Maraqlı faktlar

“Zombi” sözü bu gün amerika qorxu filmlərində qara sehrin təsiri ilə hərəkət edən, diri-ölü varlıqlar – yəni yaşayan cəsədlər anlamında işlədilir. Öz mahiyyətində bu ifadə yarı ölü, hərəkət edən, ətrafı qorxu yayan, xəstəlik daşıya bilən və ya öldürən uydurma bir obrazı təsvir edir. Zombi obrazı ilk dəfə 1968-ci ildə istehsal olunan “Ölü Məhəlləsinin Gecəsi” (“Night of the Living Dead”) filmində peyda olub. Sonrakı onilliklərdə yüzlərlə qorxu və fantastik filmdə, həmçinin “PUBG” kimi kompüter oyunlarında zombi motivi geniş yayıldı. “Zombi” anlayışı həmçinin Haiti mədəniyyətində və “vudu” dinində də mövcuddur və ölülərin ruh çağırma ayini ilə yenidən dirildildiyini bildirir.

Roma imperatoru I Konstantinin təşəbbüsü ilə 325-ci ildə Nikeya (Türkiyənin İznik şəhəri) şəhərində çağırılan Birinci Nikeya Şurası xristian kilsə tarixində inanc birliyinə nail olmaq üçün keçirilən ilk ümumdünya (ekumenik) xristian məclisi hesab olunur. Şura kilsə daxilində kəskin teoloji ixtilafların həlli üçün yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Səudiyyə Ərəbistanı tərəfindən 2016-cı il aprelin 25-də elan olunan Vizyon 2030 proqramı ölkənin iqtisadi, sosial və mədəni sahələrdə genişmiqyaslı transformasiyasını hədəfləyən dövlət təşəbbüsüdür. Şahzadə Məhəmməd bin Salmanın rəhbərliyilə həyata keçirilən strategiya Krallığın iqtisadiyyatını neftdən asılılıqdan çıxarmaq və Səudiyyəni qlobal investisiya və innovasiya mərkəzinə çevirmək məqsədi daşıyır. Proqramın icrasına nəzarət Nazirlər Şurası tərəfindən İqtisadiyyat və İnkişaf Şurasına həvalə olunub.

İtaliyanın Kampaniya bölgəsində yerləşən və 79-cu ildə Vezuvi vulkanının güclü püskürməsi ilə tamamilə məhv olan Pompey şəhərinin tarixi və arxeoloji dəyəri yenidən qlobal diqqət mərkəzinə çevrilib. Neapoldan 23 kilometr cənub-şərqdə yerləşən şəhər min illər boyu kül və ponza təbəqəsinin altında qalmış, bu səbəbdən demək olar ki, bütöv şəkildə qorunmuşdur.

Musiqi dinləmənin psixoloji təsirləri üzrə aparılmış tədqiqatlar əsasında müəyyən edilib ki, musiqi insan davranışına, emosional vəziyyətinə və sosial münasibətlərinə çoxşaxəli təsir göstərir. Müxtəlif nümunə qruplarında aparılmış anketlər və psixometrik ölçmələr göstərir ki, musiqinin əsas təsir istiqamətləri üç funksiyada cəmləşir: emosional tənzimləmə, özünüidentifikasiya və sosial əlaqə.

22 noyabr 1900-cü il, Almaniyanın Cannstatt şəhərində avtomobil tarixinin əlamətdar günü kimi yadda qaldı. Mercedes adı altında istehsal edilən ilk avtomobil öz ilk test yürüşünü keçirdi. Bu nəqliyyat vasitəsi, sürət və dizayna vurğun olan iş adamı Emil Jellinek üçün xüsusi olaraq hazırlanmışdı.

22 noyabr 1963-cü il, ABŞ-ın 35-ci prezidenti Con Fitzgerald Kennedi, Texas ştatının Dallas şəhərində açıq avtomobil kortejində səfəri zamanı qətlə yetirildi. ABŞ tarixində dönüş nöqtəsi sayılan bu hadisə həm dövlət, həm də cəmiyyət üzərində dərin təsir buraxdı.