Tarixdə bu gün

1492-ci ilin 31 mart tarixində Araqon kralı II Ferdinand və Kastiliya kraliçası I İzabella ölkədəki bütün yəhudilərin qovulmasını nəzərdə tutan "Alhambra fərmanı"nı imzalayıblar. Bu qərar Qranada krallığının süqutundan və İspaniyada təxminən 800 illik müsəlman hakimiyyətinə son qoyulmasından qısa müddət sonra qəbul edilib. Tarixi sənədlərə görə, vahid İspaniya krallığının təməlini qoyan monarxlar hələ 1478-ci ildə ölkədə dini birliyi təmin etmək məqsədilə İnkvizisiya məhkəmələrini təsis etmişdilər. Baş inkvizitor Tomas de Torkvemadanılın təşəbbüsü ilə imzalanan bu fərman yəhudilərə iyul ayının sonuna qədər ölkəni tərk etmək öhdəliyi qoyurdu. Bu proses nəticəsində on minlərlə insan öz mülklərini dəyər-dəyməzinə sataraq İspaniyanı tərk etmək məcburiyyətində qalıb. Müasir tarixçilərin qənaətinə görə, həmin dövrdə təxminən 40 min yəhudi ölkədən köç edib, bir hissəsi isə qalmaq üçün xristianlığı qəbul edib.

1981-ci il martın 30-da ABŞ prezidenti Ronald Reyqan Vaşinqton şəhərində silahlı hücum nəticəsində ağır yaralanıb. Hadisə prezidentin Vaşinqtondakı “Hilton” otelində çıxışdan sonra avtomobilinə doğru hərəkət etdiyi anda baş verib. Con Hinkli adlı şəxs izdiham arasından prezidentə və ətrafındakı şəxslərə atəş açıb.

Süleyman Paşanın vəfatı Osmanlı dövlətinin Rumelidəki irəliləyişini dayandıra bilmədi. Əksinə, bu dövrdən etibarən fəthlər daha sistematik və strateji xarakter almağa başladı. Orxan Qazinin oğlu şahzadə Xəlilin 1359-cu ildə Bizansın köməyi ilə dəniz quldurlarından xilas edilməsindən sonra, Hacı İl-Bəyi və Evrenos Qazi kimi məşhur komandirlər fəth hərəkatını yenidən alovlandırdılar.

İstanbulun fəthindən sonra Sultan II Mehmedin xristian teologiyasına marağı və ortodokslara qarşı tolerant münasibəti Qərbdə müxtəlif şayiələrin yaranmasına səbəb olmuşdu. Fatih Sultan Mehmed İstanbulu güclə fəth etməsinə baxmayaraq, xristianların burada yaşamasına icazə verdiyi kimi, qaçanların da geri qayıtması üçün səy göstərib. Bir çox bizanslı istər İslamı qəbul etsin, istərsə də etməsin, Osmanlı imperiyasının xidmətinə qəbul edilib.

Türklərin Anadoluya gəlişini eramızdan əvvəl 3000-2000-ci illərə bağlayanlar olsa da, bu iddialar tarixçilər arasında birmənalı qarşılanmır. Türklərin Anadoluya ilk gəlişi IV. əsrin sonlarına doğru Qərbi Hunlar (Avropa Hunları) tərəfindən həyata keçirilmişdir.

29 mart 1973-cü ildə Vyetnam sülh sazişinin imzalanmasından iki ay sonra ABŞ-ın sonuncu döyüş bölmələri Cənubi Vyetnamı tərk edib. Bununla da Amerikanın Vyetnam müharibəsinə səkkiz illik birbaşa hərbi müdaxiləsi rəsmən başa çatıb. Həmin tarixdə Hanoy administrasiyası Şimali Vyetnamda saxlanılan sonuncu amerikalı hərbi əsirləri azad edib. Lakin ABŞ ordusu geri çəkilsə də, Sayqonda Cənubi Vyetnam rejiminə kömək məqsədilə Müdafiə Nazirliyinin 7 minə yaxın mülki əməkdaşı qalıb. Müharibənin gedişatında 1969-cu ildə ABŞ hərbi qüvvələrinin sayı pik həddə — 550 min nəfərə çatmışdı.

28 mart 1979-cu il, saat səhər 04:00 - da ABŞ-nin Pensilvaniya ştatındakı "Three Mile Island" AES-in 2-ci blokunda təzyiq klapanının bağlanmaması ilə ABŞ tarixinin ən qorxulu nüvə sınağı başladı. Radiasiya ilə çirklənmiş soyutma suyunun binalara sızması və reaktorun nüvəsinin həddindən artıq qızması bölgəni böyük bir fəlakətin astanasına gətirdi.