Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    İranın İraqdakı nüfuzu sarsılır: ABŞ təzyiqi silahlı qrupları geri çəkdi

    9 Aprel 2025 09:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın İraqdakı nüfuzu sarsılır: ABŞ təzyiqi silahlı qrupları geri çəkdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

    İraqda İrandan dəstək alan bir neçə güclü silahlı qrup ilk dəfə olaraq silah qoymağa hazırlaşır. Bu addım ABŞ-ın artan təzyiqlərinə cavab olaraq və Prezident Donald Trampın administrasiyası ilə münaqişənin alovlanması riskindən yayınmaq məqsədilə atılır. Bu dönüş, İraq və ümumiyyətlə regionun təhlükəsizlik və siyasi mənzərəsinə dərin təsirlər edəcək.

    On nəfər yüksək səviyyəli iraqlı məmur və komandanın – onlardan altısı dörd əsas silahlı fraksiyanı təmsil edən yerli liderlərdir – verdiyi açıqlamalara əsasən, bu görünməmiş addım, Trampın yanvarda hakimiyyətə gəlməsindən sonra ABŞ rəsmilərinin İraq hökumətinə verdiyi təkrarlanan qeyri-rəsmi xəbərdarlıqlardan sonra gərginliyin azaldılmasına xidmət edir.

    ABŞ rəsmiləri Bağdada açıq şəkildə bildirib ki, əgər hökumət ölkədəki silahlı fraksiyaların fəaliyyətinə qarşı ciddi tədbirlər görməzsə, Vaşinqton bu fraksiyaları birbaşa hava hücumları ilə hədəfə ala bilər.

    Bu kontekstdə, İraqın hakim koalisiyasına yaxın olan tanınmış şiə siyasətçisi İzzət əş-Şəbəndər “Reuters”ə bildirib ki, Baş nazir Məhəmməd Şiə əs-Sudani ilə bəzi silahlı qrupların liderləri arasında aparılan danışıqlar artıq nəticə verib. O bildirib ki, bu qruplar ABŞ-ın silahların təhvil verilməsi çağırışlarına müsbət yanaşırlar.

    “Fraksiyalar inadkarlıq göstərmir və mövcud formatlarını qorumaqda israr etmirlər. Bu qruplar “tam şəkildə anlayır ki”, vəziyyətin dəyişməməsi halında ABŞ-ın birbaşa hədəfinə çevrilə bilərlər”-deyə o bildirib.

    Silahları təhvil verməyə hazır olan qrupların adları açıqlanmasa da bunların, Hizbullah Briqadaları, Nücəba Hərəkatı, Seyyid əş-Şühəda Briqadaları və Ənsarullah əl-Vəfa Hərəkatı və digərlərinin olduğu ehtimal idilir.

    Ehtimal da olunur ki , şiə silahlkı qruplar bunu Tehranla razılaşma əsasənda ediblər. Buna səbəb onları ABŞ və İsrailin dağıdıcı zərbələrindən qorumaqdır.

    İki təhlükəsizlik rəsmisinin verdiyi məlumata görə, bu fraksiyalar “İraqda İslam Müqavimət Koalisiyası”na daxildir. Koalisiya təxminən on radikal şiə silahlı qrupdan ibarətdir, birlikdə 50 minə yaxın döyüşçüsü və uzaqmənzilli raketlərdən, hava hücumlarına qarşı silahlara qədər geniş arsenalı var.

    Bu koalisiya, İran tərəfindən dəstəklənən və ya müttəfiq sayılan qrupların daxil olduğu “Müqavimət” oxunun əsas dayağını təşkil edir. Qəzza müharibəsinin başlamasından (təxminən 18 ay öncə) bəri koalisiya, İsrail və İraqdakı ABŞ qüvvələrinə qarşı onlarla raket və PUA hücumlarının məsuliyyətini üzərinə götürüb.

    İraqın baş nazirinin xarici əlaqələr üzrə müşaviri Fərhad Əlaəddin “Reuters”in silahların təhvili ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, baş nazir İraqdakı bütün silahların dövlətin nəzarətində olması üçün müxtəlif milli aktorlarla “konstruktiv dialoqu” davam etdirir.

    Məlumatlara əsasən, bəzi fraksiyalar artıq əsas qərargahlarını böyük ölçüdə boşaldıb və Mosul, Ənbər kimi iri şəhərlərdəki mövcudluqlarını yanvarın ortalarından bəri azaldıblar. Bunun səbəbi mümkün hava hücumları qorxusudur.

    İraqda bir çox şiə lider bu müddətdə təhlükəsizlik tədbirlərini gücləndirib – mobil telefonlarını, avtomobillərini və yaşayış yerlərini tez-tez dəyişirlər.

    ABŞ Dövlət Departamenti qısa açıqlamasında bildirib ki, Bağdadı silahlı fraksiyaları cilovlamağa davamlı şəkildə təşviq edirlər. “Bu qüvvələr İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanına, yəni Bağdada cavabdeh olmalıdır, İrana yox”.-deyə,açıqlamada bildirilib.

    ABŞ rəsmisi (kimliyini açıqlamamaq şərtilə) bildirib ki, daha öncə də ABŞ təzyiqləri səbəbilə fraksiyalar hücumlarını dayandırıb, lakin bu dəfə silahların təhvili qərarının uzunmüddətli olub-olmayacağına şübhə ilə yanaşır.

    İranın İnqilab Keşikçiləri Korpusu bu məsələ ilə bağlı açıqlama verməyib, eləcə də İran və İsrail xarici işlər nazirlikləri sorğulara cavab verməyib.

    İzzət əş-Şəbəndər əlavə edib ki, İraq hökuməti hələlik silahlı fraksiya liderləri ilə yekun razılaşmaya gəlməyib. Onun sözlərinə görə, silahların təhvili mexanizmi hələ də müzakirə mərhələsindədir. Təklif olunan variantlar arasında fraksiyaların siyasi partiyalara çevrilməsi və ya rəsmi dövlət ordusuna tam inteqrasiya olunması da var.

    #İraq #İranın İraqdakı nüfuzu #İraq silahlı qruplar #ABŞ təzyiqi İraqda #İraq İran qarşıdurması #Hizbullah Briqadaları İraq #Nücəba Hərəkatı #Silahsızlaşdırma prosesi İraq #İraqda şiə fraksiyaları #ABŞ İraq siyasəti #Tramp və İraq #İran dəstəklı silahlı qruplar #İraqda təhlükəsizlik #Qəzza müharibəsi təsirləri #İrandan dəstək alan İraq fraksiyaları niyə silah qoyur? #İraqda ABŞ-ın təzyiqləri hansı nəticələr verdi? #İraq hökuməti silahlı qruplarla hansı razılaşmaya gəlir? #İranın İraqdakı nüfuzu necə zəifləyib? #İraq şiə qrupları silahlarını niyə təhvil verir? #Müqavimət Oxu nədir və İraqda necə fəaliyyət göstərir? #Hizbullah Briqadaları və Nücəba Hərəkatı kimlərdir? #ABŞ İraqda silahlı qrupları necə hədəf alır? #Məhəmməd Şiə əs-Sudani hansı siyasəti yürüdür? #İraqda təhlükəsizlik balansı necə dəyişir?
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    28 Avqust 2026 21:05

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    İraqın baş naziri Qalibafla görüşdə İranın dəstəyini yüksək qiymətləndirib

    19 Avqust 2026 20:28

    ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

    19 Avqust 2026 18:26

    İraq Hörmüzdən neft ixracı üçün İrandan xüsusi güzəşt istəyib

    19 Avqust 2026 17:31

    İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

    18 Avqust 2026 22:48
    XƏBƏR LENTİ

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.