Bakı,AzerVoice
İraqın ticarət naziri Atər Əl-Ğurairi, iqtisadi islahatların başa çatmasından və investisiya mühitinin yaxşılaşdırılmasından sonra İraqın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq üçün lazım olan şərtləri yerinə yetirdiyini təsdiqləyib. AzerVoice xəbər verir ki, Əl-Ğurairi bildirib ki, Bağdad beynəlxalq ticarət sisteminə inteqrasiya üçün müəyyən edilmiş müddətlərə uyğun olaraq mal və xidmətlərlə bağlı məsələləri yekunlaşdırıb.
“İraq hökuməti 2004-cü ildə ÜTT-yə üzv olmaq üçün müraciət etdikdən sonra bu quruma üzv olmaqda maraqlı olduğunu bildirib. İraq qlobal iqtisadiyyatda əsas oyunçu kimi yerini bərpa etmək üçün çoxtərəfli beynəlxalq ticarət sisteminin üzvü olmalı idi” –deyə o bildirib.
İraq rəsmisi əlavə edib ki, İraq əməkdaşlıq üçün yeni imkanlar yaratmaq məqsədilə bütün dünyada ticarət və iqtisadi əlaqələrini genişləndirməyə çalışır.