliğata çox vaxt və əmək sərf etmişik. Tək biz deyil, ümumiyyətlə, bu sektorda olan həmkarlarımız çalışmışıq ki, təbii məhsulun üstünlüyünü insanlara aşılayaq, çatdıraq. İlk dövrlərdə bu müəyyən çətinliklər yaradırdı. Ancaq tədricən əziyyətimiz öz bəhrəsini verməyə başladı. 10-12 il bundan əvvəllə müqayisədə ciddi dəyişiklik var, ancaq faiz etibarı ilə dəqiq statistikanı söyləmək çətindir.
    Onu da əlavə edim ki, çox vaxt orqanik və təbii məhsul anlayışlarını eyniləşdirirlər. Orqanik anlayışı kifayət qədər geniş məfhumdur. Qidanın hazırlandığı məhsulun toxumundan tutmuş onun yetişdirildiyi torpağa qədər. Əkim üçün təyin edilmiş torpaq gübrələrdən ən azı dörd il müddətinə təmizlənmiş, dinlənmiş olmalıdır. Toxumlar geni dəyişdirilməmiş olmalıdır. Hətta istifadə edilən gübrə belə təbii və orqanik olmalıdır. Təbii məhsul isə hər hansı toxumdan götürülmüş və ya istifadə edilmiş olur. Sadəcə hazırlıq ərzində kimyəvi maddələrdən istifadə edilmir.

    Sağlam qida sektorunda ayaqda durmaq çətindir

    "Qlutensiz həyat"," halal qida"kimi ifadələr  tez-tez istifadə olunur. Təbii ki, bizim əsas prinsip və şuarımız maksimum şəkildə sağlam və keyfiyyətli məhsul ticarəti etməkdir. Satdığımız məhsulların böyük əksəriyyətinin istehsalını özümüz həyata keçiririk, ona görə də təbii ki, həm keyfiyyətə, həm dada zəmanət veririk. Düşünürəm ki, üzərinə gəldiyiniz adlar bir qədər dar profilli təəssürat yarada bilər. Məsələn "halal qida" deyərkən ağıla ilk olaraq ət məhsulları gəlir. Yaxud, qlutensiz məhsullardan danışırıqsa, göz önünə ilk olaraq un məhsulları, dənli bitkilərdən hazırlanan məhsullar gəlir. NEROLİ-nin çeşidləri kifayət qədər genişdir, müxtəlif mənbəlidir və əsas məqsəd,niyyət onların məhz təbii, keyfiyyətli və sağlıqlı olmasıdır.
    Öz təcrübəmdən deyə bilərəm ki, sağlam qida sektorunda ayaqda durmaq çətindir. Yalnız bir faktoru desəm fikrimcə, kifayət edir. Məhsulun uzun müddət qalması üçün aydındır ki, müxtəlif qoruyucu, vaxt uzadıcı maddələr, kimyəvi qatqılardan istifadə edilir. Sağlıqlı, təbii məhsullarda isə bu yoxdur. Ən azı bu müstəvidə sağlıqlı məhsullar rəqabətdə uduzmuş olur.

    Niyə məhz NEROLİ

    "Neroli" latın sözüdür və tərcümədə "acı portağal"  mənasını verir. Təbii ki, acı portağalın bizim məhsullarımızla heç bir əlaqəsi yoxdur. Bunu bir marketinq gedişi hesab edə bilərsiniz. Biz təbii ki qulağa xoş gələcək bir ad düşünürdük və müzakirələr zamanı "Neroli" üzərində dayandıq. Yeri gəlmişkən deyim ki, acı portağalın çiçəklərindən efir yağı hazırlanır və "neroli" adlanır. Bir az konkretləşdirsəm deyə bilərəm ki, adı seçərkən ilk növbədə qulağa xoş gəlsin deyə seçim etmişik.

    "NEROLİ"də hazırlanan məhsullar tam təbiidir, istehsal prosesində heç bir qatqıdan istifadə edilmir. Hər biri faydalıdır. Bir daha qeyd edim ki, bu məhsullardan özümüz, öz ailəmiz faydalanır. Öz ailəmə, övladlarıma rəva görmədiyim heç nəyi başqalarına məsləhət etmərəm.

    Hazırda ona yaxın istiqamətdə məhsul hazırlayırıq. Meyvə qurusu çeşidlərimiz çoxdur. Hamıya tövsiyyə edərdim ki,çay içərkən meyvə qurularına üstünlük versinlər. Özüm qlutənə həssas insan olduğum üçün qlutensiz unların istehsalı vacib istiqamətlərimizdən biridir. Daima müxtəlif ideyalar üzərində işləyirik, ona görə də alıcılar bizdə həmişə yeni məhsul çeşidi ilə rastlaşırlar. Bu istiqamət elədir ki, burada hər zaman yeni nəsə etmək olar. Bu həm bazara yeni növ məhsul çıxarmaq, həm də özümüzün təkmilləşməyimiz nöqteyi nəzərdən olduqca vacibdir.

    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    Sağlam qida sektorunda ayaqda durmaq çətindir - Nuridə Abdurəhmanova
    #Nuridə Abdurəhmanova #NEROLİ #Qlutensiz həyat #halal qida #sağlam qida #orqanik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İftardan sonra şişkinliyə son: Sağlam qida ekspertindən 7 qızıl qayda

    22 Fevral 2026 18:30

    Sahurda bu səhvi etmə! Gün boyu peşman olacaqsan…

    18 Fevral 2026 21:12

    Sərxoşluq və ibadət: İçki içən şəxsin namazı qəbul olunurmu?

    29 Noyabr 2025 17:12

    Sağlam qidalanmanın tək ünvanı – Neroli 3 yaşını qeyd edir

    27 Noyabr 2025 09:40

    İngiltərədə sağlam qidalanma problemləri artmaqdadır

    12 Oktyabr 2025 14:00

    Aralıq dənizi pəhrizi - Uzunömürlülüyün sirri

    21 Sentyabr 2025 11:00

    Dünyada kök uşaqların sayı arıq uşaqları keçib - UNICEF

    10 Sentyabr 2025 09:51

    Qan təzyiqinə intensiv nəzarət infarkt və insult riskini azaldır

    7 Sentyabr 2025 12:00

    Pəhriz demans riskini azalda bilər

    30 Avqust 2025 12:00

    Kivi Aİ-dən Sağlamlıq Təsdiqi Alan İlk Meyvə Olub

    24 Avqust 2025 14:14

    Yuxunu yaxşılaşdırmaq üçün əsas qidalanma qaydaları açıqlanıb

    23 Avqust 2025 14:14

    Matcha populyarlığı - Kyotoda istehsal rekord saydadır

    9 Avqust 2025 18:00
    XƏBƏR LENTİ

    “İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    Ford və Filsondan yeni ofrouder

    Türkiyədə saxlanılan qeyri-qanuni miqrantların sayı açıqlanıb - Ən çox saxlanılanlar kimlərdir? (ÖZƏL)

    İndoneziyada rəqəmsal zəkat üçün startap - Kitabisa haqqında nə bilirik?

    Türkiyədə maraqlı araşdırma - Hamı doğulduğu şəhərdə yaşasaydı əhali xəritəsi necə dəyişərdi?

    Bu gün Henri Ford ilk avtomobilini sınaqdan keçirdi

    Tarixdə bu gün - 4 İyun

    İran İnqilab Keşikçiləri Korpusu Küveyt hava limanındakı ziyana görə məsuliyyəti rədd edib

    Bəhreyndə İranla əlaqədə ittiham olunan 15 nəfər saxlanılıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.