Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    COP29 ərəfəsində Azərbaycanla bağlı dünyanın neçə nəzarətdə olan media qurumu neqativ məlumat yayıb?

    21 Dekabr 2024 17:14
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    COP29 ərəfəsində Azərbaycanla bağlı dünyanın neçə nəzarətdə olan media qurumu neqativ məlumat yayıb?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Böyük maliyyə vəsaitinə və siyasi gücə malik dövlətlər hədəflərində olan başqa bir dövlətə beynəlxalq insan hüquqları təşkilatları vasitəsilə müxtəlif mövzularda dayanmadan hücumlar edir, bəyanatlar verdirir, beynəlxalq nüfuzunu zədələməyə çalışır, sanksiya və başqa vasitələrlə təhdid edirlər.

    AzerVoice-in məlumatına görə, bu barədə Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında bildirilib.

    Hesabatda qeyd olunur ki, özlərinin nəzarətində olan media qurumları vasitəsilə hədəfdə olan ölkəyə qarşı yalan və iftira dolu, birtərəfli mövqeyi əks etdirən yazılar hazırlayıb, proksi medialarda, müxtəlif dillərdə, o cümlədən Azərbaycan dilində dünya üzrə kütləvi şəkildə yayırlar.

    Vurğulanıb ki, COP29-a ev sahibliyi yekdilliklə Azərbaycana verildikdən dərhal sonra beynəlxalq mediada ardıcıllıqla bir neçə irad üzrə kampaniya başladıldı. Hesabat müəllifləri vurğulayıblar ki, ortaya atılan birinci irad BMT-nin iqlim konfransına nə üçün neft ölkəsi ev sahibliyi etməlidir oldu. Dünyanın aparıcı media qurumları bu mövzunu manşetlərinə çıxarıblar, mövzu ətrafında güclü ajiotaj yaradıblar:

    “Sanki Azərbaycan Respublikası BMT-nin tamhüquqlu üzvü deyil, başqa bir planetdə yerləşir və bu tədbiri keçirməyə haqqı çatmır. Məlumat üçün deməliyik ki, 1995-ci ildə keçirilən ilk COP-dan bəri ev sahibliyi edən ölkələrdən bir-ikisini çıxmaq şərti ilə, qalanları qalıq yanacaq istehsalçılarıdır. Yəni bununla bağlı Azərbaycanı ittiham etmək ən azı riyakarlıq hesab oluna bilər”.

    Hesabatda qeyd olunub ki, növbəti irad isə vaxtilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) yüksək vəzifə tutmuş şəxsin COP29-a rəhbər gətirilməsi məsələsi idi: “Halbuki, Muxtar Babayev 5 ildən çox idi ekologiya və təbii sərvətlər naziri vəzifəsində işləyirdi, SOCAR-da isə ekologiya məsələləri üzrə məsul vəzifələrdə çalışmışdı. Bu arqument də əsassız olduğu üçün heç bir nəticə vermədi”.

    Hesabatda əlavə edilib ki, COP29-a hüququnu Azərbaycana verən 197 ölkə və Avropa İttifaqı əleyhinə heç bir fikir səsləndirilməyib:

    “Bəzi qüvvələr tərəfindən COP29-la bağlı yaradılan Təşkilat Komitəsində qadınların olmaması məsələsi ortaya atıldı, lakin bu məsələ də öz həllini tapandan sonra yeni bəhanə tapa bilmədikləri üçün köhnə, lakin “işlək” mövzu olan, iqlim konfransı ilə heç bir əlaqəsi olmayan insan hüquqları məsələsini, xüsusən də Azərbaycana və xalqımıza qarşı müharibə cinayətləri törətmiş erməni əsilli şəxslərin mühakiməsiz azad edilməsi və Ermənistanla sülh məsələlərini gündəmə gətirdilər. Bu günədək də əsasən sonuncu qeyd olunan mövzularda geniş kampaniya aparılır”.

    Milli Məclisinin hazırladığı hesabat zamanı müəyyən edilib ki, ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumu Azərbaycanla bağlı neqativ məlumat yayıb.

    #COP29
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

    9 May 2026 18:54

    Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

    4 May 2026 19:22

    Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

    4 May 2026 18:03

    Tarixdə bu gün – 13 Aprel

    13 Aprel 2026 00:02

    Kosmosa ilk insan uçuşu, Amerika vətəndaş müharibəsi və Franklin Ruzveltin vəfatı: 12 aprel hadisələri

    12 Aprel 2026 00:01

    İqlim maliyyələşməsi olmadan iqlim gündəliyinin icrası mümkün deyil – Muxtar Babayev

    13 Mart 2026 13:12

    Azərbaycan hər zaman məsələlərin diplomatik və siyasi vasitələrlə həllinin tərəfdarı olub - Yalçın Rəfiyev

    5 Fevral 2026 11:59

    Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi ilə bağlı Energetika Nazirliyində iclas keçirildi

    29 Yanvar 2026 10:52

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

    19 Yanvar 2026 18:23

    Energetika nazirinin müavini Əbu-Dabi Dayanıqlılıq Həftəsində çıxış edib

    14 Yanvar 2026 17:04

    Energetika Nazirliyində BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüş keçirilib

    26 Dekabr 2025 20:38

    Sahibə Qafarova Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

    23 Dekabr 2025 15:30
    XƏBƏR LENTİ

    Livanda martın 2-dən bəri ölənlərin sayı 3 500-i ötüb

    Türk dünyasında iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi mövzusu müzakirə olunub

    Hakan Fidan İndoneziya prezidenti ilə görüşüb

    Brent nefti bir barrel üçün 97,41 dollara çatdı

    Suverenliyin qorunması üçün hansı tədbirlər görülür?

    Trampın kəşfiyyat təyinatı Vaşinqtonda mübahisə yaratdı: Yeni rəhbər kimdir?

    Oman Küveyt və Bəhreynə qarşı hücumları qınayıb

    Küveyt İranın iki diplomatik nümayəndəsinin dərhal ölkədən çıxarılmasını tələb edib

    Tramp İranın Ali lideri ilə görüşmək istədiyini açıqladı

    Livan Baş naziri İranın Küveyt və Bəhreynə hücumlarını qınayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.