İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran və Vaşinqton hazırda mümkün anlaşma memorandumunun yekunlaşdırılması üzərində işləyirlər. Onun sözlərinə görə, son bir həftə ərzində tərəflərin mövqeləri bir-birinə yaxınlaşıb və danışıqlarda müəyyən irəliləyiş hiss olunur. Bəqai vurğulayıb ki, bəzi fikir ayrılıqları hələ də qalsa da, tərəflər çərçivə razılaşması üzərində işləməyə davam edir və yaxın günlər prosesin gələcək taleyi baxımından həlledici ola bilər.
Xəbər lenti
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Tehran hazırkı mərhələdə diqqəti nüvə proqramına deyil, regional münaqişələrin və xüsusilə Livandakı hərbi vəziyyətin dayandırılmasına yönəldib. Onun sözlərinə görə, nüvə proqramının detalları bu mərhələdə müzakirə olunmayacaq və məsələnin yenidən gündəmə gəlməsi gələcək diplomatik proseslərin gedişindən asılı olacaq. Bu açıqlama İranın hazırkı diplomatik prioritetlərində dəyişiklik siqnalı kimi qiymətləndirilir.
Livanın Səhiyyə Nazirliyi İsrail hücumları nəticəsində martın 2-dən indiyədək azı 3 123 nəfərin öldüyünü açıqlayıb. Rəsmi məlumatlara görə, yaralıların sayı 9 506 nəfəri keçib. Müşahidəçilər bildirirlər ki, bölgədə davam edən hücumlar humanitar vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə yaşayış məntəqələri, infrastruktur və mülki əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır.
İran rəsmilərinin son açıqlamaları və vasitəçilərin Tehrandan ayrılması bölgədə qeyri-müəyyənliyi artırıb. Tehran bir tərəfdən danışıqlara açıq olduğunu bildirir, digər tərəfdən isə mümkün qarşıdurmalara hazır olduğunu vurğulayır.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin “Açıq Dialoq Platforması” çərçivəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov biznes nümayəndələri ilə görüş keçirib. Tədbirdə logistika, gömrük prosedurları və sahibkarlıq mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunub. Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat çıxış edərək dövlət–biznes əməkdaşlığının genişləndirilməsi, sahibkarlıq mühitinin dəstəklənməsi və gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı fikirlərini bölüşüblər.
Xankəndidə yerləşən Qarabağ Universitetində Qarabağda ilk dəfə beynəlxalq BMT Modeli Konfransı – QUMUN 2026 fəaliyyətə başlayıb. Tədbirdə 20-dən çox ölkədən 100-dən artıq iştirakçı qlobal və regional məsələləri müzakirə edir.
İsrailin Livanın Sur şəhəri və ətraf ərazilərinə hücumları daha da intensivləşib. Bölgədə qırıcı təyyarələr və pilotsuz aparatların fəallığı artıb, 11 yaşayış məntəqəsi üçün məcburi köçürülmə əmri verilib. Minlərlə insanın təhlükə ilə üzləşdiyi bildirilir.
Livan ordusu beş İsrail vətəndaşının sərhədi keçərək Livan ərazisinə daxil olduğunu açıqlayıb. Hərbçilərin həmin şəxsləri saxlayaraq yenidən İsrail tərəfinə təhvil verdiyi bildirilib. Livan ordusu hadisəni ciddi insident və cinayət əməli kimi qiymətləndirib.
İsrailin Qəzzanın şimalında yerləşən Şeyx Rıdvan bölgəsi yaxınlığındakı polis mövqeyinə endirdiyi hava zərbəsi nəticəsində beş polis əməkdaşı həlak olub. Məlumata görə, hadisə zamanı altı nəfər də yaralanıb. Tibbi mənbələrin açıqlamasında qeyd olunub ki, zərbə nəticəsində ümumilikdə beş nəfər ölüb, altı nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İsrail ordusu Livanın cənubunda yerləşən 11 yaşayış məntəqəsinin sakinlərinə təxliyə əmri verib. Əhaliyə evlərini dərhal tərk edərək ən azı 1000 metr uzaqlıqda yerləşən açıq ərazilərə çəkilmələri barədə göstəriş verilib. Bu addım bölgədə gərginliyin daha da artması ilə bağlı narahatlıqları gücləndirib.
İsrail Livanın müxtəlif bölgələrinə yeni hava və pilotsuz aparat hücumları həyata keçirib. Hücumlar nəticəsində azı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb. Zərbələr yaşayış məntəqələri, yollar və hərbi obyektlərə yaxın əraziləri əhatə edib. Son hadisələr bölgədə gərginliyin daha da yüksəlməsi riskini artırır.
Fransa hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir üçün ölkəyə giriş qadağası tətbiq edib. Qərarın Qəzzaya doğru hərəkət edən humanitar flotiliyada iştirak edən fəallarla davranışla bağlı verildiyi bildirilib.
Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıq zamanı Yaxın Şərqdə son vəziyyət, gərginliyin azaldılması və bölgədə sabitliyin qorunması məsələləri müzakirə olunub.
2026-cı ilin yanvar – aprel aylarında Türkiyədən Azərbaycana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,8 faiz artaraq, 43 milyon 67 min 9 dollara bərabər olub.
Yaxın Şərqdə artan gərginliyin qarşısının alınması məqsədilə diplomatik təmaslar sürətlənib. İran Xarici İşlər Nazirliyi şənbə günü açıqlayıb ki, İran Prezidenti Məsud Pezeşkian Tehranda Pakistan ordusunun komandanı Asim Münir ilə görüş keçirib. Görüş region ölkələri ilə gərginliyin azaldılması istiqamətində intensiv məsləhətləşmələrin aparıldığı bir vaxta təsadüf edib.
18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib
2026-cı ilin aprel ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq, 1 milyard 438 milyon 222 min dollara bərabər olub.
ABŞ-də keçmiş Kuba lideri Raul Kastroya qarşı irəli sürülən ittihamlar Vaşinqton-Havana münasibətlərində gərginliyi daha da artırıb. Ekspertlər Donald Tramp administrasiyasının Kubaya qarşı tətbiq etdiyi təzyiq modelinin Venesuelaya qarşı həyata keçirilmiş strategiyaya bənzədiyini bildirirlər.
Qəzzada İsrail ordusunun davam edən hücumları fonunda Fələstin xalqının tarixi yaddaşını əks etdirən milyonlarla sənəd gizli əməliyyat nəticəsində bölgədən çıxarılaraq təhlükəsiz ərazilərə daşınıb.
İran hazırkı mərhələdə ABŞ ilə danışıqlarda əsas diqqətin nüvə proqramına deyil, müharibənin dayandırılmasına yönəldiyini açıqlayıb. O həmçinin vurğulayıb ki, İran üçün ilk mərhələdə ölkənin maraqlarını və təhlükəsizlik narahatlıqlarını təmin edən şərtlər daxilində müharibənin başa çatdırılması vacibdir. Bundan sonra digər məsələlərin müzakirə edilə biləcəyi qeyd olunub.
Helen McEntee Almaniya kansleri Fridrix Merts tərəfindən Ukrayna üçün təklif edilən “ortaq üzvlük” modelinin müəyyən risklər yarada biləcəyi ilə bağlı xəbərdarlıq edib. McEntee bildirib ki, Avropa İttifaqına üzvlük məsələsində bütün namizəd ölkələrə eyni prinsiplərlə yanaşılmalı və iki mərhələli sistem formalaşdırılmamalıdır.
22 may 2026-cı il tarixində Qazaxıstan Respublikasının Milli Kitabxanasında Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən ərsəyə gətirilən Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileyinə həsr olunmuş fundamental elmi nəşrlərin təntənəli təqdimat mərasimi keçirilib.
Azərbaycan münaqişədən sonrakı yenidənqurma səylərinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsindən qürur duyur. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasından sonra sosial media hesabındakı paylaşımda bildirilib.
İran Birləşmiş Ərəb Əmirliklərində yerləşən nüvə obyektinə pilotsuz uçuş aparatı ilə hücumda iştirak etdiyi barədə ABŞ tərəfindən irəli sürülən iddiaları rədd edib. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin baş katibi Antoni Quterreş və Təhlükəsizlik Şurasının sədri ünvanına göndərdiyi məktubda Vaşinqtonun ittihamlarını əsassız adlandırıb.