Bakı,AzerVoice
Türkiyə Milli istixbarat təşkilatı (MİT) əslən fələstinli olan NASA mühəndisi Luay Basiunun valideynlərini Qəzzadan təxliyə edib. AzerVoice xəbər verir ki , təxliyə prosesi ümimilikdə dörd gün davam edib və uğurla nəticələnib.
Ərəb KİV-lərində yer alan məlumata əsasən daha öncə Türkiyə Basiunun valideynlərinin təxliyə olunması üçün Beynəlxalq Qızıl Xaç komitəsinə müraciət etmişdi. Təxliyə əməliyyatı Beynəlxalq Qızıl Xaç komitəsindən rədd cavabı alındıqdan sonra olub.
Qeyd edək ki , Basiunun valideynləri Almaniya vətəndaşıdırlar.