Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Maraqlı faktlar
    Maraqlı faktlar

    Heyvanlar kəsiləcəklərini hiss edirlərmi? - Elm qaçış videolarının sirrini açıqlayır

    28 May 2026 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Heyvanlar kəsiləcəklərini hiss edirlərmi? - Elm qaçış videolarının sirrini açıqlayır
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Qurban bayramı günlərində sosial şəbəkələrdə ən çox yayılan görüntülərdən biri kəsimdən əvvəl qaçmağa çalışan qurbanlıq heyvanlarla bağlı videolardır. Bu görüntülər cəmiyyətdə çox vaxt “heyvan öz aqibətini anlayır” fikri ilə izah olunur. Lakin elmi araşdırmalar bu davranışın səbəbinin şüurlu ölüm qorxusu deyil, heyvan orqanizminin ani təhlükə və stressə verdiyi təbii sinir reaksiyası olduğunu göstərir.

    Elmi nəşrlərdən birində dərc olunan araşdırmada qeyd edilir ki, kəsimdən əvvəlki mərhələ heyvan üçün fizioloji və davranış baxımından ən ağır və həssas dövrlərdən biridir. Bu mərhələdə heyvan həm psixoloji, həm də fiziki gərginlik yaşayır. Psixoloji gərginlik əsasən mühitin dəyişməsi, sürüdən ayrılma, yad heyvanlarla təmas və insan müdaxiləsi nəticəsində yaranır. Fiziki gərginlik isə qida məhdudiyyəti, daşınma prosesi, hava şəraiti, yorğunluq və bəzi hallarda ağrı ilə bağlı olur.

    Araşdırmaya görə, stressin səviyyəsi heyvanın növünə və saxlanma şəraitinə görə dəyişir. Dana və iribuynuzlu heyvanlarda sürü daxilindəki sosial bağların pozulması, uzunmüddətli daşınma, yorğunluq və yeni mühitə keçid ciddi narahatlıq yaradır. Xüsusilə bir-birinə öyrəşməmiş heyvanların eyni məkanda toplanması onların gərginliyini daha da artırır.

    Qoyunlarda isə otlaqlardan toplanma, çoban itlərinin istifadəsi və sonrakı daşınma prosesi əsas stress səbəbləri hesab olunur. Bütün bu dəyişikliklər heyvan orqanizmində sinir sisteminin müdafiə mexanizmini aktivləşdirir.

    Nəticədə orqanizmdə kortizol və adrenalin kimi stress hormonlarının səviyyəsi yüksəlir, ürək döyüntüləri sürətlənir, əzələlər gərginləşir və heyvan yüksək ayıqlıq vəziyyətinə keçir. Bu vəziyyət heyvanın “qaç və ya müqavimət göstər” reaksiyasını işə salır. Elm adamları bildirirlər ki, bu davranış ölümün şüurlu şəkildə dərk olunması deyil, səs, hərəkət, qışqırıq və qəfil mühit dəyişikliyi kimi təsirlərə qarşı yaranan instinktiv müdafiə reaksiyasıdır.

    Araşdırmada vurğulanır ki, heyvanların daşınması və saxlanması zamanı uyğun şərait yaradılması, onların uzun müddət stress altında saxlanmaması və kəsimdən əvvəl sakitləşdirilməsi bu cür qaçış hallarını əhəmiyyətli dərəcədə azalda bilər.

    Mütəxəssislər bildirirlər ki, heyvanın kəsimdən əvvəl yaşadığı stress yalnız davranışa deyil, eyni zamanda ətin keyfiyyətinə də ciddi təsir göstərir. Başqa bir elmi araşdırmada qeyd olunur ki, güclü stress və həddindən artıq fiziki aktivlik heyvanın əzələlərindəki qlikogen ehtiyatını azaldır. Bu isə sonradan “tünd rəngli, sərt və quru ət” kimi tanınan keyfiyyət probleminin yaranmasına səbəb olur.

    Araşdırmaya əsasən, belə hallarda ətin turşuluq səviyyəsi normal göstəricidən yüksək qalır. Bunun əsas səbəbi qlikogenin azalması nəticəsində süd turşusunun kifayət qədər yaranmamasıdır. Normal şəraitdə bu proses ətin yumşaq və keyfiyyətli olmasına kömək edir.

    Kimyəvi balansın pozulması isə mikroorqanizmlərin fəaliyyətinə birbaşa təsir göstərir. Belə ətlərdə bakteriyalar enerji mənbəyi kimi qlükoza tapa bilmədikdə birbaşa zülal tərkibli maddələri parçalamağa başlayır. Nəticədə ət daha tez xarab olur, xoşagəlməz qoxular yaranır və keyfiyyət sürətlə aşağı düşür.

    Araşdırmalar göstərir ki, heyvanların kəsimdən əvvəl sakit və stresssiz şəraitdə saxlanılması həm onların davranışına, həm də əldə olunan ətin sağlamlıq və keyfiyyət göstəricilərinə birbaşa təsir edən əsas amillərdən biridir.

    #Qurban Bayramı #qurbanlıq heyvanlar #qurbanlıq heyvanlarla bağlı videolar #heyvan öz aqibətini anlayır fikri #heyvan orqanizmi #təhlükə və stress qarşı reaksiya
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın Dəməşqdəkı səfirliyinin dəstəyi ilə Banias və Humusda min ailəyə qurban əti paylanılıb

    28 May 2026 10:20

    Qəzzadakı qardaşlarıma ən güclü həmrəylik mesajlarımı göndərirəm - Ərdoğan

    27 May 2026 11:09

    Qəzzalılar Həcc və Qurban ibadətində məhdudiyyətlərlə üzləşir

    20 May 2026 20:18

    Al Baraka Azerbaijan könüllüləri Qurban bayramı ilə əlaqədar yeni layihəyə start verib

    18 May 2026 00:00

    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb

    11 İyun 2025 19:28

    Türk Hava Yollarından 4 gündə iki tarixi rekord

    10 İyun 2025 16:11

    Diyanət Vəqfi 81 ölkədə ehtiyacı olanlara yardım edib

    10 İyun 2025 16:06

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb

    9 İyun 2025 11:24

    Azərbaycan Suriyada Qurban bayramı münasibətilə xeyriyyə aksiyası keçirib

    8 İyun 2025 15:25

    Türkiyədə Qurban Bayramının ilk üç günündə yol qəzalarının sayı 2 mini keçib

    8 İyun 2025 13:40

    Qurban bayramının ilk günündə Türkiyədə 700 - ə yaxın yol qəzası baş verib

    7 İyun 2025 16:06

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılmağa davam edir

    7 İyun 2025 12:11
    XƏBƏR LENTİ

    ABŞ prezidentinin imzası "dəyərsiz və etibarsızdır" - Müctəba Xamenei

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    Antonelli Belçika Qran-prisində poul mövqeyini qazanıb

    Qərb sahilində son əməliyyatlar zamanı nələr baş verib?

    AIPAC İsrail əleyhinə səs verən demokratlara maliyyə dəstəyini məhdudlaşdırıb

    ABŞ memorandumun bütün müddəalarını pozub - İran XİN

    Lavrov BƏƏ-nin xarici işlər naziri ilə Körfəzdəki vəziyyəti müzakirə edib

    ABŞ-ın Hörmüzqan əyalətinə endirdiyi üç zərbə barədə İran mediası məlumat yayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.