İran

İran parlamentinin yüksəkvəzifəli nümayəndəsi İbrahim Əzizi ABŞ tərəfindən dəstəklənən Hörmüz boğazı ilə bağlı qətnaməyə dəstək verən ölkələri, xüsusilə Bəhreyni “ağır nəticələr” barədə xəbərdar edib. Tehran bölgədə artan gərginlik fonunda strateji Hörmüz boğazı məsələsinə diqqət çəkib.

Bəhreyn Daxili İşlər Nazirliyi İran İnqilab Keşikçiləri Korpusu və “Vilayəti-Fəqih” ideologiyası ilə əlaqəli olduğu bildirilən təşkilatın ifşa edildiyini və 41 nəfərin saxlanıldığını açıqlayıb. Nazirliyin yaydığı bəyanatda təhlükəsizlik orqanlarının uzunmüddətli araşdırmalar, təhlükəsizlik hesabatları və prokurorluq tərəfindən aparılan istintaq tədbirləri nəticəsində sözügedən şəbəkəni müəyyən etdiyi bildirilib.

"The New York Times" qəzetinin yaydığı məlumata görə, Rusiya İranın hərbi potensialının bərpasına kömək etmək məqsədilə Xəzər dənizi vasitəsilə bu ölkəyə pilotsuz uçuş aparatlarının (PUA) komponentlərini ixrac edir. Bu yeni marşrut İranın öz hücum qabiliyyətini yenidən qurmasına şərait yaradır. Rusiya eyni zamanda İrana adətən Hörmüz boğazı vasitəsilə daşınan malların alternativ yolla çatdırılmasını təmin edir.

İran Ali Rəhbərinin Ofisinin mərasimlər üzrə baş direktoru Məzahir Hüseyni İranın yeni ali rəhbəri Müctəba Xameneinin səhhəti və ABŞ-İsrail müharibəsinin ilk günündə aldığı xəsarətlərlə bağlı yeni açıqlamalar verib. Hüseyni Tehranda keçirilən müharibə əleyhinə toplantıda çıxışı zamanı Müctəba Xameneinin bel və diz nahiyəsindən zədələr aldığını bildirib. Onun sözlərinə görə, xəsarətlərin bir hissəsi artıq sağalıb və İranın ali rəhbəri hazırda tam sağlam vəziyyətdədir.

ABŞ və İran arasında gərginliyin artdığı, eyni zamanda Hörmüz Boğazı ətrafında qarşıdurmaların davam etdiyi bir dövrdə Vaşinqton Tehranın atəşkəs təklifinə verəcəyi cavabı gözləyir. Onun sözlərinə görə, Pakistanın vasitəçiliyi ilə Tehran-a təqdim edilən memorandum daha geniş və davamlı sülh danışıqlarına yol aça bilər.

ABŞ Mərkəzi Komandanlığı İran limanlarına tətbiq olunan blokada çərçivəsində 57 kommersiya gəmisinin marşrutunun dəyişdirildiyini, üç gəminin isə hərəkətsiz vəziyyətə salındığını açıqlayıb. CENTCOM bildirib ki, əməliyyatların icrası üçün Ərəbistan dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus üç esmines fəaliyyət göstərir.