İran

İran məhkəmə sisteminə bağlı rəsmi mənbələrin məlumatına görə, Sultan Əli Şirzadi Fəxr adlı şəxs müxalif qruplaşma və Mossad ilə əlaqədə olmaq ittihamı ilə edam edilib. Məlumata əsasən, Fəxrin uzun müddət Mücahidin-e Xəlq təşkilatının üzvü olduğu və müxtəlif sahələrdə bu qrupla əməkdaşlıq etdiyi iddia olunub.

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampollinin FIFA-ya müraciət edərək qarşıdan gələn Dünya Kubokunda İranın əvəzinə İtaliyanın iştirakını təklif etdiyi iddia olunur. Zampolli bildirib ki, “Azzurri”nin ABŞ-ın ev sahibliyi etdiyi turnuvada çıxış etməsi onun üçün “arzu”dur və dördqat dünya çempionu olan komandanın qatılması üçün kifayət qədər əsas mövcuddur.

İranın nüvə danışıqları üzrə nümayəndəsi Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin atəşkəs şərtlərini pozduğunu əsas gətirərək Hörmüz boğazının nəqliyyat üçün açılmasının mümkün olmadığını bəyan edib. Məlumata görə, İran İnqilab Keşikçiləri Korpusu tərəfindən boğazda iki yük gəmisinin saxlanılması vəziyyəti daha da gərginləşdirib. İran tərəfi “MSC Francesca” və “Epaminondas” adlı gəmilərin “icazəsiz fəaliyyət” göstərdiyini və naviqasiya sistemlərini dəyişərək gizli keçidə cəhd etdiyini iddia edir.

Çərşənbə günü yayılan Amerika hesabatlarına görə, İraq hökumətinin İrana sadiq silahlı qruplaşmaları tərksilah etmək səylərinin ləngiməsi fonunda Vaşinqton İraqın neft gəlirlərindən ibarət təxminən 500 milyon dollarlıq naqd pulun Bağdada köçürülməsini dayandırmış ola bilər. İraqın neft gəlirləri və pulları İraq banklarına daxil olmazdan əvvəl ABŞ-ın Federal Ehtiyat Bankına (FED) köçürülür. 2003-cü ildən bəri bir-birini əvəz edən ABŞ prezidentləri İraqın Federal Bankdakı vəsaitlərini və aktivlərini məhkəmə təqiblərindən və ya üzərinə həbs qoyulmasından qorumaq məqsədilə icraedici sərəncamlar imzalayırlar.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehran rəhbərliyinin Amerika Birləşmiş Ştatları ilə keçirilməsi planlaşdırılan ikinci raund danışıqlara qatılmaq üçün hələlik qəti bir qərar qəbul etmədiyini açıqlayıb. Bəqayi mövzu ilə bağlı verdiyi bəyanatda hazırda müzakirə mərhələsinin davam etdiyini vurğulayıb.

İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü bu gün keçirdiyi mətbuat konfransında ABŞ ilə aparılan danışıqlar prosesi və ölkə limanlarının mühasirəsi barədə sərt bəyanatlarla çıxış edib. Nazirlik rəsmisi Tehranın danışıqlarda ciddi və xoş məramla iştirak etdiyini lakin Vaşinqtonun bu müddətdə yalnız etinasızlıq və bəd niyyət nümayiş etdirdiyini vurğulayıb.

Pakistanın ABŞ və İran arasında vasitəçilik təşəbbüslərinin uğursuzluğa uğraması regionda yeni diplomatik gərginlik yaradıb. Mənbələr bildirir ki, Pakistan tərəfi ABŞ və İran arasında vasitəçilik etmək üçün ciddi diplomatik resurslar səfərbər etsə də, Tehranın son anda geri çəkilməsi bu səyləri nəticəsiz qoyub. Bu addımın Pakistanın diplomatik nüfuzuna mənfi təsir etdiyi və iki ölkə arasında gizli gərginliyə səbəb olduğu qeyd olunur.

Oman dənizində baş verən insident regionda gərginliyi artırıb. İran qüvvələri “xəbərdarlıqlara əməl olunmadığı” əsas gətirilərək Umman dənizində hərəkət edən konteyner gəmisinə atəş açıb. Hadisə ilə bağlı Böyük Britaniya Dəniz Ticarəti Təşkilatı da açıqlama verərək insidenti təsdiqləyib.