Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İqtisadiyyat
    İqtisadiyyat

    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi

    23 May 2026 19:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin təşkil etdiyi “Açıq Dialoq Platforması” çərçivəsində dövlət və biznes nümayəndələri arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə gömrük prosedurları, logistika və sahibkarlıq mühitinin inkişafı ilə bağlı məsələlər diqqət mərkəzində olub.

    VOA xəbər verir ki, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin “Açıq Dialoq Platforması” çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun iştirakı ilə biznes nümayəndələri ilə görüş keçirilib.

    Tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırat çıxış edərək dövlət–biznes əməkdaşlığının genişləndirilməsi, sahibkarlıq mühitinin dəstəklənməsi və gömrük sistemində həyata keçirilən yeniliklərlə bağlı fikirlərini bölüşüblər.

    Görüş çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin fəaliyyəti və “Etibarlı Tərəfdaşlıq Konsepsiyası” haqqında təqdimatlar nümayiş etdirilib.

    Daha sonra təşkilatın Logistika və Gömrük Komissiyasının sədri Vüsal Xəlilovun moderatorluğu ilə Şahin Bağırov və Hüseyin Büyükfıratın iştirakı ilə panel müzakirəsi keçirilib. Müzakirələr zamanı logistika sahəsində mövcud vəziyyət, gömrük prosedurlarının təkmilləşdirilməsi, elektron xidmətlərin tətbiqi və sahibkarların gözləntiləri ilə bağlı fikir mübadiləsi aparılıb.

    Panel zamanı biznes nümayəndələrinin ünvanladıqları suallar cavablandırılıb və qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

    Tədbir çərçivəsində Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin üzvlərinin təltif olunması mərasimi də keçirilib. İştirakçılar eyni zamanda Dövlət Gömrük Komitəsinin fəaliyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
    Gömrük komitəsi və sahibkarlar bir araya gəldi
    #Dövlət Gömrük Komitəsi #Şahin Bağırov #İqtisadi əməkdaşlıq #sahibkarlıq mühiti #gömrük prosedurları #logistika sektoru #elektron xidmətlər #biznes əməkdaşlığı #Türkiyə-Azərbaycan əlaqələri #Açıq Dialoq Platforması #Etibarlı Tərəfdaşlıq Konsepsiyası #gömrük yenilikləri #iş adamları #biznes nümayəndələri #logistika siyasəti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan təbii qaz ixracını artırıb

    17 Avqust 2026 10:35

    Serbiya və Ukrayna liderləri iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

    8 Avqust 2026 20:19

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    Tehran görüşündə İran və İraq əməkdaşlığı müzakirə olunub

    23 İyul 2026 19:49

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb

    17 İyul 2026 17:13

    Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

    9 İyul 2026 21:24

    Cevdet Yılmaz Tehranda Məsud Pezeşkianla görüşüb

    3 İyul 2026 15:14

    Azərbayan-Özbəkistan müttəfiqlik münasibətləri müzakirə olunub

    20 İyun 2026 18:07

    Azərbaycan və Çad iqtisadi əməkdaşlığı dəyərləndirilib

    16 İyun 2026 20:32

    Azərbaycan və Türk İnvestisiya Fondu arasında investisiya perspektivləri müzakirə olunub

    16 İyun 2026 19:43

    Sərhəd və gömrük prosedurlarının sürətləndirilməsi üçün tapşırıqlar verildi

    29 May 2026 10:53
    XƏBƏR LENTİ

    Planetin ən böyük canlısı: Mavi balinaların bilinməyən sirləri

    Türkiyə Nigerə dəstəyini açıqladı

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    Macarıstanda oğurlanan təyyarə nüvə stansiyasına yaxınlaşdı

    İslandiya 13 ildən sonra Avropa İttifaqına qayıdır? Referendumda “hə” səsi önə keçdi

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    Cümə namazının şərtləri: Məzhəblərə görə minimum camaat sayı nə qədərdir?

    Yuxuda məscid görmək necə yozulur?

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    İslam memarlığının 8 şah əsəri hansılardır?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.