Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Tacikistanın Ticarət və Sənaye Palatasının sədri ilə görüş keçirilib

    22 May 2026 17:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Tacikistanın Ticarət və Sənaye Palatasının sədri ilə görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında keçirilən görüşdə ticarət və investisiya sahələrində potensial birgə təşəbbüslər müzakirə olunub.

    Azərbaycan–Tacikistan biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Farxodşox Raxmonalizoda ilə görüşüb.

    VOA xəbər verir ki, görüşdə iki ölkənin biznes dairələri arasında birbaşa təmasların gücləndirilməsi, qarşılıqlı ticarətin artırılması, eləcə də yaradılması planlaşdırılan Azərbaycan–Tacikistan İşgüzar Şurasına dair müzakirə aparılıb. Qeyd edilib ki, Azərbaycan və Tacikistan arasında ticarət dövriyyəsi müsbət dinamika nümayiş etdirir və bu göstərici iqtisadi əməkdaşlığın daha da şaxələndirilməsi üçün əlavə imkanlar yaradır. Bu müstəvidə Azərbaycan məhsullarının, o cümlədən halal məhsulların Tacikistana və Tacikistan vasitəsilə üçüncü ölkə bazarlarına ixrac potensialı yüksək qiymətləndirilib.

    Görüşdə həmçinin növbəti dövrdə sərgilərin təşkili və tədbirlərdə birgə iştirak barədə fikir mübadiləsi aparılıb. Tərəflər Tacikistanda keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində ortaq sərginin təşkili imkanını nəzərdən keçiriblər. Bundan başqa, Azərbaycan tərəfi cari ilin iyun və avqust aylarında Tacikistanda keçiriləcək beynəlxalq ticarət və qida sənayesi sərgilərində iştiraka dəvət olunub.

    Qeyd edək ki, 21 may tarixində Bakıda keçirilən Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində AZPROMO və Tacikistanın Ticarət və Sənaye Palatası arasında İşgüzar Şuranın yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Şuranın yaradılmasında məqsəd Azərbaycan və Tacikistanın sahibkarlıq subyektləri arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığının, investisiyaların, ixracın və elektron ticarətin inkişaf etdirilməsidir.

    #AZPROMO #işgüzar şura #Tacikistan Ticarət və Sənaye Palatası #Azərbaycan–Tacikistan biznes forumu #İxrac və investisiya #Halal məhsullar #Ticarət əməkdaşlığı #Beynəlxalq sərgilər #Beynəlxalq tədbirlər #Ticarət-iqtisadi əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və BƏƏ əməkdaşlıq imkanlarını müzakirə edib

    11 Avqust 2026 14:55

    Məsud Pezeşkian Pakistanla əməkdaşlığı müzakirə edəcək

    22 İyun 2026 19:22

    Azərbaycan müasir nəqliyyat yollarının inkişafında əsas rol oynayır

    17 İyun 2026 19:40

    Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək: 1500-dən çox iştirakçı gözlənilir

    15 İyun 2026 22:17

    Bakı 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

    14 İyun 2026 16:00

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Türkiyə Əlcəzairlə əməkdaşlığı bütün sahələrdə inkişaf etdirməyə çalışır - Ərdoğan

    29 May 2026 17:40

    Azərbaycan Kazanda keçirilən beynəlxalq sərgidə iştirak edib

    15 May 2026 20:19

    Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası ilə görüş keçirilib

    20 Fevral 2026 10:20

    AZPROMO-nun 2025-ci ildə ixracın və investisiyaların təşviqi üzrə fəaliyyəti

    9 Fevral 2026 11:19

    Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

    7 Yanvar 2026 16:49

    AZPROMO: Türkiyə şirkətləri üçün Azərbaycanın xüsusi iqtisadi zonalarına və logistika mərkəzlərinə səfərlər təşkil ediləcək

    23 Dekabr 2025 11:42
    XƏBƏR LENTİ

    Qaraciyər xərçənginin müalicəsində yeni dövr: müasir üsullar sağ qalma şansını artırır

    Dünyanın ən qiymətli almazları harada yaranır? Alimlər onların gizli mənbəyini tapdı

    İspaniyada İslam mədəniyyəti - Əndəlüsün yüksəlişi və süqutu

    Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı paylaşım edib

    Bulvarda klassik avtomobillərin sərgisi keçirilir

    Ərəb dünyasında ürək-damar xəstəliklərindən ölüm sayı artıb

    Fazil Küçük Kimdir?

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.