Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib

    25 May 2024 02:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Mayın 24-də Heydər Əliyev Mərkəzində Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova iştirak edib.

    AzerVoice xəbər verir ki, tədbiri giriş sözü ilə Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze açıb.

    Milli Məclisin sədri Sahibə Qafarova dost və qardaş Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

    Spiker çıxışında deyib ki, Gürcü və Azərbaycan xalqlarının tarixi talelərində oxşar cəhətlər çoxdur. Ötən əsrin əvvəllərində biz təqribən eyni vaxtda dövlət müstəqilliyimizi elan etmişdik. O zaman Gürcüstanda qurulmuş demokratik respublika gürcü xalqının dövlətçilik ənənələrinin inkişafında müstəsna rol oynamışdır.

    Milli Məclisin sədri diqqətə çatdırıb ki, bugünkü müstəqil Gürcüstan iyirminci əsrin əvvəllərində başa çatdırılmamış işləri uğurla davam etdirir və inamla inkişaf edir. Ölkənin sosial-iqtisadi tərəqqisi, xalqın rifah halının yaxşılaşdırılması və gələcəyinin təmin olunması istiqamətində düşünülmüş siyasət həyata keçirilir. Bütün sahələrdə əldə olunan nailiyyətlər Gürcüstanın dostu olaraq bizləri olduqca sevindirir.

    Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu deyən spikerin sözlərinə görə, əsrlər boyu xalqlarımız bir yerdə olmuş, həmişə dostluq və mehriban qonşuluq şəraitində yaşamış və daim bir-birini dəstəkləmişdir. Bugünkü əlaqələrimiz də məhz bu möhkəm təmələ, xalqlarımızın iradəsinə əsaslanır. O deyib ki, müstəqilliyimizin bərpasından ötən dövr ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf edərək, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Sahibə Qafarova diqqətə çatdırıb ki, ölkə liderlərinin qarşılıqlı səfərləri, müntəzəm görüşləri onların bu əlaqələrə nə dərəcədə böyük əhəmiyyət verdiyinin bariz ifadəsidir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq münasibətlərimizin bütün sahələrdə daha da möhkəmlənməsinə və dərinləşməsinə güclü təkan verir.

    Çıxışında bu gün ölkələrimiz arasındakı qarşılıqlı faydalı əməkdaşlığın çoxsaylı istiqamətlər üzrə – iqtisadiyyat, enerji, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə uğurla inkişaf etdiyini söyləyən Milli Məclisin sədri qeyd edib ki, elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın hərtərəfli fəaliyyəti səmərəli işbirliyimizin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ölkələrimizin birgə həyata keçirdiyi mühüm layihələr xalqlarımızın firavan gələcəyini təmin edir. Bu layihələr yalnız Cənubi Qafqazın sabitliyinə və inkişafına töhfə vermir, həm də bütöv Avrasiya regionu üçün böyük əhəmiyyət daşıyır.

    Çıxışında ölkələrimiz arasında beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinə də toxunan Sahibə Qafarova deyib ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan güclü tərəfdaşlıq, əlaqələrimizin əsas səciyyəvi xüsusiyyətləri olan qarşılıqlı inam və etimad beynəlxalq miqyasda fəaliyyətimizdə də öz əksini tapır. Bütün beynəlxalq təşkilatlarda Azərbaycan və Gürcüstan daim həmrəylik nümayiş etdirir. Xüsusən, ölkələrimizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı məsələlərində hər zaman qarşılıqlı dəstək mövcuddur. Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır.

    O vurğulayıb ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan bugünkü münasibətlər region ölkələri arasında sıx əməkdaşlığın nə dərəcədə əhəmiyyətli və faydalı olmasının bariz nümunəsidir. Spiker əmin olduğunu bildirib ki, möhkəm təməllər üzərində qurulan dostluğumuz və tərəfdaşlığımız qarşıdakı illərdə daha da sürətlə inkişaf edəcək, xalqlarımızın tərəqqisinə xidmət edəcəkdir.

    Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib
    Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib
    Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib
    #Sahibə Qafarova
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Sevil Mikayılova Belqradda IPU platformasında: Dünyada ayrıseçkilik xarakterli qanunlar qadınların cəmiyyətdəki rolu ilə bağlı stereotipləri gücləndirir

    4 İyun 2026 12:10

    Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb

    21 May 2026 21:49

    Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

    14 May 2026 18:41

    Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib

    14 May 2026 09:48

    Milli Məclisə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib

    7 May 2026 19:09

    Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlər qəbuledilməzdir – Sahibə Qafarova

    1 May 2026 11:12

    Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb

    22 Aprel 2026 19:01

    Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

    21 Aprel 2026 19:23

    Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib

    17 Aprel 2026 17:38

    Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər

    17 Aprel 2026 14:45

    Azərbaycan və Əlcəzair parlamentləri arasında əlaqələrin genişləndirilməsi gündəmdədir

    17 Aprel 2026 09:51

    Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında çıxış edib

    16 Aprel 2026 22:49
    XƏBƏR LENTİ

    Linuxda arxivləşdirmə və sıxılma: Tar, Zip və Unzip komandaları

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    Paşinyanın partiyası hökuməti təkbaşına qurmaq hüququ əldə edib

    Ermənistanda seçkilər: Paşinyanın partiyası qalib gəlib

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.