Livan Səhiyyə Nazirliyinin açıqladığı son məlumatlara görə, martın 2-dən bəri İsrailin həyata keçirdiyi hücumlar nəticəsində ölkədə azı 3 111 nəfər həlak olub, 9 432 nəfər yaralanıb. Davam edən qarşıdurmalar fonunda humanitar vəziyyət və təhlükəsizlik narahatlıqları da artmaqdadır.
Xəbər lenti
ABŞ və İran arasında münasibətlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir. Siyasi müşahidəçilər hesab edirlər ki, prosesin istiqamətini müəyyən edəcək əsas amil dolayı təmaslar deyil, daha intensiv birbaşa danışıqların başlayıb-başlamaması olacaq. Eyni zamanda İranın özünü zəif və ya təslim olmuş tərəf kimi göstərməmək siyasəti və çəkindirmə strategiyasını qorumaq istəyi regionda diplomatiya ilə təhlükəsizlik balansının hələ də həssas olaraq qaldığını göstərir.
Hizbullah Livanın cənubundakı Odaisseh qəsəbəsində İsrailə məxsus hərbi texnikanın pilotsuz uçuş aparatı ilə hədəfə alındığını bildirib. İsrail ordusu isə sərhəd bölgəsində şübhəli hava hədəflərinin aşkar edildiyini və bəzi obyektlərə zərbələrin dəydiyini açıqlayıb. Hadisənin nəticələri ilə bağlı hələlik əlavə məlumat verilməyib.
ABŞ və İran arasında aparılan təmaslarda müəyyən irəliləyiş siqnalları fonunda Pakistanın diplomatik fəallığı diqqət çəkir. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin Tehrandakı görüşləri, feldmarşal Asim Munirin mümkün İran səfəri və Baş nazir Şahbaz Şərifin Çinə planlaşdırılan səfəri İslamabadın regionda vasitəçi rolunu gücləndirdiyini göstərir. Tehrandakı siyasi dairələr hesab edir ki, feldmarşalın səfəri baş tutarsa, bu, danışıqlarda ciddi irəliləyişin ən güclü siqnallarından biri ola bilər.
Paraqvay Prezidenti Santyaqo Penya Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Paraqvay xalqı və hökuməti adından Prezident İlham Əliyevə səmimi təbriklər və xoş arzular çatdırılıb, Azərbaycan xalqına sülh, rifah və firavanlıq arzulanıb. Həmçinin Paraqvay ilə Azərbaycan arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı ümidlər ifadə olunub, qarşılıqlı əlaqələrin inkişafına önəm verildiyi vurğulanıb.
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Azərbaycanın ölkə tarixində xüsusi yerə malik olan bu əlamətdar gün münasibətilə Prezident İlham Əliyevə səmimi təbriklər çatdırılıb. Həmçinin vurğulanıb ki, ICESCO Azərbaycanı özünün ən güclü tərəfdaşlarından biri hesab edir və ölkənin təşkilata göstərdiyi davamlı dəstək, eləcə də illər ərzində formalaşmış konstruktiv əməkdaşlıq İslam dünyasında yüksək qiymətləndirilir. Məktubda Prezident İlham Əliyevə cansağlığı və tükənməz enerji, Azərbaycan xalqına isə firavanlıq və yeni uğurlar arzulanıb.
Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen In Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına təbriklər çatdırılıb. Eyni zamanda ölkələr arasında mövcud dostluq münasibətlərinin qarşılıqlı maraqlara uyğun şəkildə gələcəkdə də inkişaf edəcəyinə və əməkdaşlığın möhkəmlənəcəyinə dair ümid ifadə olunub.
Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Bəhreyn Krallığının xalqı və hökuməti adından Prezident İlham Əliyevə səmimi təbriklər və xoş arzular çatdırılıb. Kral Prezident İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə davamlı inkişaf, tərəqqi və firavanlıq arzulayıb. Təbrik mesajında iki ölkə arasında dostluq münasibətləri və qarşılıqlı hörmət prinsiplərinə verilən önəm də ifadə olunub.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini və Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Prezident İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik arzulanıb, Azərbaycan Hökumətinə və xalqına davamlı tərəqqi, rifah və uğurlar dilənib. Təbrik mesajında iki ölkə arasında dostluq münasibətləri və qarşılıqlı hörmət prinsiplərinə verilən önəm də öz əksini tapıb.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Al Maktum Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Prezident İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik arzulanıb, Azərbaycan Hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq diləkləri ifadə edilib. Təbrik mesajında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətlərinə və qarşılıqlı hörmət prinsiplərinə xüsusi diqqət yetirilib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan xalqına və hökumətinə rifah, tərəqqi və davamlı inkişaf arzulanıb, Prezident İlham Əliyevə möhkəm cansağlığı və səadət diləkləri ifadə olunub. Təbrik mesajında Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dostluq münasibətlərinə verilən önəm və qarşılıqlı hörmət mesajları da öz əksini tapıb.
İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində keçirilən üçüncü iclasda nazirlər “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsinin inkişafı üzrə birgə addımları müzakirə ediblər. COP29 çərçivəsində irəli sürülən “Şərq-Qərb Yaşıl Enerji Dəhlizi” təşəbbüsü və layihənin “Texniki Tapşırıq” sənədinin tamamlanması diqqət mərkəzində olub.
«Bakı Fəaliyyətə Çağırış» sənədində məcburi evdən çıxarma və məcburi köç hallarının beynəlxalq hüququ pozan və mənzil təhlükəsizliyinə mənfi təsir göstərən praktikalar olduğu vurğulanır. Sənəd çağırış edir ki, hüquqi təminatlar, preventiv mexanizmlər, monitorinq və hesabatlılıq sistemləri gücləndirilsin, icmaların iştirakı və yerində modernləşdirmə tətbiq edilsin, eyni zamanda köçün qarşısının alınmasının mümkün olmadığı hallarda adekvat kompensasiya və alternativ həllər təmin olunsun.
"Bakı Fəaliyyətə Çağırış"ın son versiyası dərc olunub.
Livan iqtisadiyyatı İsrail ilə Hizbullah arasında yenidən alovlanan müharibə və Yaxın Şərqdə genişlənən enerji böhranının təsiri altında dərin tənəzzül mərhələsinə daxil olub. Ölkədə qiymət artımı, yanacaq qıtlığı və işsizlik fonunda iqtisadi aktivlik kəskin şəkildə zəifləyib.
AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət və investisiya sahələrində potensial birgə təşəbbüslər müzakirə olunub. Görüş zamanı iki ölkə biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması və Azərbaycan–Tacikistan İşgüzar Şurasının yaradılması planları müzakirə edilib. Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və üçüncü ölkələrə ixrac potensialı yüksək qiymətləndirilib. Həmçinin, növbəti dövrdə sərgilərin təşkili və beynəlxalq ticarət tədbirlərində birgə iştirak imkanları nəzərdən keçirilib. Mayın 21-də imzalanmış Anlaşma Memorandumu ilə İşgüzar Şuranın yaradılması Azərbaycan və Tacikistan sahibkarları arasında investisiyaların, ixracın və elektron ticarətin inkişafına töhfə verəcək.
ran Xarici İşlər Nazirliyi ABŞ və İsrailin fevral ayının sonunda İrana qarşı həyata keçirdiyi hücum və sonrakı müharibəni BMT Nizamnaməsinin “açıq şəkildə pozulması” kimi qiymətləndirib. Nazirliyin sözçüsü İsmayıl Bəqai Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı paylaşımda bildirib ki, BMT Nizamnaməsində “zəruri müharibə” anlayışı yoxdur və sənəd heç bir dövlətə başqa suveren ölkəyə qarşı güc tətbiq etmək hüququ vermir. ABŞ–İsrail hücumları sadəcə “lazımsız müharibə” kimi təqdim edilə bilməz və bu, BMT Nizamnaməsinin 2(4)-cü maddəsinin kobud şəkildə pozulmasıdır. Bəqai vurğulayıb ki, hüququn aliliyinə və BMT Nizamnaməsinə hörmət edən hər bir ölkə bu təcavüzü qəti şəkildə pisləməli və məsuliyyət tələb etməlidir.
Fələstin agentliyi “Wafa”ya istinadla xəbər verir ki, İsrail qüvvələri İordan çayının qərb sahilində, o cümlədən Ramallah və Hebron bölgələrində bir sıra basqın və reydlər həyata keçirib. Əl-Muğəyyir kəndində evlərdə axtarış aparılıb və sakinlərə hücum edilib, kənd yaxınlığındakı əkin sahələri qəsdən yandırılıb. Beyt Ula qəsəbəsində evlərə reyd zamanı üç nəfər saxlanılıb. İsrailli məskunlaşmaçılar da Turmus Ayya qəsəbəsində bir evin ələ keçirilməsi, Əl-Fərsiyyə – Xallet Xader bölgəsində ot tayalarının yandırılması, Burqa qəsəbəsində evə ziyan vurulması və Atara bölgəsində avtomobil şüşələrinin sındırılması kimi hücumlar həyata keçirib. Bu əməliyyatlar fələstinli sakinlər arasında ciddi narahatlığa səbəb olub.
Qızıl bazarında qiymətlər ucuzlaşmaqda davam edir, bu həftə spot qızılın bir unsiyası 4 524 dollara enib. Son məlumatlara görə, qiymətli metal ardıcıl ikinci həftəni dəyər itkisi ilə başa vurmağa hazırlaşır. Bunun əsas səbəbləri yüksək neft qiymətlərinin yaratdığı inflyasiya qorxuları və ABŞ-da bu il faiz artımı ehtimallarının güclənməsidir. Həm spot, həm də fyuçers bazarında qızıl 0,4 faiz dəyər itirib ki, bu da investorların narahatlığını artırır və qlobal maliyyə bazarlarında qiymətli metalların hərəkatını əks etdirir.
Yüksək zənginləşdirilmiş uranın daşınması və saxlanılması məsələsi beynəlxalq nüvə təhlükəsizliyi baxımından ən həssas proseslərdən biri hesab olunur. İranın nüvə proqramı ətrafında mümkün razılaşmalar çərçivəsində bu materialların “sıfır ehtiyat” prinsipi ilə ölkədən çıxarılması ehtimalı yenidən müzakirə olunur və bu, mürəkkəb logistik və texniki riskləri gündəmə gətirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Avropanın ən güclü enerji mərkəzlərindən birinə çevrilib və son 10 ildə enerji sektoruna böyük investisiyalar yatırılıb. Ərdoğan 2-ci İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışında qeyd edib ki, Türkiyə enerji sahəsində paradiqmanı dəyişib və Rusiyadan 2, Azərbaycan və İrandan 1 olmaqla ümumilikdə 5 qaz kəməri ilə təbii qaz təmin edir.
İran Hörmüz Boğazına aid yeni bir xəritə yayımlayaraq Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman sularını özünün tənzimləmə səlahiyyətinə daxil etdiyini açıqlayıb. İran tərəfindən təqdim olunan xəritədə, boğazın şərq girişində İranın Kuh-e Mobarak bölgəsindən BƏƏ-nin Fuceyrə şəhərinin cənubuna, qərb girişində isə İranın Keşm Adası uclarından BƏƏ-dəki Umm el-Kayveynə qədər olan ərazi idari bölgə kimi göstərilib.
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi 28 May Müstəqillik Günü münasibətilə təbrik edib.
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini təəccübləndirərək Polşa ərazisinə əlavə 5 min hərbçi göndərəcəyini açıqlayıb. Prezident bunun səbəbini Polşanın milli-mühafizəkar prezidenti Karol Navrocki ilə münasibətinə bağlayıb.