Bakı. AzerPress:
Qırğızıstanda dövlət çevrilişinə cəhd edənlər saxlanılıb.
AzerPress-in məlumatına görə, bu barədə Qırğızıstan Respublikasının Dövlət Milli Təhlükəsizlik Komitəsi bildirib.
Axtarışlar zamanı Konstitusiya quruluşunun və suverenliyinin pozulması, hakimiyyəti zorakılıqla ələ keçirməklə Qırğızıstan Respublikası ərazisində kütləvi iğtişaşların təşkilinə hazırlıq faktı aşkar edilib.
Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində çevrilişə cəhd edənlər saxlanılıb.
Qeyd edək ki, saxlanılan şəxslərin hesablarında külli miqdarda vəsaitlər aşkar edilib.
Xatırladaq ki, 5 iyun 2023-cü ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində hərbi çevrilişə cəhd olunub.
Hafiz Rufizoğlu